Alıqul Osmonovun 110 illiyində azərbaycanlı şairdən danışıldı

 

Alıqul Osmonovun 110 illiyində azərbaycanlı şairdən danışıldı

Mayın 12-də Bişkekdə yerləşən Qırğız Milli Universitetində (QMU) böyük qırğız şairi Alıqul Osmonovun anadan olmasının 110 illiyinə universitetin 100 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilib.

Əgər özümə bir əsr sonradan baxsam...” adlı tədbirin əsas məqsədi Osmonovun yaradıcılığının türk dünyasında yeni nəsillər arasında təbliği olub.

Forumda təhsil, mədəniyyət ədəbiyyat sahəsində fəaliyyət göstərən alimlər, pedaqoqlar dövlət rəsmiləri iştirak ediblər. Tədbirdə çıxış edən Qırğız Milli Universitetinin Türk İrsi Mərkəzinin rəhbəri, hüquq elmləri doktoru, professor Qırğızıstanın Azərbaycandakı Gürcüstandakı sabiq səfiri Kayrat Osmonaliyev Osmonovun yaradıcılığının artıq türk dünyası poeziyasının klassikası kimi qəbul olunduğunu bildirib.

Osmonaliyev qeyd edib ki, Osmonovun əsərlərinin xaricdə tanıdılması istiqamətində 2024-cü ildə Azərbaycanlı şair manasşünas Adil Cəmil tərəfindən onun 86 lirik şeiri Azərbaycan dilinə tərcümə olunub. Şeirlər iki dildəqırğız azərbaycan dillərində kitab şəklində çap olunaraq, Türk Mədəniyyəti İrsi Fondu tərəfindən dəstəklənib. Kitab həm Azərbaycan mədəniyyət günləri çərçivəsində Bakıda, həm noyabrda Bişkekdə təqdim edilib.

Bundan əlavə, Adil Cəmilin Osmonovun yaradıcılığına həsr etdiyi "Alıqqulqırğız poeziyasının parlaq zirvəsi" adlı ikidilli (Azərbaycan rus dillərində) monoqrafik araşdırması da Bakıda öz hesabına çap olunub. Kitabın bu ilin payızında Bişkekdə təqdim olunacağı gözlənilir.

Forum çərçivəsində Qırğız filologiyası fakültəsinin tələbələri "Gənc dalğalar" ədəbi dərnəyinin üzvləri Osmonovun şeirlərini səsləndiriblər.

 

Ədəbiyyat qəzeti.- 2025.- 16 may (№17).- S.19.