"Onun poeziyası bu gün aktuallığını qoruyur"

 

 Qriqore Kiper - 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində fəaliyyətə başlayan ədəbi nəslin parlaq nümayəndələrindən biridir. Onun yaradıcılığı Moldova Respublikasının müstəqilliyi ilə üst-üstə düşən, mühüm siyasi mədəni dəyişikliklərlə səciyyələnən bir dövrə aiddir. Kiper təkcə həmin dövrün tanınmış ədəbiyyat siması deyil, həm ölkənin ədəbi vətəndaş şüurunun formalaşmasına töhfə verən intellektual hərəkatın fəal iştirakçısı olmuşdur. Onun şeirlərində zamanın nəfəsi, fərdin taleyi üzərində düşüncələr, dil forma ilə dərin yaradıcılıq işi aydın hiss olunur. Bu səbəbdən onun poeziyası bu gün aktuallığını qoruyur.

Kitabın Azərbaycan dilində nəşri əziz azərbaycanlı oxucular üçün yeni Moldova poeziyası ilə tanışlıq üçün əla fürsətdir. Kiperin poeziyası duyğuların incəliyi, fəlsəfi dərinlik parlaq metaforalarla zəngindir. O, şəxsiyyətin daxili dünyasını ifadə edən lirika ilə Avropa poetikasının estetik incəliklərini özündə ustalıqla birləşdirən şairdir. O, təkcə öz şeirləri ilə deyil, həm ədəbiyyatşünas tənqidçi kimi Moldova ədəbiyyatında yeni meyillərin dərk edilməsində mühüm rol oynamışdır.

Xüsusi minnətdarlığımı Azərbaycan Yazıçılar Birliyinə Səlim Babullaoğluna bildirirəm - məhz onun zəhməti, əməyi şəxsi səyi nəticəsində bu kitab işıq üzü görmüşdür.

Qoy "Təsadüfi sözlər" kitabı Moldova ilə Azərbaycan arasında sarsılmaz dostluğun daha bir rəmzi, mədəniyyət poeziya vasitəsilə qurulmuş mənəvi körpü kimi yadda qalsın.

 

Aleksandr  Esaulenko

 

Səfir

 

Ədəbiyyat qəzet.- 2025.- 16 may (№17).- S.3.