Yaxşı
şeir könül xoşluğu verir
Bu günlərdə
Azərbaycan Yazıçılar
Birliyinin üzvi, şair-publisist Nəbi Mülkümovun "Masterkitab"
nəşriyyatında işıq
üzü görən
"Mənim könül
dəftərim" kitabı
onun yaradıcılığının
poetik və bədii ifadəsidir. Şairin ikinci kitabında vətənpərvərliyi,
əməksevərliyi, qəhrəmanlığı
tərənnüm edən
şeirlər rəvanlığı,
düşündürücülüyü,
obrazlığı ilə
səciyyələndirir. Azərbaycan
Yazıçılar Birliyinin
Şimal-Qərb bölməsinin
sədri Əlmaniz Ələkbərlinin yazdığı
ön söz də mətləblərin
təsdiqidir.
Şairin "Mənim
könül dəftərim"
adlı kitabına doğulduğu Zaqatala rayonunun Yeni Suvagil kəndində təqdim etmə mərasimi keçirilib. Yeni Suvagil kəndi
Mina Nəzirova adına tam orta məktəbində müəllim və şagirdlərin şair Nəbi Mülkümovla görüşü yadda qalan olub. Tədbirdə
AYB-nin Şimal-Qərb
bölməsinin sədri
Əlmaniz Ələkbərli,
şair-publisist Şirin
Qəlbinur, yazıçı-publisist
Həvva Adəmsoy Vasalova, yazar Züleyxa Davudova və başqaları iştirak ediblər.
Məktəbin direktoru
Abdurahman Soltanov tədbiri açaraq qeyd etdi ki,
məktəbin fəal
məzunlarından olan
Nəbi Mülkümov
bədii yaradıcılığa
hər zaman önəm verib. Onun poeziyası ölkə mətbuatında
işıq üzü
görüb, yazdığı
şeirləri oxucular
maraqla qarşılayıb.
Şagirdlər də
Nəbi Mülkümovun
dərin məzmunlu, ruha oxşayan şeirlərini sevə-sevə
əzbərləyirlər. Həm Azərbaycan dilində, həm də Saxur dilində
yazdığı şeirlərin
sözlərinə musiqilər
bəstələndiyi, mahnıları
el şənliklərində
oxunduğu qeyd olunub. Rayonun qabaqcıl ziyalıları
ilə məktəbdə
bu cür görüşlərin keçirilməsi
şagirdlərin vətənpərvərlik
ruhunun formalaşdıracağına
əminliyini bildirdi.
Əlmaniz Ələkbərli
qeyd etdi ki, Nəbi Mülkümov
ixtisasca mühasibdir. Onun yaradıcılığa,
poeziyaya həmişə
böyük həvəsi
olub. Tələbə
olanda iqtisadçı
kimi çalışdığı
illərdə onun şeirləri ara-sıra dövrü mətbuatda dərc olunub. Onun "Mühasibat okeanı" şeiri də o illərin sorağıdır. "Qarabağsız
keçən illər",
"Vətən torpağı",
"Sən yanımda
olanda", "Zəhmətkeş
insan", "Şamil
dağı" və
başqa şeirlər
şairin Vətənə,
xalqa, dövlətə
necə qəlbən bağlı olduğunun göstəricisidir. Şəhid
anası Züleyxa Davudova tədbirin təşkilatçılarına təşəkkür edib.
Nəbi Mülkümovun
yaradıcılığını yüksək dəyərləndirib.
Qeyd edib ki, son illərdə
şairin bədii yaradıcılığı bulaq
kimi çağlayır.
Şair-publisist Şirin
Qəlbinur Nəbi Mülkümovla tanışlıq
illərindən, daha sonra yaradıcılıq mühitində eyni cəbhədə fəaliyyətindən
söz açdı. Bildirdi ki, Nəbi
Mülkümovun publisistikası
düşündürücüdür, məzmun və məna baxımından bir-birini tamamlayır.
Tədbirdə çıxış
edənlər Nəbi
Mülkümovun poeziyasından
danışdılar. Sözlərinə
yazılmış mahnılara
görə onu nəğməkar şair
də adlandırmaq olar.
Yeni Suvagil kəndi Mina Nəzirova adına tam orta məktəbinin
şagirdləri şairin
şeirlərini deyiblər.
Yaxşı şeir könül xoşluğu
verir. Zaqatala rayonun musiqi məktəbinin müəllimi
Vüqar İskəndərli
şairin sözlərinə
bəstələnmiş mahnıları
ifa edib.
Bəxtiyar ƏLİYEV
Ədəbiyyat qəzeti.-
2025.- 23 may (№18).- S. 27.