Rasionallıqla emosionallığın vəhdətində

 

Əkbər AĞAYEV-100

 

Görkəmli tənqidçi - ədəbiyyatşünas - tərcüməçi - professor Əkbər Ağayevin qeyri-adi bir tərcümeyi-halı ya həyat tərzi olmayıb. O, 1915-ci ildə Şuşa şəhərində anadan olub. Bəlkə çoxları bilmir ki, o, böyük Azərbaycan ziyalısı Əhməd bəy Ağayevin nəslindəndir, onun qardaşı nəvəsidir. Elə Ə.Ağayevin ömrü bir Azərbaycan ziyalısının pillə-pillə, amma inadla öz məqsədi, amalı uğrunda mübarizəsini xatırladır. Şuşada orta təhsil alandan sonra APİ-nin Azərbaycan dili ədəbiyyatı fakültəsini bitirmişdi. İnstitutu bitirəndə 22 yaşı vardı. Bu zaman mənhus 37-ci il başlanırdı. Cavidlər, Müşfiqlər, Əhməd Cavadlar, Salman Mümtazlar, Əli Nazimlər, Çobanzadələr az sonra başlanacaq repressiya tufanının qapısı ağzındaydılar. Belə bir qorxunc ildə sonuncu kurs tələbəsi Əkbər Ağayevin "Ədəbiyyat qəzeti"ndə ilk məqaləsi çar olunur. "Yüksək keyfiyyətli bədii tərcümə uğrunda" məqaləsi... Məqalə böyük ingilis dramaturqu V.Şekspirin məşhur "Otello" əsərinin Əhməd Cavad tərəfindən edilən tərcüməsinə həsr olunmuşdu. Məqalə oxucu rəyi kimi çap edilsə , hiss olunurdu ki, onun müəllifi V.Şekspirin yaradıcılıq dünyasına bələddir. Odur ki, "Otello"nun tərcüməsində nəzərəçarpan mübahisə doğuran məqamlara da diqqət yönəlmişdi.

Otuzuncu illərin sonlarında Azərbaycan tənqid ədəbiyyatşünaslığında məlum repressiya səbəbləri üzündən müəyyən boşluq yaranır. M.K.Ələkbərli, Ə.Nazim, B.Çobanzadə, Ə.Abid, M.Quliyev, A.Musaxanlı kimi tanınmış tənqidçi ədəbiyyatşünaslar repressiyanın qurbanı oldular. Bu boşluğu M.Arif, M.Cəfər, M.Hüseyn, C.Xəndan, M.Rəfili onlara nisbətən daha gənc olan Əkbər Ağayev aradan qaldırmalıydı. Bütün varlığı ilə ədəbiyyata bağlı olan Əkbər Ağayev məhz 1937-ci ildən başlayaraq fəal bir tənqidçi kimi diqqəti cəlb etməyə başladı. Təbii ki, onun da tənqidi yazılarında artıq Azərbaycan ədəbiyyatına bir ideologiya kimi sirayət edən sosrealizm prinsipləri təsir göstərməyə bilməzdi.

 Əkbər Ağayev bir sıra tənqidçi həmkarları kimi sosializm realizmi ədəbi metodunu tərifləyən məqalələr yazıb, kommunist ideologiyasını tərənnüm edən əsərlərdən söz açıb - bunu inkar etmək olmaz. Amma onun tənqidçi ədəbiyyatşünas kimi fəaliyyətini bu yazılarla qiymətləndirmək doğru olmaz.

O, 1940-1980-ci illərin ən fəal tənqidçilərindən biri olmuşdur. Bu illərdə Əkbər Ağayev həm ali məktəblərdə "Xarici ölkələr ədəbiyyatı" fənnindən mühazirələr oxuyur, həm ədəbi orqanlarda çalışır, həm bədii tərcümə ilə məşğul olur, həm tənqidçi ədəbiyyatşünas kimi qəzet jurnal səhifələrində məqalələrlə çıxış edirdi. Onun tərcümə kitablarının sayı iyirmiyə çatır, amma tənqidçi-ədəbiyyatşünas kimi cəmi altı kitabın müəllifidir: "Lermontov Azərbaycan" (1941), "Gertsen" (1962), "Sənətkarlıq məsələləri" (1962), "Nizami dünya ədəbiyyatı" (1964), "Sənətkara töhfə - Tolstoy-150) (1978), "Əsrin tərənnümü" (1980). Əgər bir tərcüməçi kimi Ə.Ağayevin fəaliyyəti tam əhatə olunubsa, tənqidçi ədəbiyyatşünas kimi nəşr göstəriciləri heç onun yazdıqlarının onda birini əks etdirmir. Xeyli sayda məqalələri, ədəbi müşavirələrdə məruzələri olub ki, kitab halında çap edilməyib. Elə bircə sanballı doktorluq dissertasiyası olan "Azərbaycan sovet poeziyası (1920-1970): inkişafın əsas meyilləri, sənətkarlıq, ənənə novatorluq" elmi işi belə monoqrafiya halında oxuculara çatdırılmadı. yaxşı ki, həmin dissertasiyasının müəyyən qismi "Azərbaycan" jurnalının 1974-cü il 1-10 saylarında dərc edildi.

Əkbər Ağayevin ədəbi-tənqidi irsi ədəbiyyatşünaslıq fəaliyyəti iki mənada əhəmiyyətlidir. Birincisi; bu irs Azərbaycan ədəbi tənqidinin ədəbiyyatşünaslığının 1940-1980-ci illər (ömrünün son on-on beş ilində onun yazıları mətbuatda seyrək görünürdü) mərhələsinin bir çox xüsusiyyətlərini özündə əks etdirir. Tənqid tarixçiləri üçün bu, yaxşı bir mənbədir. İkincisi; biz bir alimin, görkəmli bir tənqidçinin fikir dünyası ilə tanış oluruq. Tənqidçiyə xas olan bir çox xüsusiyyətləri - obyektivliyi, prinsipiallığı, klassiklərə müasirlərə hansı kriteriyalarla yanaşma tərzini, fikir mülahizələrində sərbəst, həm özünəməxsus ifadə tərzini onun simasında görə bilirik.

Əkbər Ağayev yaradıcılıqda istedad yazıçı mədəniyyəti məsələsini xüsusilə nəzərə çarpdırırdı: istər klassiklərdən, istərsə müasirlərindən yazanda o, həmişə bu faktoru bir meyar kimi götürürdü. Yazırdı: "İstedad öz-özlüyündə bir görə bilməz, istedad sənətkarlıq üçün lazımdır, lakin hələ sənətkarlıq demək deyildir. Poetik istedad o zaman səmərəli olur ki, o, tərbiyə edilsin, yüksək yazıçı mədəniyyəti ilə birləşsin. İstedadın fitri cəhətləri vardır, yaradıcılıq prosesində mühüm rol oynayan yazıçı mədəniyyəti isə məhz həyatda qazanılır, yuxusuz gecələr, uzun ağır əmək bahasına müxtəlif yollarla qazanılan həyat təcrübəsi hesabına əldə edilir". O, Nizamidən, bu dahi fikir nəhəngindən onun dünya poeziyasında önəmli rolundan söz açanda da, Azərbaycan poeziyasının S.Vurğun, S.Rüstəm, R.Rza, B.Vahabzadə, N.Xəzri, Ə.Kürçaylı kimi görkəmli nümayəndələrindən yazanda da məhz istedad onu şərtləndirən yazıçı mədəniyyəti faktorunu xüsusilə nəzərə çarpdırırdı.

Nizamişünaslıqdan söhbət düşəndə çox zaman Əkbər Ağayevin adını çəkmək unudulur, amma onun "Nizami dünya ədəbiyyatı" monoqrafiyası nizamişünaslıqda mühüm bir addım idi. O, Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq Nizaminin Avropada tədqiq olunması, onun əsərlərinin Qərb dünyasına mənəvi təsirini Nizami mövzularının Höteyə, Qotsiyə, Şillerə, Heyneyə necə ilham verdiyini tədqiq hədəfinə çevirirdi. Qərb ədəbiyyatını mükəmməl bilən Şərq ədəbiyyatına da dərindən bələd olan Ə.Ağayev Nizaminin yaradıcılığını Azərbaycan renessansının zirvəsi hesab edirdi. Onun "Azərbaycan intibahı - problem deyil, həqiqətdir!" məqaləsi, sözün əsl mənasında, bu problemin konturlarını dəqiq müəyyənləşdirmək baxımından yolgöstərici rolunu oynamışdır. Nizami haqqında söylədiyi belə bir fikir necə müasir səslənir: "Nizaminin dühası orta əsrlərin qalın qaranlıqları içərisindən yüksəlib işığa, təmiz havaya, yaxınlaşmaqda olan bəşər intibahının aydın səhərinə doğru can atırdı". O, Nizamişünaslıqda böyük zəhməti olan Y.E. Bertelsdən belə bir misal gətirir: "Əgər təkcə Nizamini tədqiq edən yazıçıların adlarını saymaq istəsək, o zaman biz Yaxın Şərq xalqlarının ədəbiyyatlarının bütün tarixini şərh etməli olardıq". Bu fikri Əkbər Ağayev Qərb ədəbiyyatı müstəvisinə keçirir, Nizamidən bəhrələnən Qərb şairlərinin onun yaradıcılığından necə təsirlənməsini elmi dəlillərlə sübuta yetirir.

Əkbər Ağayevin istər klassik, istərsə müasir ədəbiyyatdan, ayrı-ayrı görkəmli sənətkarlardan, yaxud mühüm yaradıcılıq, sənətkarlıq problemlərindən söz açdığı məqalələrində biz onu ehtiraslı bir müəllif kimi görürük. Bu "ehtiras" sözü kimsəni çaşdırmasın, onun öz mənası var - Əkbər Ağayev heç bir yazısını onların əsərlərini quru, soyuq, "akademik" dillə qiymətləndirməmişdir. Onun tənqidi yazıları rasionallıqla emosionallığın vəhdətini əks etdirirdi. Əslində, "tənqidi əsər (məqalə, resenziya, portret yazı) necə yazılmalıdır?" sualına cavab axtarsaq, Əkbər Ağayevin bir çox yazılarını nümunə gətirə bilərik. "Əsrin tərənnümü" (1980) "Sənətkarlıq məsələləri" (1962) kitablarında sıralanan məqalələrində Ə.Ağayev uzun-uzadı mühakimələr yürütmür, fikrini əsaslandırmaq üçün kimlərdənsə sitat gətirməyə ehtiyac duymur o suala belə cavab verir: "Cavablar çoxdur, saymaqla qurtarmaz... Amma bir cavab da var - poeziyanın öz cavabı. Hər bir istedadlı, yetkin kamil poetik əsər öz-özlüyündə "Poeziya nədir?" sualına cavabdır. Bu cavab daha orijinal, daha yeni, daha təravətlidlir". Ə.Ağayev Əliağa Kürçaylının, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin poeziyasının ən gözəl nümunələrinə müraciət edir, sualın cavabı aydınlaşır.

Əkbər Ağayev poeziyamızın mötəbər tədqiqatçılarından biri idi. Onun 1947-ci ildə yazdığı "Şeirimizin vəziyyəti müasir mövzu məsələsi" əsl tənqidçiyə xas olan obyektivlik, müasirliyi duyma qabiliyyəti, poeziyada yaranan yenilikləri nəzərə çarpdırmaq bunun əksinə, şablonlara, açıq-aydın görünən qüsurlara qarşı sərt münasibəti o dövrün tənqidi üçün nadir hadisələrdən biri idi. Məqalədəki bəzi fikirlər bu gün üçün əhəmiyyətlidir. Məsələn: "Dar mənada başa düşülən "gündəlik şeir" ötəri şəkildə "moda" üçün çəkilmiş bir xərcdir. Moda keçicidir, həyat böyük ideyalar isə qalır. "Gündəlik şeir" adlandırılan "əsərlər"in dərindən başa düşülən müasirliklə heç bir əlaqəsi yoxdur" O, çəkinmədən Məmməd Rahimin, Əhməd Cəmilin, Osman Sarıvəllinin, Zeynal Xəlilin "gündəlik şeirlər"ini tənqid edir, onların şeirlərinin sənətkarlıq xüsusiyyətlərinin zəif olduğunu nəzərə çarpdırırdı. Ə.Ağayevin bir sıra məqalələrində adlarını çəkdiyimiz bu şairlərin şeirlərindən müsbət mənada söz açılmışdı.

Əkbər Ağayev həm ədəbiyyat tarixçisi idi. Onun öncə adını çəkdiyimiz "Azərbaycan sovet poeziyası (1920-1970) dissertasiyası bunun parlaq sübutudur. Bu əsərin yetmişinci illərin əvvəllərində yazıldığını da unutmayaq, təbii ki, əsərdə sosrealizm elementləri hiss olunurdu, amma buna baxmayaraq, Ə.Ağayev 1920-1970-ci illərin Azərbaycan poeziyasını bir ədəbiyyat tarixçisi kimi düzgün şərh edirdi O, poeziyanın inkişafında nəzərəçarpan təmayüllərin heç birini nəzərdən qaçırmırdı. Onun qiymətləndirmə meyarı da maraqlı idi. Məsələn, Sabir, Səhhət Hadinin müqayisəsinə diqqət yetirək: "Sabir poeziya səmasında əbədidir, yandıqca parlayır, parladıqca aydınlaşır daha gur şölə saçır, şüasının təsir əhatə dairəsi genişdir, tükənməzdir, həmişə fəaldır. Hadi çox tez parlamış, gözləri qamaşdıran bir işıq saçmış, tez ziyasını itirmiş sönmüş ulduzdur, lakin poeziya səmasından silinməmişdir, öz tutduğu məqamında o, yenə vardır. Amma onu görmək istəyənlər əvvəlcə aydınlaşdırıcı cihazlarla silahlanmalı, özünü işıqlandırmalı, sonra görməlidirlər. Görə bilsələr, o zaman hiss edərlər ki, o sönmüş ulduz da içəridən nəfəs alır. Bəli, Sabir poeziya göylərində hamının gördüyü görəcəyi ulduzdur, Hadi isə onu görə bilənlərin ulduzudur. Bu iki ulduzun arasında öz sakit aramlı işığını bir qaydada saxlayan sıravi bir ulduz da var: o, Səhhətdir, incə, ahəstə təmkinli qələm sahibi Səhhət". Bu monoqrafik tədqiqat ənənə novatorluq haqqında çox maraqlı obyektiv mülahizələrlə diqqəti cəlb edir. Bizim ədəbiyyatşünaslıqda ilk dəfə olaraq ənənə novatorluğun elmi-nəzəri izahı verilir.

Bu yazıda Əkbər Ağayevin tərcüməçilik fəaliyyətindən qısaca da olsa, söz açmamaq insafsızlıq olardı, mən onun tərcüməsində V.Q.Belinskinin "Seçilmiş məqalələr" kitabını dönə-dönə oxumuşam, yaxşı bilirəm ki, belə əsərləri tərcümə etmək olduqca çətindir, amma inanın, o kitabda bircə dolaşıq cümlə, anlaşılmayan nəsə nəzərə çarpmır. Əkbər Ağayev Bualonun "Poeziya sənəti" kitabını eyni uğurla tərcümə edib, O ki qaldı bədii əsərlərə, baxın: D.Defo - "Robinzon Kruzo", Jül Vern - "Arxipelaq alovlanır", Ç.Dikkens - "Oliver Tvistin macəraları", Arkadi Qaydar - "Seçilmiş hekayələr", A.Dode "Taraskonlu Tartareqntin qeyri-adi macəraları", N. Karamzin - "Zavallı Liza, V.Korolenko - "Qəribə qız", M Qorki - "Nağıllar", M. Kostyubinsk - "Fata Morqana" s.

Əkbər Ağayev 75 il yaşadı, mart ayında Şuşada dünyaya gəldi, mart ayında da dünyadan köçdü.

Son söz - Əkbər Ağayev mənim müəllimim olub. "Xarici ölkələr ədəbiyyatı"ndan mühazirələrini dinləmiş heyran olmuşam. Namizədlik dissertasiyamda isə birinci opponentim idi. Son yeri Nizami adına Ədəbiyyat İnstitutuydu, tez-tez görüşürdük.

Tənqidimizin-ədəbiyyatşünaslığımızın bu görkəmli nümayəndəsini ehtiramla yad edirəm. Onun bütün tələbələri adından...

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 16 may (№17).- S.4.