O Şərqi Avropa məkanında ədəbi

prosesi təşkil edən vacib simadır

 

Deakonesku XX əsrin ikinci yarısı, 70-80-ci illərdə formalaşmağa başlayan və parlayan rumın ədəbiyyatçıları sırasında qiymətli yeri olan yazıçı, şair, fikir adamı, həm Rumıniyada, həm də Şərqi Avropa məkanında ədəbi prosesi təşkil edən vacib simadır. Onun, xüsusən, Beynəlxalq Mihay Eminesku Akademiyasının prezidenti kimi gördüyü işlər, dahi rumın şairi Eminesku yaradıcılığının təbliği, tanıdılması istiqamətindəki yorulmaz əməyi, eyni zamanda çağdaş Avropa və dünya şairlərinin bir-birini tanıması üçün atdığı addımlar, nəşr etdiyi kitablar, təşkil etdiyi festivallar əvəzolunmazdır.

İon Deakoneskunun "Müsahibə" seçmə şeirlər toplusunun nəşri bir neçə baxımdan əlamətdardır. Əvvəla, rumın ədəbiyyatının, şeirinin növbəti dəyərli nümunəsi Azərbaycan dilində nəşr olunur və bu, dövlətlərimiz arasındakı mədəni əlaqələrin inkişafı, xalqlarımızın bir-birini tanıması baxımından vacibdir. Digər məqamı İon Deakoneskunun şəxsiyyəti, ədib və ictimai xadim kimi fəaliyyəti şərtləndirir...

 

Vasile Soare

Səfir

 

Ədəbiyyat qəzeti.- 2025.- 9 may, №16.- S.26.