Maqsud İbrahimbəyovun uşaqlığını
canlandıran tamaşa
Xəyal qurmaq,
o xəyalların gerçəkləşmək
xüsusiyyətinin olduğuna
inanmaq və bu gerçəkliyi yaxınlaşdırmağa doğru
addımlamaq...
İnsanın uşaqlıq və yeniyetməlik yaşlarının
səmt küləyindən
əskik olmayan "yelkənli qayığı"dır
sanki bu əhval...
Səməd
Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram
Teatrı Azərbaycan
Respublikası Prezidentinin
Xalq yazıçısı,
Dövlət Mükafatı
laureatı, tanınmış
ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında
imzaladığı 13 fevral
2025-ci il tarixli Sərəncamının "Azərbaycan
Respublikasının Mədəniyyət
Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin
təkliflərini nəzərə
almaqla, Xalq yazıçısı Maqsud
İbrahimbəyovun 90 illik
yubileyinə dair tədbirlər planını
hazırlayıb həyata
keçirməsini" tövsiyə
edən bəndini rəhbər tutaraq
1960-cı illərdən bəri
repertuarının daimi müəlliflərindən
biri olan mərhum yazıçı-dramaturq
Maqsud İbrahimbəyovun
90 illik yubileyinə töhfə qismində
"Xəyalın yaratdığı
gələcək" ("Buduhee, kotoroe sozdaet meçta") tamaşasını hazırlayıb.
Maqsud İbrahimbəyov
adı XX əsrin İntibah dövrü adını qazanmış
və doğrultmuş
1960-cı illər ədəbi
nəsrinin ən parlaq nümayəndələrindən
biri kimi ədəbiyyat tariximizə
yazılıb.
Bu məqamda rus dilində yazıb-yaradan azərbaycanlı
şair və yazıçılarımıza münasibətdə ara-sıra
səslənən "rus
dilində düşünüb
əsərlər yazan
ədib Azərbaycan ədəbiyyatının nümayəndəsi
sayıla bilməz"
kimi fikirləri yürüdənlər doğrudanmı
belə bir əks-arqumenti nəzərdən
qaçırırlar: orta
əsrlərdən üzü
bu yana, bütün tərəqqipərvər,
maarifçi şəxsiyyətlərimizi
fars, ərəb, rus, fransız dillərində təhsil aldıqlarına və bu dillərdə ədəbi və elmi irs qoyub
getdiklərinə görə
Azərbaycan tarixinin səhifələrindən pozsaq,
nəticədə çox
cüzi kəmiyyət
və keyfiyyət qala bilər. Çünki həyatda, dünyamızda nisbi anlayışlar mütləq
həqiqətlərdən daha
çoxdur. Sözsüz,
şübhəsiz və
müzakirəsiz təhsilin
yalnız ana dilində olması, bu dildə yaradıcı
nümunələrin meydana
gəlməsi ən arzuolunan haldır. Amma bizim arzu
və istəklərimizdən
asılı olmayan tarixi dönəmlərin varlığını, həmin
dönəmlərin konkret
dövr üçün
məqbul və normal sayılan dünyagörüşlərini bilərəkdən nəzərdən
qaçırmaq, yumşaq
desək, çox qəribə görünür.
Maqsud İbrahimbəyov
şəhər nəsrinin,
konkret olaraq, Bakının ab-havasına,
bakılıların və
Bakı sakinlərinin
ruhuna söz ömrü verməyi bacarmış dəyərli
qələm və təfəkkür sahiblərimizdən
biridir. Akademik Rus Dram Teatrının
yazıçının 90 illiyinə ərməğan
etdiyi tamaşanın belə romantik, xəyalpərvər, sadə,
saf yeniyetmə-gənclik
ovqat və məzmununda olması bir neçə mənada təqdirəlayiqdir
- səhnəmizdə böyük,
geniş, dərin anlamda işıqlı fabula və fakturalı tamaşalar
"yox" dərəcəsindədir.
Yazıçının "Timka ilə bizim neftimiz", "Qəzəbli dovşan",
"Bu içkibaz kirpi", "Əlvida,
Miledi", "Yaxşılığa
görə - ölüm"
hekayələrinin motivləri
əsasında ərsəyə
gəlmiş "Xəyalın
yaratdığı gələcək"
tamaşası səhnədə
Maqsud İbrahimbəyovun
uşaqlıq, yeniyetməlik,
gənclik vaxtlarının Bakısını,
Abşeronunu, başqa
sözlə, ömrün
ən parlaq çağlarını canlandırır.
Quruluşçu-rejissoru Raulya
Türkkan, səhnələşdirəni
Azərbaycan Respublikasının
əməkdar mədəniyyət
işçisi Vladimir
Neverov olan tamaşa birbaşa uşaq və yeniyetmələr üçün
nəzərdə tutulmayıb,
axşam tamaşalarından
biridir. Amma yaratdığı əhval-ruhiyyə
bütün yaş kateqoriyasından olan tamaşaçılara eyni
dərəcədə məhrəm
olduğu üçün
mənəvi məlhəm
təsirindədir. Atmosfer,
ab-hava, ovqat doğurmaq, canlandırmaq,
bu və ya digər müəllifin
yazdıqlarının inandırıcı
vizuallığını, ruhu
olan mənzərəsini
yaratmağı bacarmaq,
illüstrasiyaçılıqdan ruhsal və zəkisal vizuallığa
yüksəlmək çox
vacibdir. Təəssüf
ki, son dövrə
aid tamaşalarda (və xüsusən də filmlərdə) bu cəhət son dərəcə zəifdir. Akademik Rus Dram Teatrının
tamaşalarında, ələlxüsus,
həm də uşaq və yeniyetmələrə ünvanlanmış
tamaşalarda bu keyfiyyətə çox böyük diqqət ayrılır və nəticədə bədii
mətnlərin sxolastikadan,
statiklikdən uzaq səhnə versiyaları ərsəyə gəlir.
"Xəyalın yaratdığı
gələcək" tamaşasının
istinadlandığı beş
hekayə bir məktəbdə oxuyan və həm də bağ qonşuları olan Teymurun, Sabirin, Əlinin, Kəmalənin, Səidənin,
Davudun və digər yeniyetmələrin
həm uydurub reallaşdırdıqları, həm
də gerçəkdən
baş verən əhvalatlardan, sərgüzəştlərdən
bəhs edir. Onlar hər an can atırlar
ki, bu əhvalatlar,
sərgüzəştlər macəraya çevrilsin, özlərini hansısa yaddaqalan gözəl bir təşəbbüsü
həyata keçirən
cəsur və dərrakəli insanlar kimi təsdiq etsinlər.
Bəzən davranışları
qəribə görünür,
məsələn, bağ
evinin həyətinə
balıq və meyvə-tərəvəz gətirib
satan Davudun "dərsini vermək" üçün bağ-bostan
ərazisində partlayıcı
ləvazimatlar quraşdıran
Sabirin davranışı
kimi - "Davudgilin bağı yoxdur, onun balıq ovuna getdiyini də heç kim görməyib, deməli, satdıqları
oğurluq maldır, onun "dərsini vermək" lazımdır
ki, bir də
belə etməsin".
Bax, belə bir radikal, barışmaz,
güzəştsiz, maksimal
dürüstlük. Təbii
ki, bu cür
saf, vicdanlı insanların tərbiyəsi
evdən, ailədən
başlayır. Məhz
valideyn nümunəsi
qüsursuz olduğu üçün bu uşaqların böyük
əksəriyyəti xeyirxah,
vicdanlı, cəsarətli,
düzgün qərara
gəlməyi, doğru
seçim etməyi bacaran insanlar, vətəndaşlar kimi böyüyüb boya-başa
çatırdılar. Əlbəttə,
aralarında Səidə
və onun anası Diləfruz kimi hamıya və hər şeyə bir qədər yuxarıdan aşağı baxanlar olsa da, hər
halda məktəblilər
bir-birini bıçaqlayıb
öldürmürdülər və yaxud da
intihar etmək dərəcəsinə çatdırmırdılar...
Çünki bir daha vurğulayım, təlim-tərbiyə evdən,
ailədən başlayırdı.
"Xəyalın yaratdığı
gələcək" tamaşası
həyata, dünyanın
işlərinə, insanlara,
ümumilikdə ətraf
mühitə Maqsud İbrahimbəyovsayağı didaktikadan,
donuq təhkiyəçilikdən,
durğun təsvirçilikdən
çox uzaq, real həyat mənzərələri, gerçək
yaşam situasiyaları
vasitəsilə nəyin
güzəştsiz şəkildə
pis, nəyin birmənalı olaraq yaxşı və nəyin nisbi anlayışlar kateqoriyasına
aid olduğunu üzvi şəkildə bəyan edir. Personajların geyim tərzində (geyimlər
üzrə rəssam
AR əməkdar mədəniyyət
işçisi Olqa Abbasova) keçən əsrin 60-70-ci illərinə
aid hər hansı detal yoxdur. Aktyorlar elə müasirlərimiz kimi geyiniblər. Aktyorlar demişkən, tamaşanın sonunda tamaşaçılara təzim
zamanı gənc aktrisalardan birinin qəribə hərəkətini
çıxmaq şərtilə
analar rolunda çıxış edən
əməkdar artistlər
- İnna İmranova və Milana Sokolenko başda olmaqla, tamaşada iştirak edən truppanın gənclərdən
ibarət bütün
aktyor heyəti kifayət qədər təbii və inandırıcı elementlərlə
rollarının məzmun
və məna yükünü çatdıra
bildilər. Tamerlan Abdullayev, Rəşad Əliyarov, Coxar Abdullayev, Ruslan Pavlov, Səbinə Asim, Tamilla Abutalıbova,
Aylin Türkkan, Dilarə Nəzərova, Samirə Rəhimova, Səma Vəliyeva valideynlərinin yeniyetməlik,
gənclik çağlarını
"boylarına biçdilər"
- teatr tamaşası,
kinofilm və ya bədii əsər
qəhrəmanının obrazına
vurğunluqdan başlayan ilk vurğunluq əhvallarını,
fantaziya və xəyallarını, dostluq
etməyi bacarmağın
ən birinci cəhətlərini, böyüklə
böyük, kiçiklə
kiçik əməlisaleh
olmaq keyfiyyətini, qədərində avantüraçı,
macəraçı, amma
mütləq və dönməz şəkildə
sözübütöv, əməlisaleh
həyatda ilk müstəqil düşünmək
mərhələsində olan
cavan insanların, gənc vətəndaşların
simpatik obrazlarını
canlandırdılar.
Hadisələrin baş
verdiyi Abşeron bağları məkanı,
dəniz sahili Xəzəri, onun qumluğunu, bu ərazilərin bağ evlərini məhz həmin ötən illərin ruhunda göstərən dekorasiyalarda
(dekorasiya rəssamı
Mustafa Mustafayev) görünür - iki sadə bağ evi, çaylaq daşlarından hörülmüş
və bağ ərazisini dəniz sahilindən ayıran alçaq, rahatlıqla bu üzdən o biri üzə keçməyə maneə
törətməyən hasar,
gur, isti günəş işığı
ilə dopdolu bir atmosfer. Tamaşaçı
ilk dəqiqələrdən,
ya özünün xatirələrindən, ya
da valideynlərinin söhbətlərindən tanış
olan ovqatla limhəlim dolur, özünü gah tamaşada iştirak edən iki ana
qismində, gah da yeniyetmələr misalında hiss edir. Bu əhval-ruhiyyə
aktyorların da canına-qanına hopduğundandır
ki, tamaşaçılara
təzimin yekununda səhnədə
içdən gələn,
əvvəlcədən planlaşdırılmamış
evlənmə təklifi
baş tutdu. Bax, belə bir səmimi, romantik bahar gözəlliyinin şahidi
olduq...
Samirə
BEHBUDQIZI
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S. 26.