O, XX yüzil macar ədəbiyyatında incəsənətində ən müxtəlif avanqard cərəyanların (konstruktivizmin, ekspressionizmin, futurizmin, dadaizmin sürrealizmin) təbliğ tətbiqində danılmaz xidmətləri olan sənət adamıdır.

 

Şair, nasir, esseçi, jurnalist, memar, tərcüməçi siyasi xadim kimi tanınıb.

 

 

Bir çeşmənin başındayam

 

 Cürətim yetsəydi,

 

bəlkə ölüb-gedərdim.

 

Əgər imkan versəydilər,

 

bəlkə... yaşayardım.

 

 Bir dəli misalı

 

durmadan dünyanın gah o,

 

gah da bu başına çovuyuram -

 

hərçənd zır dəli sayılmaram.

 

Yəni ağlıma zaval gəlməyib hələ.

 

 

Körpünün altında çağlayan sulara baxır,

 

qülləyə çıxıb, qıyyalar çəkirəm.

 

Görünür, bu lənətəgəlmişlik -

 

bir yerdə heç cür qərar tutmamaqdır,

 

səbirsizlikdir,

 

gözgörəsi uçuruma atılmaqdır.

 

Olmayan bir şeyi aramaqdır,

 

əziz-girami sayılacaq birisini görüncə...

 

gözlərini yummaqdır.

 

 Amma mənə rəhminiz-filan da gəlməsin,

 

çünki sizdən heçcə ummuram.

 

Mən sırf öz uğrumda

 

qurban getmişəm.

 

Ona görə özümü aramsız öldürüb,

 

təkrar diriltməklə girincəm.

 

 Yaxşı, bəs bu gedişlə axırım necə olacaq?

 

Bilirəm, burada, yaxınlıqda

 

dupduru bir çeşmə çağlayır.

 

 Mənim taqəti kəsilən ayaqlarımın

 

bu torpağa kök atmasına da

 

elə o, yardım edir.

 

 

Yox

 

 Yarı yoldan geri dönməyim deyə,

 

olan-qalan təpərimi düşmənin gücüylə

 

durmadan tutuşdururam.

 

Həm seçdiyim yola

 

davam etməyə çalışıram

 

, yoluma davam etmək niyyətindəyəm,

 

, bu sıldırım sürüşkən yola,

 

gecənin divarlarından o üzə,

 

gələcək yüzillərin

 

uzaq üfüqlərinə qədər uzanan

 

yola davam etməkdə israrlıyam.

 

 Əcəb gülünc arzudur bu -

 

həm dəli istəyidir,

 

həm tövbəgötürməz bir günah,

 

həm göylərdən,

 

orada cövlan edən hansısa atın

 

öz ətrafına saçdığı işıq dəmətidir bu.

 

 

Tutduğum bu yolu da

 

sırf özüm seçmişəm,

 

ondan dönməyə

 

əsla niyyətli deyiləm.

 

 

, bax, bunu əsla istəmərəm.

 

 

Bir fotoşəklimin

 

ardına yazdıqlarım

 

 

("Süfrə başına keçək"

 

kitabından, 1967)

 

Aynada öz əksimə baxmağı,

 

içimdə nəyin doğulduğunu,

 

nəyinsə öldüyünü görüb,

üzülməyi heç sevmirəm.

 

Amma tanıdığım bir fotoqraf

 

aparatın önünə keçim deyə,

 

bu səfərlik dilə tutub məni.

 

 İndi həmin fotodakı adamı süzüb,

 

heyrət içində boynuma alıram ki,

 

, bu gördüyüm - mənəm.

 

 

Üzündə amansız ifadə donan,

 

başına əndirəbadi şlyapa qoyan

 

bir kişi baxır şəkildən.

 

 

Səksən yaşlarında olar,

 

amma hələ şaxı sınmayıb.

 

"Vəhşi Qərb"də tikilən

 

kovboy şalvarına baxınca,

 

onu bir avaraya,

 

ya da kilsə icmasından qovulan

 

hansısa zındığa da bənzədərsiniz.

 

 

Nədənsə dünyanın bu uzaq guşəsinə

 

gəlib, düşüb o. Bilinmir ki,

 

yer üzündə yaşadığına görədir bu ovqatı,

 

yoxsa yer üzündə... heç yaşamadığına görə.

 

 Əsl məğzini bu adam

 

çuxurdan baxan gözlərinin,

 

kip sıxılan dodaqlarının ardında gizlədib.

 

 Yəni bu adam mənəm ki?!

 

Səmimi etiraf edərmiş kimi cavab verirəm:

 

, mənmişəm.

 

 

Bir kitaba

 

"Giriş sözü" əvəzi

 

1

 

 Əgər musiqiçi kimi doğulsaydım,

 

ahəngdar səslərin köməyi ilə

 

dünyadakı bunca hay-küyü

 

bəlli bir nizama salardım.

 

 Memar kimi gəlsəydim bu dünyaya,

 

insanlara soyuq mənzillər yox,

 

imisti ailə yuvaları bəxş edər,

 

evin bütün guşələrini işıqla, rənglə,

 

hüzurla bəzəyərdim.

 

 

Amma şairəmsə -

 

əlimdən başqa gələr axı?!

 

riyaziyyatçılar rəqəmlərin diliylə

 

fikirlərini necə səlis rahat çatdırırsa,

 

mən sözlərdən o cür yararlanmalıyam.

 

2

 

Adətən deyirlər ki, mən

 

sərt tərs biriyəm -

 

hərçənd içimdə hələ

 

bapbalaca, ürkək bir oğlan uşağı yaşayır.

 

 

Başqaları şeirlərimi

 

uca səslə oxuduğu vaxt

 

o gizli oxşarım

 

hələ həsədlə köks ötürür:

 

"İlahi, deməli, mən bu dərəcədə tənha,

 

qüssəli, kimsəsiz biriymişəm,

 

yəni bu geniş dünyada bunca yalqızmışam!"

 

 

3

 

Ağlama, qəm yemə, balası -

 

hələlik mən sənin sipərin,

 

zirehin, silahınam

 

dünyadan köçdüyümdə

 

şeirlərimin ruhunda da təkcə elə

 

sən yaşayacaqsan.

 

 

 

Əməkdaşlığa dəvət

 

 

Ey düşmənlərim, məni bu cür atıb getməyin,

 

axı sizin zərbələrdir mənə bu təpəri verən.

 

Bir vaxtlar mən

 

yüzillik palıdlar kimiydim,

 

sonradan budaqlarım qoparılınca

 

gövdəm təzə pöhrələr verməyə başladı.

 

Bir vaxtlar sıldırım qaya kimiydim

 

məni siz dağıdıb-parçaladınız,

 

həm tikələməklə çoxaltdınız.

 

Yoxsa heç vaxt qəhrəmanlığa can atmazdım.

 

Sürüyə çobanlığı da özümə rəva bilmədim,

 

məni ön sıralardan siz sıxışdırıb-çıxartdınız,

 

o təntənəli yürüşünüzün

 

nəinki hay-küyünə qulaq vermiş,

 

hətta yolu harada azacağınızı,

 

hansı yanlış dalana girəcəyinizi

 

mən əvvəlcədən sezmişdim.

 

 Sizləri mən əsla sevmədim, sevəmmədim,

 

ancaq varlığımı sizsiz düşünmürəm.

 

Məni duzsuz çörəklə,

 

bulanıq su ilə bəslədiyinizə görə ,

 

bir az da bərkiyim deyə,

 

vurduğunuz o çəkic zərbələrinə görə ,

 

səmimi sözümdür,

 

məhz sizlərə ürəkdən minnətdaram.

 

Layoş Kaşşak

 

Ədəbiyyat qəzeti.- 2025.- 23 may (№18).- S.47.