Yazıçı-publisist
Qəni Camalzadə ilə görüş keçirilib
Bu günlərdə
Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin və
İmişli Mərkəzi Kitabxanalar Sisteminin birgə təşəbbüsü
və təşkilatçılığı ilə
tanınmış yazıçı-publisist Qəni Camalzadə
ilə görüş keçirildi. Tədbiri
sözügedən kitabxananın
müdiri Hürü xanım açaraq yazıçının çoxşaxəli
yaradıcılığı haqqında geniş məlumat verdi.
AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu,
"Ədəbiyyat qəzeti"nin
şöbə redaktoru
Aydın Xan Əbilov, "Ekoloji Xəbərçi" qəzetinin
baş redaktoru, şair Şahin Həmidi, "Mədəni-Niyyət"
qəzetinin baş redaktoru Hacı Rahim İsmayılov, "Xalq sözü" qəzetinin baş redaktoru Nizami Gülmalıyev, İmişli
rayon Mədəniyyət
sarayının direktoru
Sərvər Şirinov,
şair Mir Zeynal Fəttah, tanınmış din xadimi Hacı Mayıl və başqaları ədibin yaradıcılığı barədə
düşüncələrini bölüşdülər, çoxsaylı
əsərlərinin məziyyətlərindən
söz açdılar.
Sonda
yazıçı-publisist Qəni Camalzadə tədbirin təşkilatçılarına
minnətdarlığını bildirdi və oxucuları düşündürən
sualları cavablandırdı.
Ədəbiyyat
qəzeti.- 2025.- 23 may (№18).- S.33.