Kudım-Oş haqqında rəvayətlər

 

Aleksey Domnin (1928-1982) - şair, yazıçı, jurnalist, folklor araşdırmaçısı. Ömrünü "İqor polku dastanı"nın araşdırmasına həsr edən atası Mixail Domninin təsiri ilə o da folklor araşdırmalarına başlayıb. Universitetdə diplom işini həmin dastandan yazıb, 1967-ci ildən 1977-ci ilə qədər isə dastanın tərcüməsi ilə məşğul olub. Tarixi povestlərin, böyüklər uşaqlar üçün şeirlərin, nağılların müəllifidir. Bir müddət Rusiyada yaşayan etnik azlıq komilərin permyakların folkloru ilə maraqlanıb, həmin motivlər əsasında "Kudım-Oş haqqında rəvayətlər" "Ovçu Per haqqında rəvayətlər" poemalarını yazıb.

Kudım-Oş komilərin permyakların əfsanəvi qəhrəmanıdır. Əfsanəyə görə, bu xalqlar Oşdan törəyib.

 

 Kudım-Oş haqqında rəvayətlər

 

1

 

Nəğmələrin geniş qanadlarında

 

Sizi qədim rəvayətlər yurduna

 

Aparacağam ki, mənim sözlərim

 

Toxum kimi qəlbinizdə cücərsin.

 

Qədim nəğmələrin nəqarəti var,

 

Hər xalqın da başlanğıcı mövcuddur.

 

Qədim-qədim zamanlarda parmada*

 

(Parma - tayqa)

 

Boz gözlü çudinlər* yaşayırdılar.

 

(Çudinlər ya çudlar -

 

komilərin əcdadları, qədim xalq)

 

Dar qaranlıq idi kor qazmalar,

 

Geniş idi ətrafdakı meşələr.

 

Dadlı idi maralların ciyəri.

 

Onlara istilik verirdi günəş,

 

Quşlar xəbər gətirirdi uzaqdan.

 

Rəqs edirdi gur alovun dilləri,

 

Qovlayırdı gecənin ruhlarını.

 

Əcdadların adəti necəydisə,

 

Elə yaşayıb ömr edirdilər.

 

Qocalıqdır insanı əldən salan

 

əgər hansısa qərib qocanı

 

Ölüm unudurdu, aparmırdısa,

 

Həmin qoca gizlincə bir cığırla

 

Dağa gedib mağara qazıyırdı

 

özünü orada dəfn edirdi.

 

Cavan öz doğma qəbiləsində

 

Bahar vaxtı oyanan torpaq kimi

 

Güc-qüvvətə dolub yetkinləşirdi.

 

İti ağıl verilmişdi gənc Oşa.

 

Ölülərin kölgəsini görürdü,

 

Uçan oxu havadaca tuturdu,

 

Gözbağlıca oynayırdı ayıyla.

 

Onun anasısa - cadugər Pevsin

 

Bacarırdı yuxuları yozmağı.

 

Bilirdi ki, harda dincəlir Oypel -

 

Meşələrin çayların tanrısı.

 

Əgər kimsə pis niyyətlə gəlsəydi,

 

Onu kor edərdi gizli sehrlə.

 

Heyvanı tələyə sala bilərdi,

 

Yumşaldardı düşmənin qılıncını.

 

Qəbilənin şamanı Çikış qarı

 

Gecə dağa çıxıb söhbət edirdi

 

Süra-Peley adlı hiyləgər ruhla.

 

Cadu edib diriltməyi bilirdi

 

Öldürülmüş adamları bu şaman.

 

Göbələk çəkirdi, dəfinə vurub

 

Qovlayırdı xəstəliyi şəri.

 

Oşun atası pamdı* qəbilədə

 

(Pam - başçı, kahin)

 

Gedərdi Yuqranı yağmalamağa.

 

Bir gün onu gətirdilər yürüşdən

 

Ürəyində lələkli bir ox ilə.

 

Şaman Çikış uzun müddət dəf çaldı,

 

Quş kimi çırpındı ocaq başında.

 

Amma onu ölülər diyarından

 

Qaytara bilmədi, çəkə bilmədi.

 

Onlar pamı torpağa tapşırdılar,

 

Ayağına ayı başı qoydular,

 

Üzünü maska ilə örtdülər,

 

Gecə düşənəcən şənlik etdilər.

 

Onlara baxırdı kor gözlərilə

 

Taxta boz büt. Qanlı dodaqlarından

 

Axıb yerə tökülürdü piy bal.

 

Qəbiləyə təzə pam lazım idi.

 

Ağsaqqallar ocaq başında Oşu

 

Pam təyin etdilər. Ona verdilər

 

Hakimiyyət nişanəsi əsanı

 

bürünclə bəzədilmiş kəməri.

 

Hamı ilə birgə Pevsin qarı da

 

Yerə qədər təzim etdi oğluna.

 

Qurd tanıyır maral cığırlarını.

 

Düşmən bilir qənimətin yerini.

 

Düzəngahda çudların qəbiləsi

 

Quş yuvası kimi açıq-aşkardı.

 

Vaxtaşırı düşmən qəbilələri

 

Pusqu qurub hücuma keçirdilər,

 

Günü-gündən əriyirdi qəbilə.

 

məsləhət tonqalını qaladı.

 

- Düşmən ona görə hücum edir ki,

 

Bizdən uzaq dağlardadır tanrılar.

 

Biz onların yanına köçməliyik,

 

O məskəndə qazmaları qazıyıb

 

Ətrafına hasar da çəkməliyik.

 

Oypel bizi qoruyacaq. Necə ki,

 

Torağay qoruyur balalarını.

 

Bu cəsur sözləri eşidənlərin

 

Dilləri qurudu ağızlarında.

 

Hətta İnva çayı da sakitləşib

 

Tanrıların qəzəbini gözlədi.

 

Şaman Çikış hirs içində kükrədi:

 

- Hər kimsə ki müqəddəs dağa gedib

 

Haram qatar torpağın yuxusuna,

 

Qoy elə əlləri qurusun onun!

 

qəzəblə qışqırdı:

 

- Siz özünüz

 

Mənə əsa verib pam elədiniz.

 

Cəsurları səsləyirəm özümlə,

 

Amma kim ki siçan kimi gizləndi,

 

Qəniməti olsun qoy düşmənlərin,

 

Qorxudan sıxılsın qabırğaları.

 

Adamları sarsıtdı bu kəlmələr,

 

Çayın dalğaları kükrəyib coşdu.

 

qaldırdı əllərini günəşə:

 

- Günəş, sən bizim gözlərimizi,

 

Vəhşi ağlımızı nura qərq elə!

 

qaranlıq çökdü yerin üzünə,

 

Təkcə çılpaq zirvə nura qərq oldu.

 

Birinci çıxdı sıldırımları,

 

Göstərdi ki, harda şam ağacından

 

Ucaltmaq lazımdır möhkəm qalanı.

 

Zaman keçər, ağacları çürüdər,

 

Amma həyat çayı axar, qurumaz.

 

Beləliklə, ilk kötük ilk qazma

 

Oşun şəhərinin əsası oldu -

 

Bu diyarın paytaxtı Kudım-Karın*.

 

(Kudımkar - Rusiyanın Perm

 

vilayətində şəhər. Adını qədim

 

komi dilində mənası "ölü su" olan

 

Kuva çayından götürüb)

 

Ədəbiyyat qəzeti.- 2025.- 16 may (№17).- S.32.

 

Aleksey Domnin

 

Ədəbiyyat qəzeti.- 2025.- 16 may (№17).- S.32.