"Boradigah tarixi qaynaqlarda" kitabı çap olunub

 

 Azərbaycanın qədim böyük yaşayış məskənlərindən olan Masallının Boradigah qəsəbəsi haqqında kitab nəşr olunub.

Araşdırmaçı jurnalist Sücəddin Şərifovun müəllifi olduğu "Boradigah tarixi qaynaqlarda" kitabı zəngin arxiv materialları əsasında yazılıb.

Kitabda Azərbaycanın tarixi kəndlərindən olan Boradigah sözünün mənası açıqlanıb, kəndin qədim inzibati sərhədləri, coğrafi mövqeyi ilə bağlı bilgilər toplanıb.

Azərbaycanın müxtəlif tarixi dövrlərini - Rusiya imperiyası, SSRİ müasir zamanımızı əhatə edən zəngin sənədlər əsasında  Boradigahın məhəllələrinin, təhsilinin, səhiyyəsinin, məscidlərinin, qəbiristanlıqlarının, ocaqlarının, bazarının, hamamlarının tarixi barədə arxiv materialarına söykənən məlumatlar verilib.

"Boradigah tarixi qaynaqlarda" kitabında boradigahlıların Talış xanlığının yaranmasında iştirakı, onlarla qohumluq münasibətləri fikir ayrılıqları haqqında arxiv sənədləri təqdim olunub.

Kitabda, həmçinin Boradigahda müxətlif vaxtlarda buradakı məktəbə, kolxoza, xəstəxanaya rəhbərlik edənlər onların fəaliyyəti haqqında müfəssəl bilgi verilib.

Kitabda sənədlər əsasında Birinci İkinci Dünya Müharibəsi ərəfəsində Boradigahda baş verən hadisələr yer alıb, İkinci Cahan müharibəsində iştirak edən, həlak olan itkin düşən insanların siyahısı təqdim edilib.

Çar Rusiyasından bəri Boradigahda yaşayanların, qəsəbənin qəhrəman analarının, əmək veteranlarının, orden medallarla təltif edilənlərin siyahıları verilib.

Kitabda diqqətçəkən maraqlı tarixi hadisələr yazılır. Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin, Azərbaycanda Sovet Hökümtinin başçısı Nəriman Nərimanovun Boradigaha səfərləri, 30-50-ci illərdə ölkəyə başçılıq etmiş Mir Cəfər Bağırovun qəbulunda olan kənd sakinlərinin görüşlərinin təfərrüatları açıqlanıb.

"Boradigah tarixi qanyaqlarda" tarixlə maraqlananlar, elmi işçilər üçün faydalı mənbədir.

 

Ədəbiyyat qəzeti.- 2025.- 23 may (№18).- S. 7.