Heç vaxt görüşmədiyim, həmsöhbət
olmadığım, amma
mənalı, məzmunlu
həyatlarından zövq
aldığım insanlar
haqqında üçüncü
dəfədir ki, lirik poema yazmalı
olmuşam. Bu dəfəsə əsərimin
qəhrəmanı, bəlkə
də haqqında Azərbaycanda hamıdan gec məlumatlandığım
dünya şöhrətli
bir müğənni idi. Onun mahnılarını
Youtube-da dinlədikcə
ruhuma qeyri-adi bir rahatlıq hopurdu. Bu fövqəl
ifaçının zəngin
dünyasında, səsinin
dərin çalarlarında
kimliyimin, türklüyümün
mahiyyətini anladım.
İstər ölkə,
istərsə də dünya ifaçılıq
sənətində tanıdığım
korifeylərin heç
birində bu möhtəşəmlik məni
Simurq qanadlarında Tanrıma qovuşdura bilməmişdi. Onu dinlədikcə bu səs məni haldan-hala salır, sanki ruhum cismimi
tərk edir, gah asimanda, gah
da hüdudsuz sonsuzluqlarda rahatlıq tapırdı. Min bir dərdin dərmanını tapdım
mən bu qəhrəmanımın ifalarında.
Canımız, qanımız
qədər doğma olan muğamlarımızın,
ustad bəstəkarlarımızın
rəngarəng mahnılarının
bənzərsiz ifalarını
eşitdim mən onun dilindən. Dünyanı qarış-qarış
gəzən bu müğənni sızıltılarımı
ifa etdiyi mahnıların kövrək
dili ilə ötürür səsinin
sehrində olan xalqlara. Qardaş Türkiyədə doğulub
boya-başa çatan
bu comərd türk oğlunu azəri türkcəsində
təqdim etdiyi mahnılarına rəğmən
ifaçılıq sənətində
bir məktəb də saymaq ədalətli olardı.
Yaradıcılıq tembri bir an
belə zəifləməyən,
yaşının ixtiyar
çağında da
coşqun gənclik həvəsi liə könülləri ram edən bir ifaçıdır
qəhrəmanım. Türk
dünyasının Sülh
göyərçini, Azərbaycan
bəstəkar və xalq mahnılarının bənzərsiz ifaçısı
və təbliğatçısı,
Azərbaycan təəssübçüsü,
türkdilli ölkələrin
mədəniyyət xadimi
və ictimai xadim Bünyamin Aksunqurun 60 illik yübileyi münasibətilə...
I hissə
Müqəddəs amalı
var,
Öncüldür hər işində.
Paklıq möhürü
vardır
Ali görünüşündə.
Mətindir iradəsi,
Hey canı bizimlədir.
Cismi İstanbuldadır,
Ruhusa özümlədir.
Qarabağ harayıyla
Gəzir bütün
dünyanı,
Bir an da rahat deyil
Onun narahat canı.
Düşmən əsarətində
Deyir, qalıb
torpağım.
O, geri dönməyincə
Sağalmaz heç
vaxt dağım.
Mən türkəm,
azəriyəm,
Mən qazaxam, türkmənəm,
Harda türk
adı varsa,
Demək, o yerdə
mənəm.
Atatürkün, Heydərin
Ruhları canımdadır,
Rəcəb Teyyub Ərdoğan,
İlhamım yanımdadır.
Bol gücüm, bol qüdrətim,
Qılıncım-qalxanım var -
Ölərəm, əyilmərəm,
Mən türkəm,
bir canım var.
II hissə
...Bəli, belə bir oğul
Bərq vurur Türkiyədə.
Bizim dərdlərimizi
Hayqırır Türkiyədə.
Ürəyimi dağlayan
Sızıltı var səsində.
Ruhum hey od püskürür
Onun zənguləsində.
...Ay Allah, səsə bir bax,
Bu, şahin nəğməsimi?!
Bu səslə çatdırır
o,
Tanrıya haqq səsimi.
Qırğız adlı
qızının
Səsi ona can verir,
Bu cütlüyə ilhamı
Azərbaycan verir!
III hissə
Şirin səsini
duy onun;
dinlədikcə bal dadır.
Xəyallarım asimanda
Sonsuz bir ümmandadır.
O, dahi türk sənətçisi
Bünyaminin qızıdır.
O bir
şərqi ifaçısı,
Parlaq türk
ulduzudur.
Diqqət kəsildim
bu səsə,
- Məharətə
bax, - dedim.
Zil nota qalxdı,
dincəldim,
- Cəsarətə
bax, - dedim.
Ay yol ötən, saxla ayaq,
Şərqiyə bir as qulaq.
Bir az dincəl, feyziyyab ol,
Bu səsə heyran olaq.
Bu səs Leyli yanğısıdır,
Bu, Araz naləsidir -
Gah bir çayın hıçqırtısı,
Gah şəlalə səsidir.
Bir Günəşdir, parlayır
o
Ürəklərin gözündə.
O, sevilir Türkiyədə,
Vətənimin özündə.
Ata ustad, bala ustad,
Qoşa qanaddır
onlar.
Türkün şərqi
meydanında
Bir toy-büsatdır onlar.
IV hissə
Doyum necə
bu səslərdən?
Məlhəmdir hər bir xəstəyə,
Ötüb keçər
ağrın-acın,
Qulaq as... "Şikəstə"yə.
İşləməsə şərqi
qana,
Güldürməz, ağlatmaz
heç.
Titrətməsə vücudları,
Ürəyə də yatmaz heç.
Gah bülbüldür - cəh-cəhi
var,
Gah qartaldır... qıy vurur.
Gah "Segah"dır, gah "Zabul"dur,
Gah "Şikəstə", gah "Mahur".
Bir cüt səsdir, edir pərvaz,
Tutur dəm bəmi zilə.
Bir cüt türkdür, cəh-cəh vurur,
Vurur necə
zəngulə?!.
Sənət fatehi Bünyamin
Sevilir çox
diyarda.
Harda ustadın
adı var,
Demək, qırğız
var orda.
Sevdiribdir bu sənəti
Qızına ustad ata.
Müəllimdir, əziyyəti
Getməyibdir heç
bada.
Bünyaminlə paylaşır
o
Səhnəni cəsarətlə.
Hər konsertdə
sevindirir
Onu çox məharətlə.
Ata qəlbi fərəhlənir,
Coşur, ilhamı
daşır.
Görün, ata-bala
necə
Səhnələrə yaraşır!
Biri tarımda saxlayır;
coşdurur zildə
bizi.
Biri bəmdə sızıldadır,
Göynədir qəlbimizi.
Yaratdığı möcüzəyə
Tanrı özü
qalır mat -
Onları coşqun
fərəhlə
Alqışlayır camaat.
Səhnədə izdihama bax,
Gülür, sevinir hamı;
bu səslərin
sehrindəykən
Xoşbəxt görünür
hamı.
V hissə
Dağıldı imperiya,
Azad oldu ölkələr.
Rahat nəfəs almağa
Başladı hər kənd, şəhər.
Türkdilli ölkələrin
Xalqları doğmalaşdı,
Sevincimiz, dərdimiz
Bağlı sərhədi
aşdı.
Arzular çiçək
açdı
Mahnı qanadlarında,
Səsimiz qalxdı
zilə
Qardaş ekranlarında.
İlk gördüyüm sənətçi
Bünyamin Aksunqurdu.
Onun səsində
sevgi,
Məhəbbət qovuşurdu.
Sanki elə Bakıda
Doğulmuşdu bu ustad.
Türkiyədən Bakıya
O, ilk açmışdı qanad.
Yetmiş il həsrət
idi
Qardaş qardaş
səsinə.
Qovuşdu, pərvazlandı
Türk türkün
həvəsinə.
Oxuduğu nəğmələr
Ram etdi qəlbimizi.
Qədim köklərimizə
Qovuşdurdu o, bizi.
Səsləndi mahnılarım
Türk oğlunun
dilində,
Coşurdu, kükrəyirdi
Türk aləti
əlində.
Dinlədik ürəyinin
Atəşini, odunu.
Türkün türkə
sevgisi
Coşdururdu çox
onu.
Sinəsinə sıxdığı
Rübabın kökü
dogma -
Başqa aləm
qatırdı
Bu alət xoş ruhuma.
Qırx ildir mahnılarım
Dilində pərvazlanır,
Ritmim, amalım,
ruhum
Səsində avazlanır.
Kövrəlirəm hər dəfə
Dinləyəndə onu mən.
Durna qatarı
ötür
Gözlərimin önündən...
VI hissə
Düşsə kimsə
sehrinə,
Halı pərişan
olar.
Duyunca qəlbi
onu,
Üryan olan can olar.
Bir nidadır sədası,
Türkə, - oyan,
dur! - deyir;
nə dosta, nə düşmənə
Əyilmə! - gur söyləyir.
Basqılar səngiməyir,
Nişangahda bizik,
biz.
Gah Şimalda, gah Qərbdə
Ölçülür güclərimiz.
Bir olaq, yumruq olaq,
Güc yenə
birlikdədir.
Türk dili əzbərimiz,
Bayrağı yüksəkdədir.
Bənzəyir bir səyyaha,
Ətri bal səslidir o.
Üzü sübh
şəfəqidir,
Bahar nəfəslidir o.
İnşaallah, parlayar,
Nur selidir Bünyamin.
Qəlbimizin fatehi,
Məşəlidir Bünyamin.
VII hissə
Gülür bağçada
güllər,
Ötüşürlər bülbüllər.
Barışır küsülülər
Bünyamin oxuyanda.
Coşur Arazım,
Kürüm,
Azalır dərdim-sərim,
Yaşla dolur sözlərim
Bünyamin oxuyanda.
Dinlədikcə can, dedim,
Səsinə heyran, dedim,
- Can Azərbaycan! - dedim
Bünyamin oxuyanda.
Gəzir türk
ellərini,
Bilir ləhcələrini.
Sıxırlar əllərini
Bünyamin oxuyanda.
Qırx ildir meydandadır,
Şöhrətdədir, şandadır.
Axtarsan, hər
yandadır
Bünyamin oxuyanda.
Sevir Azərbaycanı,
Burdadır elə canı.
- Söylə,
ona tay hanı?
-
Bünyamin oxuyanda.
Rübabı türk
nəfəsli,
Oğuz nəslidir
nəsli,
Oxuyur çox
həvəsli
Bünyamin oxuyanda.
Titrədir səs içini,
Çatır hər yana ünü.
Uçur Sülh
göyərçini
Bünyamin oxuyanda.
İlhamı, Mehribanı
Sanır o, şirin
canı.
Yayır Azərbaycanı
Bünyamin oxuyanda.
Coşdu qələm
əlimdə,
Şeirə döndü
dilimdə,
Bayram olur elimdə
Bünyamin oxuyanda.
Mübarək olsun yaşı,
Ucalsın göyə
başı.
Sevinir türk
qardaşı
Bünyamin oxuyanda.
Halaldır bu
"Ad" ona,
Olar qol-qanad
ona.
Güvənir Yaradana
Bünyamin oxuyanda.
Valeh MİRZƏ
Ədəbiyyat qəzeti.- 2025.- 23 may
(№18).- S.40.