Şahlar Göytürk
duyğulu, həssas, milli ənənələrə
sadiq, ona dəyər verən istedadlı alim-şairdir.
Yardımlıda dağlar
qoynunda böyüyüb
boya-başa çatmış,
yeniyetməlik dövründən
ali təhsil almağa gələnədək
zəhmət dərsləri
keçmişdir, bu da onun dərin
mənəvi, yüksək
insani keyfiyyətlər
qazanmasına, yetkin bir şəxsiyyət kimi formalaşmasına, eləcə də yaradıcılığına təsirini
göstərmişdir.
“Dil
millətin ruhu, genetik yaddaşıdır.
Dilimizin hüdudları
dövlətimizin ərazisindən
dəfələrlə genişdir”,
– deyən
Şahlar Göytürk
ana dilimizi mükəmməl
öyrənməyi, sevməyi,
bu dildə yazıb-yaratmağı təlqin
edir, Azərbaycan dövlətini 60 milyonluq azərbaycanlının iftixar,
güc və ilham mənbəyi adlandırır, şərəf
gətirən, Şərqdə
və türk-islam dünyasında ilk demokratik,
dünyəvi dövlət
olan Azərbaycan Xalq Cümhuriyyətinin ərməğanı, milli dövlətin
müqəddəs, zəfər
bayrağının ən
uca zirvələrdə
dalğalanmasından qurur
duyur:
Kökün çox dərindədir, ucalarda dalğalan,
Güvən öz qüdrətinə, sən
özünə arxalan.
Ulu Cümhuriyyətdən ən
qiymətli ərmağan
Göy üzünün
növrağı – Azərbaycan
Bayrağı!
... Elə gur dalğalan ki uzü Təbrizə sarı,
Kölgən düşsün
hər yerə, çin elə xəyalları.
Bütöv Azərbaycanın
eşqi, andı, vüqarı –
Sən ey zəfər sancağı,
Azərbaycan Bayrağı!
Azərbaycan Bayrağı haqqında o
qədr yazıblar, o qədər yazırlar ki.., onların sırasında bu şeirin yeri fərqlidir.
Söz sərrafı
Şahlar Göytürkün
sənətkarlıqla, çağlayan
təbi ilə qələmə aldığı
“Azərbaycan Bayrağı”
şeiri dərin məzmunu çağdaş
poeziyamızda xalqımızın
azadlıq uğrunda döyüşkən, əzmkar
ruhunun inikas etməsi baxımından öncül yerlərdən
birini tutur. Vətən sevgisinə, bayrağına, doğma yurda dərin məhəbbət- lə hörülmüş bənzərsiz
poetik fikirləri, ədəbi-ictimai rezonans doğuran misraları onun rəngarəng yaradıcılığının bəzəyidir. Məgər
azadlıq uğrunda hər mücadilə edən xalq onu qazana bilibmi?!
Vətəndən savayı
bir vətənpərvərlik
– Vətən uğrunda
şəhidlik məqamı
da var:
Səni yasaq etdilər, könüllərdə ucaldın,
Səhidlik məktəbindən,
bir ilahi güc aldın.
Qiyamətə qoymadın,
düşmənindən öc
aldın,
Bitdi Tanrı
sınağı, Azərbaycan
Bayrağı!
O, “44 günlük savaşda düşmənin bağrını
yaran”, düşmən
ordusunu məhv edərək öz ərazi bütövlüyünü
bərpa edən Azərbaycan Silahlı Qüvvələrinin misilsiz
xidmətlərini ictimai-siyasi
səciyyəli, mübariz
və zəfər ruhlu
“Azərbaycan Ordusu” şeiri ilə ortaya qoyur:
44 günlük
savaşda düşmən
bağrını yardın,
Şəhid
ətirli Vətən,
qazi ətirli Ordum!
Yavaş-yavaş
dirçəlir, çiçəklənir
bu yurdum,
Yeni zəfərlərinlə
qürurlandır ulusu,
Sənə
zəfər yaraşır,
Azərbaycan Ordusu!
Şahlar Göytürk
tək və tənha qalanda bir özü olar, bir də
daxili aləmi. Belə tənhalıq qorxulu deyil, çünki ən qiymətli sözlər, fikirlər, ağıllı
düşüncələr tənhalığın bəhrəsi
olur – yaradıcı insanlar tənhalıqdan zövq alırlar. Sözün dəyərini,
qiymətiini, böyüklüyünü
göstərmək üçün
al-əlvan iplərdən
də daha rəngarəng olan sözlərdən ilmə,
naxış vurur, çətinə düşəndə
Tanrıya üz tutur:
Dar gündə
dayağım, köməyim
olub,
Güc verib, can verib sözümə Tanrı.
Tanrı ilə səmimi ünsiyyəti mənəvi aləminin böyüklüyü, yaradıcılıq
uğurlarıdır – deməyə
sözü və meydanı, sözü eşidən, dinləyən
oxucuları var. Onun kimi yaradıcı insanların sayəsində
söz belə qiymət, əhəmiyyət
qazanır, dərk olunur, mənəvi yükünü artırır:
Umacağım,
təmannam yox,
Onsuz
da ki, ürəyim tox.
Sözü
sevdim özümdən
çox,
Özümdən
də başdır bu söz.
Əməli ilə sözü arasında heç bir fərq olmayan Şahlar Göytürk sözdən gileylənmir.
Böyük ustalıq
və məharətlə
onu harada, necə deməyi bacardığı üçün
fikirləri daim qiymətlidir. Şahlar Göytürkün halal çörəyi
sözdən çıxır.
O, sözünün kəsəri,
dəyəri ilə seçilən – sözü
eşidilən dilçi
alimdir.
Müasir dilçilik
elmi artıq insan dilinin fenomeninə
çevrilib. Dil hər bir xalqın
tarixi və mədəniyyətinin ayrılmaz
hissəsidir, tarixən
formalaşmış etnik
düşüncə tərzi
onun quruluşuna və istifadəsinə təsir edir. Lakin fərqli mədəniyyətlər
arasında qarşılıqlı
əlaqələrin artması
dil mədəniyyətinin
daha geniş və universal prinsiplər
əsasında inkişafını
tələb edir.
Dilçilik yalnız
dilləri təsvir etmir, həm də onların strukturunu, nitq faktlarını və dilin işləmə mexanizmlərini tədqiq edir. Dil müxtəlif
vahidlərdən ibarət
olduğu üçün
onların qarşılıqlı
əlaqəsinin və
strukturunun öyrənilməsi
tələb olunur. Dilin mahiyyətini anlamaq üçün təkcə dilçiliyin
deyil, fəlsəfə,
məntiq və psixologiyanın da atributlarını
mənimsəmək lazım
gəlir. Bunları sadalamaqda və xatırlatmaqda məqsədim
məhz Şahlar Göytürkün dilçiliyin
müasir problemlərini
və onun digər elmlərlə qarşılıqlı əlaqəsini
sistemli şəkildə
tədqiq edən, araşdırma istiqamətləri
çox əhatəli
olan və gələcək elmi tədqiqatlar üçün
mühüm əhəmiyyət
daşıyan alimlərimizin
birincilərindən olduğunu
bildirməkdir. Elmi yaradıcılığa
başlayandan dilçiliyə
mühüm töhfələr
vermişdir. Bir vaxtlar
AMEA Nəsimi adına
Dilçilik İnstitutunda
işləmiş bir rəhbər kimi deməkdən qürur duyuram ki, onun kimi təcrübəli dilçiyə institutun daim ehtiyacı vardır.
Şahlar Göytürk
“Uzun sözün qısası” adlı kitabında funksional dilçiliyin sistem-struktur
sistemindən danışmasa
da, tədqiqatları elmi-publisistik
səpkidə geniş
oxucu auditoriyasına
ünvanlanıb. Ona görə
də bu məlumatlar başa düşülən, qısalığa,
lakonikliyə meyilliyi
publisistikaya yaxın
vasitələrdən istifadə
etməklə maraqlı
formada təqdim edilir. Məqsəd fikirləri birmənalı
ifadə etmək, elmi faktların təsviri ilə məlumatları dəqiq
çatdırmaq, informativliyi
və qanunauyğunluğu
gözləməkdir. Məsələn,
“Televiziyalardakı dilimiz”
adlı məqaləsində
haqlı irad tutur: “Dilimizdə “özünəinam”, “göz
təması” ifadələri
varkən, nə üçün “selfkonfidens”,
“ay kantakt” deyilməlidir? ”Və
ya: “Aparıcı deyir: “Bylingual”, orada basırsan, pronansieyşn, hətta ingilis dilində necədir, amerikansayağı
pronansieyşn necədir,
onu da söyləyir”.
“Yenə həmin verilişdə aparıcı
belə bir cümlə işlədir:
“Biri var mənim neytiv
lanqvic, bir də var neytiv deyil. Onlar deyirdi
ki, biz heç belə iməcin etmirik”. “Aparıcı sanki Azərbaycan dili üzərində təcrübə aparır.
Dilimizin ümumişlək
sözlərini ingilis
sözləri ilə əvəz edir. Görəsən, aparıcını
“tələffüz”, “doğma
dil”, “təsəvvür”
söz və ifadələrini ingilis dilində səsləndirməsinə
vadar edən nədir? Axı bunlar termin deyil,
ümumişlək sözlərdir”.
Belə ifadələr,
doğrudur, bədii-publisistik
janrlar üçün
xarakterikdir. Alimin obyektivliyi problemə, publisistik mətnin effektivliyinə təsirini
faktlara, hadisələrə
sosial-qiymətləndirici münasibət
olaraq xarakterizə edir. Kütləvi kommunikasiya diskursunda bu dil fəaliyyətinin
sahəsinin ən mühüm xüsusiyyətlərindən
biri düzgün qiymətləndirmə, faktları
seçərkən hadisələrin
və ya vəziyyətlərin mənasını
təhrif etməməkdir.
Diqqət etdiyimiz kimi, seçim mərhələsində obyektiv
fakt subyektiv işlənmənin problemi
ilə üzləşir.
Reallığın faktlarına
əsaslanaraq, təsvirini
yaradarkən hadisələri,
situasiyaları, hərəkətləri,
obrazların replikalarını
yenidən icad etmir, sadəcə olaraq düzgün tamamlayır. Bu tamamlama subyektiv olaraq baş verənləri özünə uyğun şəkildə təkrar
etmək yox, reallığın təsviri
və analizi zamanı mümkün qədər etibarlı olmasıdır.
Müəllif qeyd edir ki, dilin ən çox inkişaf etdiyi publisistikada süni söz yaratmalar daha çoxdur: “Publisistikada belə sözlərə qarşılıq
tapmaq cəhdləri də müşahidə olunur. Məsələn, aparıcı belə bir fikir səsləndirir:
“Bir anlıq özüm
düşündüm ki, “önfikir”lə, “önmühakimə”
ilə mən fikirləşdim ki, bu adam niyə belə emosionaldır, bu adam niyə
bu cür impulsiv reaksiya verir?” Aparıcı sanki qınağa tuş gəlməmək üçün süni şəkildə söz yaratmağa cəhd edərək “önyarğı”
sözünün əvəzinə
“önfikir”, “önmühakimə”
sözlərini işlədir”.
Publisistikada qiymətləndirmə
seçimlə sıx
əlaqəlidir, təsirli
nitqdə nominasiya çox nadir hallarda neytral olur. Publisistik
nominasiya obyekt haqqında əldə edilmiş biliklərin bir hissəsini əhatə edir və bunlar ünvanlı tərəfindən
qavranıldıqda, onun
şüurunda emal edilərək fərdi modelinin
bir hissəsinə çevrilir: bu intensional kateqoriya publisistik mətndə müəyyən bir ideologiyanın formalaşmasına
kömək edir və cəmiyyətdə
təsdiqlənir, bu isə yaxşı qarşılanmır. Publisistik
mətn cəmiyyətin
ideoloji modelinin ən vacib tərkib
hissəsidir. Şahlar
Göytürk müəyyən
bir fikri təsdiq və ya təkzib edə biləcək, öz-özlüyündə ideyaya
çevriləcək sözün
dəqiq seçilməsini vacib
məsələ kimi qarşıya qoyur.
Elmi mətnlərdə elmi təfəkkür fəaliyyətinin
mərhələ və
üsulları əks
olunur – faktlara əsaslanaraq, müəyyən
təzahürü izah
edən hipotez irəli sürülür,
onun sübut yolları tapılır,
elmi biliklərin,
tədqiqatların nəticələri
nəzərə alınaraq,
ümumi sistem dərk edilir. Şərhlər məntiqi
ardıcıllığını, əlaqənin nizamlı
sistemini, məzmun zənginliyini qorumaqla
dəqiq, yığcam,
birmənalı xarakterizə
olunur. Məsələn,
dilimizdəki tarixi dövrlərdən bəhs
edərkən bildirir
ki, sabit birləşmələr
gündəlik nitqdə
deyil, dilin tàriõi inkişàf prîsåsində tədricən sàbitləşir və danışarkən biz onlardan
hàzır şəkildə
istifadə edirik. Formalaşma prosesində sözlər öz müstəqil leksik mənasını itirərək
məcazlaşır və
tamamilə yeni bir mənanın yaranmasına
xidmət edir:
Təzə qalsın
(qarğış)
Abrım yoxdur (paltar mənasında)
Əlində, ayağında
dağıt (sağlıqla
geyin)
Qatma bağlamaq
(ələ salmaq)
Əli üzündə
qalmaq (mat qalmaq) və
s.
Şahlar Göytürk
Azərbaycan dilçiliyində
ilk dəfə olaraq dialekt və şivələrimizdə somatik
frazeoloji vahidlərə
nəzəri cəhətdən
münasibət bildirmiş,
onların leksik-qrammatik,
struktur-semantik xüsusiyyətlərini
araşdırılmışdır.
Elmi üslubun əsas funksiyası yalnız məntiqi məlumatları
ötürmək deyil,
həm də onun doğruluğu, yeniliyi və dəyərini sübut
etmək, elmi nailiyyətlərimizi zənginləşdirməkdir.
Koqnitiv funksiya dilin ümumi sistemi ilə müqayisədə ön
plana keçir. Məsələn,
Sibirdən tutmuş Balkanlara qədər yayılmış, qədim
bir türk etnonimindən yaranmış
Alar toponiminin adının
təhrif edilərək
Allar şəklinə
salınmasına etirazını
bildirən Şahlar Göytürk bu toponimin daha əvvəllər mövcud
olduğunu elmi əsaslarla sübut edir.
Müəllif kitabda oğuz tayfa ittifaqına daxil olan təkləlilər haqqında zəngin tarixi-etnoqrafik məlumatlar
verir. Eyni elmi-nəzəri fikirləri
par kök morfemin müxtəlifsistemli dillərdə
necə təzahür
etməsi, hansı quruluş modellərinin mövcud olması haqqında da demək olar.
Elmi üslubun əsas funksiyalarından biri məntiqi düşüncəni
aktivləşdirməsi, qeyri-mütəxəssislərdə elmi məlumatlara maraq oyatmasıdır. Bu üslubun dəqiqliyi, birmənalılığı
və müəyyənliyi
onunla bağlıdır
ki, elmi biliklərin
hər bir sahəsində fərqli
əlamətlərə görə
ümumiləşən anlayış
sistemi mövcuddur.
Bu məsələ müəllifin
2020-ci ilin sentyabrından
cəmiyyətdə çaşqınlıq
yaradan “Xankəndinə,
yoxsa Xankəndiyə”
sualına cavab məqaləsində öz
əksini tapır. Onun qənaətinə görə, hər bir sözün öz vurğusu olduğu üçün
ll növ əsasında əmələ
gəlmiş yer adları yönlük halda bir qayda
olaraq “n” bitişdiricisi
ilə işlənir.
Xankəndi adı bitişik yazılan mürəkkəb söz olduğu, yəni söz birləşməsi
olmadığı üçün
yönlük halda “Xankəndiyə” şəklində
yazılmalıdır. Analoji
olaraq “Kəlbəcərin
İstisuyu” yox, “Kəlbəcərin İstisusu”
olmasını da əsaslandırır.
Şifahi nitqdə
düzgün olmayan səslənmə zamanı
yazılı nitqdə
çox nəzərə
çarpmayan hərf
fərqi məna yanlışlığına gətirib
çıxarır; hər
bir dil vahidi,
dil işarəsi müəyyən bir məna ifadə edir, paronimlər ifadə ilə məzmun vəhdətinin
pozulmasıdır. Təəssüf
ki, orfoqrafiya lüğətinin
tərtibi zamanı bu nəzərə alınmayıb. Müəllif
konkret olaraq eyni kökdən yaranan səbr və səbir sözlərini misal çəkir.
Alınma leksika bu cəmiyyətin həyatında baş verən dinamik proseslərin əks olunmasında müəyyən
yer tutur. Müəllif dilə kommunikativ, obyektiv yanaşmada onların müasir dilçilik paradiqmasındakı yerini
göstərə bilmişdir.
İmplisit xarakterli şərhləri suppozisiyalar
və məntiqi mövqeyinin tətbiqi ilə həyata keçirir, inandırma
strategiyasını elə
qurur ki, o ünvanına
– informasiya istehlakçısına
təsirini, mətnin və alt mətnin məlumatlarını uyğun
şəkildə dekodlaşdırmanı,
müasir elmi-publisistik
diskursun manipulyativ xarakterini göstərə
bilir. Mətnin müəllifi mövqeyini
təqdim edərkən
auditoriyanın etibarını
qazanmağa çalışır.
Şahlar Göytürkün
tədqiqatı, analitik
düşüncə tərzi
funksiyadan formaya və
formadan funksiyayadır,
doğru olaraq belə nəticəyə
gəlir ki, dilin funksiyası dil vahidinin funksiyasıdır,
qarşılaşdırıldıqda onlar da eyni deyillər:
dilin funksiyası dil sisteminin funksiyasına bərabərdir.
Əsas odur ki, kitabda verilmiş mətnlərdə nitq
manipulyasiyası yox, müasir Azərbaycan dilində baş verən fəal proseslərdə, kommunikativ
və dil motivasiyası, dilxarici və dildaxili təsirlərin
qarşılıqlı əlaqələrinin öyrənilməsində
ədəbi normaların
yaxşı mənada
yenilikçi transforma-
siyası, mədəni
dil-nitq azadlığı
var!
Nadir MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.-
2025.- 16 may (¹17).- S.27.