“Alıkul poeziyası əbədi sərvətimizdir”
Bu il
Qırğızıstanda görkəmli şair Alıkul
Osmonovun 110 illik yubileyi təntənə ilə qeyd olunur. Azərbaycanlı şair, manasşünas
alim Adil Cəmilin də
yenicə çapdan çıxmış "Qırğız
poeziyasının Alıkul
zirvəsi" kitabı
söz sənətkarının
yubileyinə qardaşlıq
töhfəsidir.
"İmza" Nəşrlər
Evi tərəfindən
Azərbaycan və rus dillərində nəfis şəkildə
buraxılan monoqrafik kitabın elmi redaktorları professor Nizami
Tağısoy (Məmmədov)
və professor Kayrat Osmonəliyev, ön sözün müəllifi,
həmçinin Kayrat
Osmonəliyevdir. Onun ön sözünü diqqətinizə yetiririk.
Hörmətli oxucu! Əlinizdə tutduğunuz bu kitab 2025-ci ildə 110 illiyi qeyd olunan görkəmli
qırğız şairi
Alıkul Osmonov poeziyasının təhlilinə
həsr olunub. İsdedadlı şair yurddaşımın əsərlərinin
Azərbaycanın tanınmış
şair-tərcüməçisi, fəlsəfə doktoru, Əməkdar jurnalist və mənim dostum, 2024-cü ildə Alıkul Osmonovun yüzə yaxın şeirini Azərbaycan dilinə tərcümə
etmiş Adil Cəmil tərəfindən təhlil
edilməsi təqdirəlayiqdir.
Adil Cəmilə minnətdarıq
ki, Azərbaycan oxucusu
onun tərcüməsində
görkəmli qırğız
şairinin yaradıcılığı
ilə tanış olmuşdur.
Alıkul qırğız
poeziyasının səmasında
parlaq ulduzdur. Onun şeirləri sirli duyğuların, dərin düşüncələrin,
təbiət gözəlliklərinin
və insanın daxili aləminin həqiqi güzgüsüdür.
Alıkul qırğız
xalqının sevimli şairidir. Onun əsərləri hər bir qırğızın ürəyində nəsildən-nəsilə
ötürülür.
Alıkul novator şairdir. O, qırğız
poeziyasına yeni forma və
ideya gətirib. Şeirlərinin dili sadə olsa da, dərin fikirlərlə süslənib. Onun şeirləri vasitəsilə
biz dünyanı başqa
cür görür, həyatın mənasını
daha dərindən dərk edirik. Alıkulun poeziyası ilə biz həyata sevgimizi artırır, insana insani münasibət
bəsləyir və mənən təmizlənirik.
Adil Cəmilin kitabında Alıkul Osmonovun sehirli poeziyası, bu poeziyanın dili, üslubu peşəkarlıqla araşdırılır.
Kitab oxucunu Alıkul şeirlərinin dərinliyinə
varmağa və onun poeziyasının sehrinə şahid olmağa dəvət edir.
Bu kitab şairin şeirlərindəki
qüdrəti hiss etməyə
və ürəyimizdə
onun obrazını yaşatmağa bir daha imkan yaradır.
Bu kitab ədəbiyyatı, poeziyanı
sevən, Alıkulun şeirlərinə ehtiramla
yanaşan oxucular üçündür. Kitab hər
bir oxucuda şairə, onun şeirlərinə və
ümumiyyətlə, poeziyaya
isti duyğular yaradır.
Alıkul Osmonovun
poeziyası əbədi
sərvətimizdir. O, həmişə
bizi yüksək ideallara, təmiz duyğulara səsləyir.
Şairin şeirləri
bizə həyatı sevməyi, rəhmdil olmağı, xalqını
və yurdunu qorumağı öyrədir.
Adil Cəmilin kitabı Alıkul Osmonovun zəngin irsinə bir səyahətdir. Bu
"səyahətdə" şairin həyat və yaradıcılıq
sirlərinin açımındakı
dərin araşdırmalarına
görə Adil Cəmilə
minnətdarlığımızı bildiririk. Alıkulun şeirləri sevinci, qəmi, sevgisi, nifrəti, ümidi, mübarizəsi ilə həyatın özüdür.
Onun hər misrasında qırğız
ruhunun gücü, bu xalqın tarixi və mədəniyyəti ifadə
olunur.
İnanıram ki, bu
kitab yubileyi münasibətilə
təkcə alıkulsevərlərə
deyil, həm də qırğız ədəbiyyatı ilə
maraqlananlara dəyərli
hədiyyədir.
Fürsətdən istifadə
edərək, bu kitabın müəllifi -
manasşünas və
alıkulşünas, Azərbaycanın
görkəmli şairi,
Qırğızıstanın mədəniyyət əlaçısı
Adil Cəmilə Türk
Dünyasının mədəni
irsi xəzinəsinə
verdiyi töhfəyə
görə minnətdarlığımı
bildirirəm.
Kayrat OSMONƏLİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 16 may (№17).- S.19.