Qriqore Kiperin "Təsadüfi kəlmələr" seçmə
şeirlər toplusu işıq üzü gördü
"Yeni DƏB"
seriyasından daha bir nəşr
Məşhur Moldova şairi
Qriqore Kiperin "Təsadüfi kəlmələr"
seçmə şeirlər
toplusu "Yeni DƏB" seriyasından
"Zərdabi Nəşr"də
nəfis şəkildə
işıq üzü
görüb.
Qriqore Kiper
/Grigore Chiper (1959) tanınmış
Moldova şairi, nasir, ədəbi tənqidçidir.
16 aprel 1959-cu ildə Moldovanın cənub-şərqində,
Kopanka kəndində anadan olub. Kişineu
Dövlət Universitetinin
Filologiya fakültəsində
təhsil alıb. Ötən əsrin 80-ci illərində Moldova şairlərinin
yaradıcılığı ilə bağlı doktorluq işi müdafiə edib (2011).
İlk mətbu şeiri
1982-ci ildə dərc
edilib. Alman, italyan və amerikan poeziyasının təsiri
altında, eyni zamanda klassik və çağdaş rumın poeziyasının
ciddi mütaliəsindən
sonra (1983-1986) öz poetik yolu və
üslubu formalaşıb.
1990-cı ildə işıq
üzü görən
"Güclə sezilən"
adlı şeir kitabı ilə poetik debüt edib. Kitab ədəbi tənqid tərəfindən
müsbət qarşılanıb,
"Gənclər mükafatı"na
layiq görülüb.,
"Falset" (1991), "Mavi dövr" (1997), "Çexov
deyə, öz-özümə
söyləndim" (2001), "Roman-simulyakr" (2010), "Formallıqlar"
(2015), "Violonçel və
başqa səslər"
(2000), "Ayaq altından
sürüşən qum"
(2014), "Tapmacanın hissələri"
(2017), "Yeddi təpədən
sonra" (2024) və
b. şeir, nəsr, bədii-sənədli kitabların
müəllifi- dir. Rumıniya,
Polşa, Litva və Latviyaya, eləcə də Almaniyaya səyahət dövrünə təsadüf
edən yaradıcılığı
Rumıniya Mədəniyyət
Fondunun mükafatına,
həmçinin Fransa
"Union Latin" cə- miyyətinin
ödülünə layiq
görülüb. "Mavi dövr" şairin yeganə qafiyəli şeirləri toplanmış
kitabıdır. 2001-ci ildən
Qriqore Kiperin yaradıcılığı yenilənməyə,
təkmilləşməyə başlayır, coğrafi-ekzistensial
çalarlarla yanaşı,
yeni rəmzi poetik mahiyyət də əldə edir. Bir çox milli və ədəbi mükafatlara layiq görülüb.
Moldova və Rumıniya
Yazıçılar Birliklərinin,
Beynəlxalq PEN Təşkilatının
üzvüdür. "Contrafort"
jurnalının bədii
şurasının üzvü,
"Quadrat" dərgisinin məsul katibidir. Kişineuda yaşayır.
2005-ci ildən indiyə qədər Səlim Babullaoğlunun Azərbaycan
Yazıçılar Birliyinin
nəzdində, "Dünya
ədəbiyyatı" dərgisinin
əlavəsi kimi təsis etdiyi "Yeni DƏB"
seriyasında 30-dan artıq
kitab-dünya ədəbiyyatı
nümunələri nəşr
olunub. Bir ara nəşrində fasilə
yaranan seriya AYB Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
bazasında təkrar bərpa olunub.
Toplunun tərcüməçisi
və Ön söz yazısının
müəllifi, eyni zamanda seriyanın baş redaktoru Səlim Babullaoğludur. Tərcümələrin hazırlanmasına
tanınmış ictimai
xadim, hüquq elmləri doktoru, iş adamı Vüqar Novruzov dəstək verib. Kitaba Moldovanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Aleksandr Esaulenko
və Vüqar Novruzov giriş yazıları yazıblar.
Nəşrin məsləhətçisi Əsəd
Cahangir, koordinatoru Rauf
Aslanov, naşiri Elman Qasımovdur. "Yeni DƏB" seriyasının redaksiya heyətinə Seyfəddin
Hüseynli, Əsəd
Cahangir, Azər Turan, Qulu Ağsəs, Fərid Hüseyn daxildir.
Kitab üzərində Emil Camalov
və Məlahət Qənbərova çalışıblar.
Seriyanın informasiya
dəstəkçiləri sırasında "Dünya
ədəbiyyatı" dərgisi,
"Ədəbiyyat qəzeti",
"Ulduz" jurnalı,
www.mustaqil.az saytı da var.