2
Ağsaqqalların iradəsi
ilə
Döyüşçü özünə
arvad seçirdi.
Amma bu ənənə sıxırdı Oşu,
Dar gəlirdi balaca paltar kimi.
Şaman Çikış
əsəbləşirdi buna,
Oşun taleyinə
cadu edirdi.
Baldan şirin
sözlər ilə aldadıb
Ona tələ qurmağa çalışırdı.
- Şimalda
çay axır. Orda yerləşir
Vəhşi voqulların*
yurdu-yuvası.
(Voqullar
- Rusiyanın Xanti-Mansiski
vilayətində yaşayan
mansi
xalqının qədim
adı)
Voqul knyazının
bir qızı da var,
Bahar çiçəkləri qədər
gözəldi.
Əgər pam o qızla
evlənə bilsə,
Oğulları olar igid, bahadır.
Həsrət yuva qurdu Oşun qəlbində
Balıqlar tilova ilişən kimi.
Qayıq süzür
qaz kimi çay boyunca,
Oş tələsdirir
avar çəkənləri.
Bacarsaydı, quş
kimi qanadlanıb
Voqulların yanına
uçardı o.
Amma yol həm uzun,
həm də çətindi.
Suları ağırdı
Kama çayının,
Şimal küləyi
də sərt və soyuqdu.
Qayıq gedir ox kimi yara-yara
Gündüzlərin, gecələrin
içindən.
Sahilə yan aldı qayıq, nəhayət,
Çudların qəbiləsinə
çatdılar.
Və sahildə
dayanıb gözləyirdi
Pam Oşun yolunu Vico cadugər.
- Bilirəm,
şaman Çikış
tələ qurub
Başını əkmək
istəyir gənc pamın.
Arvad həvəsinə
düşüb getmə
sən
Vəhşi voqulların
yurd-yuvasına.
Bataqlıqdı o diyarın
yolları,
Marallar da gedə
bilmir ora heç.
Girdab udacaq səni, boynunasa
Dolanacaq bataqlığın
otları.
Yarı yoldan qayıtmağa çudinlər
Adət etməyiblər,
öyrəşməyiblər.
İki qovaq ağacını kəsdi
Oş,
Qayıq kimi yonub hazır elədi,
Qayışlarla bağladı
ayağına.
Cadugər Vico Oşa belə
dedi:
- Hiyləgərsən,
lap qoca bayquş kimi.
Amma dediyimi yadında saxla:
Adaxlını görüb
seçəndən sonra
Hər nə baş versə də, hər nə olsa da,
Vədinin üstündə
dayanmalısan.
Yoxsa, başın
qoparılar bədəndən,
Nizənin sivri ucuna sancılar.
Və cadugər
qulluqçu Vayasini
Cavan pama qoşdu yoldaş olsunlar.
Yol aldılar
üzü şimala tərəf,
Uzun müddət
bataqlıqla getdilər.
Bataqlıq aramla pıqqıldayırdı,
Palçıq qabarırdı,
köpüklənirdi.
Bataqlığın soyuq, donuq gözləri
Elə bil ki, onları izləyirdi.
Otlar dolaşırdı
ayaqlarına.
Taxta xizəkləri
batırdı çox
vaxt,
Güc qalmırdı
qamışları qırmağa.
Nəhayət, Vayasi gətirdi Oşu
O yerə
ki, dağların zirvələri
Buludların içində
gizlənirdi.
O yerə
ki, gecə yarısı
göydən
Sirli-sehrli işıq
süzülürdü.
Amma qonaqları vəhşi voqullar
Dəvət etmədilər
məskənlərinə.
Knyaz bağlatdırdı qapıları
da.
Onlar hasarın
yanında qaldılar
Yurd-yuvası olmayan itlər kimi.
Hündür hasar dirəklərinə isə
İnsan kəllələri
keçirilmişdi.
Hirs bürüdü Oşu. Bütün gecəni
Maral kimi meşələrdə dolaşdı,
Ağacları sındırdı
hirs içində.
Səhər oldu.
Amma yenə onları
İçəri qoymadı
vəhşi voqullar.
Qarğalar fırlanırdı
üstlərində,
Diş ağardan
kəllə sümüklərini
Qarğalar dəf kimi döyəcləyirdi.
Bir gecə də keçdi, qəzəbli
knyaz
Nəhayət, Oşun
qabağına çıxdı:
- Sən
bura qızımla evlənməyə yox,
Məni biabır
etməyə gəlmisən!
Çox elçilər
gəlib, qızım
Kosteni
Görəndə qorxudan tir-tir əsiblər.
Mənim qızım
o qədər qorxuludur!
Mən də vurdurmuşam boyunlarını.
Darıxma, hasarın
dirəklərində
Sənin kəllənə
də bir yer tapılar!
Oş isə qorxmadı hədə-qorxudan:
- Mən
evlənəcəyəm sənin
qızınla.
Tutacağam sözümü.
Kəlləmisə
Olsa-olsa, şadlıqdan itirərəm.
Knyaz təəccübləndi və
cavan pamı
Qızı Kostenin çumuna* apardı.
(Çum
- alaçıq)
Oş örtüyü
qaldırıb çuma
girdi.
İçəridə yumşaq
dəri üstündə
Koste oturmuşdu.
O, doğrudan da,
Oxşayırdı meşə
həyuləsinə.
Əlləri hörümçək
əlləri kimi,
Üzü vəhşi
heyvan sifəti kimi.
Bircə gözləri
gözəldi Kostenin,
Kədərlə doluydu gözəl gözləri.
Sanki dünya qopdu, göy parçalandı,
Çiliklənib çökdü
Oşun üstünə.
Bəlkə onun xoşbəxt olmaq arzusu
Tanrıları belə
qəzəbləndirib?!
Oşun ürəyini
qəm-qüssə diddi,
Qurd quzunu parçaladığı kimi.
Lənətlənməkdənsə bir ömür boyu
Kəllə nizədə
çürüsə yaxşıdı!
Pam Oş bu vaxt
incə bir səs eşitdi:
- Məndən
qorxub-çəkinmə, ey
adaxlım.
Mənim bu görkəmim həqiqi deyil.
Əgər məni
təmiz ürəklə
sevsən,
Bu cadu da üstümdən götürülər,
Yenə dönüb
adi qız olaram mən.
Qızın gözlərində
parıldayırdı
Qorxu, kədər
və sevgi eyni vaxtda.
Ürəyi sarsıldı
Oşun bu sözdən,
Qızın dərdi
ona yaman yer etdi,
Öz dərdləri
təmiz çıxdı
yadından.
Bu nədir? Bəlkə tanrılar onunla
Gözbağlıca oynamaq istəyirlər?!
Elə bil ki, yerinə mıxlanıb Oş,
Çumdan çıxa
bilmir. Nə də ki, qızın
Gözlərindən gözünü
çəkə bilmir.
Qıza acı söz deyə bilmədi pam,
Onu şirin sözlər ilə dindirdi:
- Qoy
görməyim qadın
nəvazişi mən,
Qoy məni
tərk etsin bütün dostlarım.
Qoymayacağam ki, səni
incidə
Nə hiyləgər
yomlar*, nə cadugərlər.
(Yomlar
- meşə ruhları)
Nə də
ki, qorxunc Tanvarpekva qarı*.
(Tanvarpekva
- mansi
mifologiyasında cadugər
tanrıça)
Tək sən mənim arvadım olacaqsan!
Yaxınlaşıb adaxlısını
aldı
Güclü qollarının
arasına o.
Qızsa birdən
qışqırıb üzü
üstə
Yumşaq dərinin
üstünə yıxıldı.
Dağlarda fırtına
qopdu bir anda,
Yarğanlarda əks-səda
dolaşdı.
Bu, yomları mağaralardan qovan
Tanvarpekva qarının
gülüşüydü.
Knyaz əmr etdi başlasın
toy-düyün,
Toy üçün ağ marallar gətirilsin.
Müqəddəs ağ qaya yuyulsun gərək
Toy marallarının isti qanıyla.
Ana qızı ocağa apardı ki,
Alov təmizləsin,
qovsun qızından
Tanvarpekva qarının
lənətini,
Çıxartsın canından
bu xəstəliyi.
Ocaq başında
anası qızının
Üzünü dağ suları ilə yudu.
Guruldadı göy,
çaxdı ildırımlar,
Yer üzü titrədi bu həngamədən.
Qopub yerə
düşdü heyvan
dərisi,
Kostenin gözəl
üzü aşkar oldu.
Qopub düşdü
hörümçək əlləri
də,
Qızın gözəl
ağ əlləri göründü.
Koste çıxdı
əri Oşun yanına,
Təravətli idi yaz çiçəyitək.
Üzü dan yeri kimi parlaq, aydın,
Gözləri bərq
vururdu göllər kimi.
Təbəssümü axan çayın nəğməsi.
Knyaz ata dondu qızını
görcək.
Oş da duruxdu,
söz deyə bilmədi,
Qızın gözəlliyi
kor etdi onu.
Knyaz ziyafət verdi günlər boyu,
Sonra qızını yola hazırladı.
Güc-qüvvətli qırx
pəhləvan döyüşçü
Qayıq-qayıq hədiyyələr
apardı.
Yol uzun,
amma şirindi vüsal.
Koste və Oş doğma yurda qayıtdı.
Qəbilə onları
şadyanalıqla,
Əllərində şirin
bal qarşıladı.
Aleksey Domnin
Tərcümə etdi: Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S.48.