Qızıl Ordadan Alaş Ordaya
Çukurova Ədəbiyyatçılar
Dərnəyinin dünya
türklərini bir araya gətirən 10-cu yubiley festivalı 22-28 aprel 2025-ci il tarixdə Almatıda düzənləndi. 10-cu festivalın
Qazaxıstanda keçirilməsi
barədə qərar
hələ ötən
il Qırğızıstanda
(İssık-Kulda) düzənlənən
9-cu festivalda qəbul edilmişdi. Bir-birini əvəzləyən bu festivalların formatı dəyişsə də, heç vaxt qutsal mahiyyəti dəyişmədi, sıralarını
daha da genişləndirdi.
Qeyd edim ki, ilk festivaladək
İstanbulda, Ankarada, İzmirdə, Antalyada, Çanaqqalada, Spartada, Samsunda, Yozqatda, Sivasda, Somada, Bursada və Türkiyənin digər şəhərlərində dünyanın
müxtəlif ölkələrindən
gələn türk insanları ilə şeir, sənət və musiqi şölənlərində qrup
şəklində iştirak
etmişdik.
Uzun illər Türkiyə bələdiyyələri
ədəbi-mədəni tədbirlərin
keçirilməsinə böyük
dəstək verir, otel, yemək, hətta yol xərclərini belə qarşılayırdılar. Türkiyənin,
türk dünyasının
inkişafını istəməyən
Amerika və batının Türkiyəyə
qarşı iqtisadi basqısı dəfələrlə
lirənin devalvasiyası
ilə nəticələndi.
Bələdiyyə başqanları
ciddi maliyyə problemləri üzündən
əvvəlki dəstəyi
vermək gücündə
olmadı. Olsun. İnsanlar öz hesablarına olsa belə, bu görüşlərə
cani-könüldən qatıldılar.
Bir məqamı
da xatırladım ki, Türkiyədə aidiyyəti dövlət qurumunun səhlənkarlığı
səbəbindən pasportunda
problem yaşayan
ÇED başkanımız Halise xanım Almatıya iki gün gec gəlmək
zorunda qalmışdır.
Festivalın düzənlənməsində
əsas yük çox istedadlı şair, publisist, tərcüməçi "Dünya
Ədəbiyyatı" jurnalının
baş redaktoru,
ÇED onursal başqanı
Erjan Alaştuqanın
çiyinlərinə düşmüşdü.
Təşkilatçılıq işinin nə qədər çətin
və məsuliyyətli
olduğunu çoxumuz
bilirik. Buna hələ dəyərli Onursal Başqanımız
Joldişbek Monoldorovun
təşəbbüsü ilə Qırğızıstanda
düzənlənən 9-cu festival zamanı şahid olmuşduq. Tədbirlərin keçirilməsində
bəzi dostların könüllü olaraq, Erjan Alaştuqana dəstək olmaları çox qürurverici idi.
Qeyd etdiyim kimi, 10-cu yubiley festivalı Qızıl Ordadan Alaş Ordayadək uzun yol keçmiş bugünkü Qazaxıstanın
tarixi şəhərində
- Almatıda keçirildi.
Bu, post-sovet
türk respublikaları
arasında, Qırğızıstandan
sonra, keçirilən
ikinci festival idi. Azərbaycandan 31, Türkiyədən
29 nəfər tədbirə
qatılmışdı. Ümumilikdə,
150 nəfərlik heyətlə
düzənlənən festival kiçik texniki problemlərlə üzləşsə
də, unudulmaz xatirələrlə tarixə
çevrildi.
Haşiyə: Türküstan
respublikalarının yunan
Kiprinə səfir təyin etmələri iştirakçıların festivalöncəsi
əhval-ruhiyyəsinə təsirsiz
ötüşməmişdir. Hətta bu konuda
feysbuk səhifəmdə
açıqlama ilə
çıxış da etmişdim.
Bu gün də, Türk Dünyasının
birlik və bərabərliyinə sanki
kölgə salırmış
kimi görünən
olayın siyasi bir gediş olduğu qənaətindəyəm.
Siyasi olaylar o qədər sürətlə
dəyişir ki, nəyin
doğru, nəyin yanlış olduğunu hesablamağa vaxt belə çatmır. Mən tam əminliklə deyə bilərəm ki, bu olay uzaq
məqsədlərə hesablanmış
siyasi gedişdir. Şimali Kıbrıs Türk Cümhuriyyətini
bugünədək Türkiyədən
başqa heç bir dövlət tanımayıb. Türküstan
respublikalarının Kıbrısın
yunan kəsimini tanıması prosesi
1992-ci ildə baş verib. Bugünkü elçilik mübadiləsi
isə, sabah öz qardaşlarının
- türk kəsiminin tanınmasına yol açmağa yaxşı
zəmin-fürsətdir. Təbii,
bu, Batının, Amerikanın xoşuna gəlməyəcək. Onlara
cavabımız: "bu,
necə ola bilər
ki, yunanları tanıdıq,
indi doğma qardaşımızı tanımayaq?!
Ay con, ay sem, ay cin, sizin ədalət prinsiplərinizin "min bir
gecə nağılları"ndan
fərqi nədir?"
Həyasızlığa baxın
ki, BMT-nin təşəbbüsü
ilə 2004-cü ildə
Kıbrısda keçirilən
referendumda adanın yunan hissəsi ayrılmağa səs versə də, bu, Amerika və Batını qane etməmişdir. Nə qədər çalışsalar
da, mən əminəm
ki, ada rəsmi olaraq iki dövlətə
çevriləcək. Şimali
Kıbrıs Türk Cümhuriyyətini bütün
dünya tanıyacaq.
Gəlin, türk
dövlətlərinin yunan
Kiprini tanıma tarixinə nəzər salaq:
Azərbaycan - 1992-ci il 2 aprel
Qırğızıstan - 1992-ci il 20 fevral
Qazaxıstan - 1993-cü il 2aprel
Özbəkistan - 97-ci il 30 may
Türkmənistan - 2007-ci il 13 noyabr.
Şübhəsiz, siyasi sürəcin zamana uyğun hesablanması və pərdəarxası
olayların səbəblərini
ancaq dövlət başçıları dəqiq
bilir. Bugün haqqında söhbət açdığımız konu
barədə Türkiyə
və Azərbaycan prezidentləri fikir bildirməyibsə, demək
ki, perspektivdə yaxşı
nəsə planlaşdırılır...
Festivalın, demək
olar ki, bütün tədbirləri Qazaxıstan
Respublikasının Milli Kitabxanasının
böyük zalında
keçirildi. Azərbaycan
nümayəndə heyətinin
rəhbəri olaraq, festivala əliboş gedə bilməzdim. Qazaxıstan təmsilçimiz,
10-cu festivalın təşkilat
rəhbəri, əziz
qardaşım Erjan Alaştuqanın xahişi
ilə Nizami, Füzuli və Nəsiminin toplularını
əldə eləyib,
hədiyyə olaraq, Qazaxıstanın Milli kitabxanasına
verməliydim. Bu topluları
tapmaq və əldə etmək üçün bir neçə gün axtarışlarımı davam
etdirdim. Heç kəs məndən inciməsin, açıq söyləyəcəm, az
qala bütün maddi-mədəni irs nümunələrimizi dünyada
öz adına saxtalaşdıran ermənilərlə
eyni cərgədə
addımlayan içimizdə
lövbər salmış
hələ çox zatlar var. Toplularla bağlı plan və məramımı söylədim,
təəssüflər olsun
ki, ölkə başçısının
sərəncamı ilə
nəfis şəkildə
nəşr olunmuş
adıçəkilən toplular
üçün əlahəzrət
nəşriyyat, yaxud mətbəə mənsubu
mənə elə qiymət oxudu ki, gərək həmin toplular üçün üç aylıq maaşımı gözləyəydim.
Ani olaraq, əziz dostum, hörmətli Mədəniyyət nazirimiz
Adil Kərimli yadıma
düşdü. Əlaqə
saxladım, axşam idi, dedi, "sabah həll etməyə çalışacam".
Bəli, növbəti
gün mənə zəng gəldi ki, toplular hazırdı, gəlib götürə bilərlər. Cənab nazirimizə bu lütfündən dolayı
sonsuz minnətdarlığımı
bildirirəm. Çıxışımda
həmin topluların Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
hədiyyəsi olaraq Qazaxıstan Milli Dövlət
Kitabxanasına verildiyını
xüsusi qeyd etdim.
10-cu yubiley festivalı Qazaxıstanın əlamətdar
yubileylərinə: Qazax
xalq qəhrəmanı
Muxali Bahadırın
855, Qazax dövlətçiliyinin
800 və Abayın 180
illiyinə həsr olunmuşdur.
Qazax xalqının
tarixi keçmişi barədə, eləcə
də Abay haqqında Azərbaycan oxucusunun məlumatlı olması şəksizdir.
Festivalda qazax xalqının milli qəhrəmanı,
Azərbaycanın da tərkibində
olduğu Cəlairilər
dövlətinin, cəlairilər
nəslinin nümayəndəsi
olan Muxali Bahadır haqqında maraqlı tədqiqatların
nəticəsi olaraq, ona həsr olunmuş
poeziya nümunələrini
dinləmək və oxumaq çox xoş idi. Festival iştirakçılarının hər birinin bu yubileylərə görə təsis edilmiş medallarla, sertifikat və diplomlarla təltif olunması gözəl nümunə idi. Təşkilati işlərin,
diplom və medalların hazırlanmasında,
Qazaxıstan Respublikasının
böyük iş adamı, Azərbaycanda da sevilib tanınan Erbol Beysenovun misilsiz xidmətlərini xüsusilə qeyd etmək istəyirəm. Onun Azərbaycan heyətinə öz evində musiqiçilərin
iştirakı ilə
xüsusi ziyafət verməsi, bir neçə gün sonra böyük şadlıq evində Azərbaycan və Türkiyə heyətinə
100 nəfərlik musiqili
məclis qurması, eləcə də dönüş günü
restorandakı ziyafət
unudulmaz anlarla yadda qaldı...
İlqar TÜRKOĞLU
Ədəbiyyat qəzeti.- 2025.- 23 may
(№18).- S. 33.