Adil Cəmil poeziyasına fərqli baxışlar
"Tanıdığım Adil Cəmil" şair-publisist Sərvaz Hüseynoğlunun uzun illər bir yerdə çalışdığı,
bir həyatı bölüşdüyü, hər
cəhətinə (istər
həyatda, istər ədəbiyyatda) yaxından
və dərindən bələd olduğu qələm yoldaşının
poetik yaradıcılığına
bir baxışdır.
Kitabda A.Cəmil yaradıcılığına müxtəlif
yönlərdən nəzər
salınır, şairin
poetik imkanları incələnir.
***
Tanınmış
şair, Əməkdar mədəniyyət işçisi Vaqif
Bəhmənlinin "Sözün canı" kitabında nəsildaşı,
qələm qardaşı və tələbə
yoldaşı Adil Cəmilin poetik potensalı dəmir məntiq
və təkzibolunmaz arqumentlərlə təhlilə cəlb
olunur. V.Bəhmənli, yaradıcılığını yüksək peşəkarlıqla
dəyərləndirdiyi A.Cəmilin
əslində ədəbi
portretini yaradır.
P.S. Mayın 14-də AYB-nin Natəvan klubunda "Vektor" Beynəlxalq Elmlər Akademiyasının prezidenti,
d-r. professor Elçin
İsgəndərzadənin təsis etdiyi və özünün şəxsən təqdim
etdiyi "Şahmar Əkbərzadə" Beynəlxalq
mükafatını alanlar
sırasında tanınmış
şair, manasşünas
alim Adil Cəmil də olub. Redaksiya heyəti adından qələm dostumuzu təbrik edirik.
Ədəbiyyat
qəzeti.- 2025.- 16 may (№17).- S.19.