Qriqore Kiperin şeirləri ilə dünyamız bir az daha yaxşıya doğru dəyişəcək

 

Səsli-küylü, hərəkətli dünyamıza ekzistensial duyum pəncərəsindən baxan şair poetik üslubunun nüansları, çalarları ilə çox fərqlidir, o sanki hamının bildiyi, amma üstünü fani həyatın toz qatı tutmuş nəsnələrin tozunu tələsik almağa çalışmır, əksinə, zərgər səbri ilə, asta-asta, zərif fırça ilə o nəsnələri gün işığına çıxarır.

"Təsadüfi kəlmələr" Azərbaycan peşəkar ədəbi mühitini, dəyərli rumın şairini təqdim etməklə yanaşı, ümumən şeirsevərlərə fərqli, çağdaş şairinin görümünü, yaşantılarını təqdim edir. elə bununla da xalqlarımız, mədəniyyətlərimiz, ədəbiyyatlarımız arasındakı əlaqələrin çağdaş yeni səhifəsini təqdim edir.  Bu gün Moldova ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatının rumın dilinə tərcüməsi işində ardıcıl dəyərli işlər görülür. Həmişə olduğu kimi, Moldovanın Bakıdakı səfirliyi, hörmətli cənab səfir Aleksandr Esaulenko bu layihələrdə yaxından iştirak edir. biz bu prosesə yenə öz təvazökar dəstəyimizi verməyə çalışırıq.

Mən kitab üzərində çalışan bütün insanlara, ilk növbədə, tərcüməçilərə təşəkkür edirəm. İnanıram ki, dünyamızın saflaşmasında həmişə xüsusi yeri olan poeziya yenə öz əbədi  borcunu verəcək, bu dəfə məhz Qriqore Kiperin şeirləri ilə dünyamız bir az daha yaxşıya doğru dəyişəcək.

 

Vüqar NOVRUZOV

 

Ədəbiyyat qəzet.- 2025.- 16 may (№17).- S.3.