"Aşiqi-sadiq mənəm..." yaxud hər şey Füzulidən başlandı

 

Ataəmi Mirzəyevin 60 illiyinə

 

Poetik irsi möcüzələrlə, qeyri-adi təşbeh metaforlarla zəngin olan Mövlana Məhəmməd Füzulinin təkcə yaşayıb-yaratdığı dövrün deyil, özündən sonrakı dövrlərin böyük sənətkarı kimi gündəmdə qalması onun yaradıcılıq dühasının bənzərsizliyi ümumbəşəri bir mahiyyət daşıması ilə izah oluna bilər. Füzuli şeirinin izah şərhi kimi son dərəcə mürəkkəb, həlli müşkülə çevrilən "bir müəmma"nın tarixi başlanğıcını elə Füzulinin sənət aləminə qədəm qoyduğu tarixdən götürülməsini iqrar edən mülahizələrin həqiqiliyinə şübhə yeri qalmır.

Onu da bəri başdan nəzərə almaq lazımdır ki, Füzulişünaslığın banisi, onun təməl prinsiplərinin eskizini cızan, yanaşma metodologiyasının meyar prinsiplərini müəyyənləşdirən müəllif elə Füzulinin özüdür. Özünütəhlilin bənzərsiz nümunəsi Füzulidə olduğu qədər heç bir klassik sənətkarda yoxdur. Füzuli, bu mənada, əvvəlcə şair-alim, daha sonra isə alim-şairdir.

Bir həqiqət ondan ibarətdir ki, "Eşqdir var aləmdə, Elm bir qilü-qal imiş"- deyən sənətkarın beş yüz ildən artıq bir zaman müddətində "qilü-qal" hesab etdiyi elmi dövriyyədə kəmiyyət keyfiyyət baxımından Füzulişünaslığın hansı səviyyələrdə təqdim olunmasına müfəssəl bir ekskurs etmək zərurəti yaranır. Əvvəlcə, Füzuli yaradıcılığını şərh etməyin çətinliyi ilə o dövrün təzkirəçiləri üzbəüz qalır. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Füzuli kimi incə zərif hikmət xəzinəsi sahibinin yaradıcılıq sirlərini açmaqda təzkirələr təzkirəçilər gücsüz görünür. Bunun əsas səbəbini Füzuli yaradıcılığını məhdud bir ədəbiyyat tarixçiliyi istiqamətində araşdırılması ilə izah etmək olar. Şair-mütəfəkkirin həyatı, mühiti əsərləri haqqında yığcam fikir söyləmək, müəyyən nümunələrlə oxucunu tanış etmək Füzuli kimi nəhəng bir dühanı bütün əzəməti ilə təqdim etməyə heç bir şans verməməsi göz qabağındadır.

Mirzə Fətəli Axundzadənin "Füzuli tilsimi"ni qırmaq cəhdləri, görkəmli maarifçi-pedaqoq, ədəbiyyat tarixçisi tənqidçisi Firudin bəy Köçərlinin Füzuliyə fərqli bir yanaşma sərgiləyərək, Füzulini "bütün türk şairlərinin babası" təqdiri, Mirzə Fətəli yanaşmasının mahiyyətinin açıqlanmasında Cəfər Cabbarlı cəhdləri 1930-cu illərin sonları, 1940-cı illərin əvvəllərindən Füzuli yaradıcılığına Həmid Araslının, Mirzəağa Quluzadənin, Mir Cəlalın, Məmməd Cəfərin tədqiqat monoqrafiyalarından başlayan elmi marağı daha sonralar Azadə Rüstəmova, Sabir Əliyev, Yaşar Qarayev, Əlyar Səfərli, Vəcihə Feyzullayeva, Namiq Babayev, Leyli Əliyeva, Teymur Kərimli, Gülşən Əliyeva... kimi müxtəlif nəsillərin təmsilçiləri olan füzulişünaslar davam inkişaf etdirdilər.

Bu, Füzulişünaslığın yalnız ədəbiyyat tarixçiliyi nəzəri istiqamətli tədqiqatlarıdır. Füzulişünaslığın tədqiq hüdudları, təbii ki, bununla məhdudlaşıb qalmır. Füzuli yaradıcılığının fəlsəfə, linqvopoetika, etika, estetika musiqi kimi elm sahələrində tədqiq təhlil müstəvisinə çıxarılması baxımından Fuad Qasımzadənin, Musa Adilovun, Tofiq Hacıyevin, Samət Əlizadənin, Kamil Vəli Nərimanoğlu, Vəli Məmmədov kimi alimlərin elmi məqalə araşdırmaları konkret bir coğrafiyanın hüdudlarında Füzulişünaslığın inkişaf təkamülü haqqında müəyyən təsəvvür yarada bilir. Ərəb mənbələrində "Füzuli əl-Bağdadi" kimi təqdim olunan şairin bu çevrədə, Türkiyədə, Rusiyada Avropada tədqiqatçılarının elmi əsərləri nəzərə alınarsa, Füzulişünaslıqla bağlı bir narahatlıq keçirməyə ilk baxışda elə bir ehtiyac duyulmadığını zənn etmək olar. Ancaq bu, ilk baxışda belə görünə bilər.

Təbii ki, yuxarıda adları sadalanan tədqiqatçıların böyük əksəriyyətinin araya-ərsəyə gətirdiyi bu zəngin irs sovet ideologiyasının tüğyan elədiyi bir dönəmdə qələmə alınmışdı. Bu dövrdə klassik ədəbi şəxsiyyətə ədəbi-tarixi təcrübəyə keçmişin mirası, yenilikdən məhrum, dini-mistik görüşlərin təsiri ilə yaranan əsərlər kimi yanlış yanaşmaların da olduğunu inkar etmək olmaz.

Milli müstəqilliyə qovuşduğumuz otuz ildən artıq bir dönəmdə Füzulişünaslıq özünün keyfiyyət baxımından yeni mərhələsinə qədəm qoymuş, Məhəmməd Füzulinin ömür yolunu, yaradıcılıq irsini siyasi-ideoloji basqılardan azad bir yanaşma müstəvisində araşdıran yeni bir Füzulişünas nəsli yetişmişdir.

Filologiya elmləri doktoru Ataəmi Mirzəyev müstəqillik illərində təşəkkül tapan Füzulişünaslığın yetərincə tanınan aparıcı simalarından biridir.

Onun klassik ədəbiyyata, xüsusən, Füzuli yaradıcılığına mehr ülfətinin izlərini, ədəbi əxlaq əbədi dəyər daşıyıcısına çevrilən Bakı mühitinin klassik poeziya, onun ruha qida verən muğam ifaçılığının qana, iliyə işləyən cazibəsində axtarmaq, bu sirrin açılmasına ipucu verə biləcəyi şübhəsizdir.

Təsəvvür edin ki, klassik sənətkarların yaradıcılığını mükəmməl bilən, bu möcüzəli aləmdən saatlarla yorulmadan, usanmadan danışan, qəzəl qəsidələri beyt-beyt açan sinədəftər, az təhsil görmüş ağsaqqalların, şeir-sənət xiridarlarının əhatəsində Füzuli sehrinə düşməmək mümkünsüz bir idi.

Qəzəli, muğamı, onun ayrı-ayrı şöbələrini konservatoriya hesab olunan bölgələrdən gələn, özünün səs imkanları ilə seçilən xanəndələrin, demək olar ki, böyük əksəriyyəti bu mühitdə tələbkar dinləyicilər qarşısında imtahan sınağa çəkilib, sənətkar kimi etiraf olunublar.

Bir neçə il bundan əvvəl İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar olaraq Hövsan kəndində (indi qəsəbə adlanır - Q. M.) keçirilən tədbirdə bunun bir daha canlı şahidi oldum. Ağsaqqal, nurani qocalar Nəsimi misralarını əzbər söyləyir, onun "Quran" ayələri ilə səsləşən məqamlarını elə ustalıqla şərh edirdilər ki, buna, sadəcə, təəccüblənməmək, heyrətlənməmək mümkün deyildi. Orada səsləndirdiyim bir fikri burada da dilə gətirməkdən çəkinmirəm: Bakı kəndlərindəki klassik şeir məclislərinə, muğamla bağlı istənilən tədbirlərə mütləq şəkildə hazırlıqlı şəkildə gəlmək lazımdır.

Bu mənada, Ataəmi Mirzəyevi anadan olduğu doğma Kürdəxanı digər Bakı kəndlərində təşəkkül tapan şeir-sənət cameəsinin müdavimi hesab etmək olar. Birmənalı şəkildə onun o vaxtlar Azərbaycan ali təhsilinin flaqmanı hesab olunan ADU-nun (indiki BDU-nun - Q.M.) filologiya fakültəsində ixtisaslı filoloq kimi klassik dövrü məxsusi olaraq Füzuli kimi böyük-şair mütəfəkkirin yaradıcılığını seçməyini həmin mühit diktə etmişdi.

Elə tələbəlik illərindən başlayaraq Ataəmi klassik ədəbiyyat qrupunu bir ixtisas kimi seçir, Füzuli yaradıcılığına elmi maraq göstərir. Çox keçmir ki, onun üçüncü kursdan üzərində işlədiyi "Füzulinin bir qəzəli haqqında" adlı məqaləsi dördüncü kurs tələbəsi ikən "Ulduz" jurnalının 1988-ci il 3-cü sayında dərc olunur. Məqalədə tələbə Füzuli irsinin tanınmış tədqiqatçısı, akademik Həmid Araslının tərtib etdiyi redaktoru olduğu 1958-ci ildə nəşr olunan beşcildlik Füzuli "Əsərləri"nin I cildindəki üç qəzəl iki rübainin "Əlavələr" hissəsində verilməsi ilə bağlı mübahisələrin izinə düşür. Gənc araşdırıcı həmin nümunələr içərisində yalnız bir qəzəlin Füzuliyə məxsusluğu məsələsini professor Mirzəağa Quluzadə kimi təcrübəli bir Füzulişünas alimlə polemikaya girməkdən çəkinməyərək sübut etməyə nail olur.

Burada gənc tədqiqatçı-tələbənin poetik mətni linqvopoetik bir təhlil müstəvisində araşdırması opponentinə dövrün ənənəvi təsviri ədəbiyyatşünaslıq səviyyəsindən məsələyə yanaşıldığını faktlarla üzə çıxarmaq cəhdi diqqətdən yayınmırdı. Müəllif mübahisə predmeti kimi seçilən

 

Guşeyi-əbrulərində çeşmi-cadularmıdır?

 

Yoxsa, girmiş yayə tirəndaz hindularmıdır?

- mətləli qəzəlində sual ədatının xəbər şəkilçisinin bu ardıcıllıqla işlənilməməsi faktına Nəsimi, Gülşəni, Həqiqi, Xətai yaradıcılığından Füzulinin "Leyli Məcnun"undan nümunələr gətirir, bu qəzəlin Şahiyə bir nəzirə olduğunun unudulmasını, onun şairin əsərləri sırasına daxil edilməməsini belə bir yanlışlıqla izah edir.

Əlbəttə, bu cəhd gənc tədqiqatçının Füzulişünaslıqda ilk debütü idi. Olsun ki, bu yazıda qaldırılan çox ciddi yaradıcılıq problemlərinə professional səviyyədə hissi-emosional yanaşma özünü istənilən qədər nümayiş etdirməsin. Bu da təbiidir. Ancaq Füzuliyə məxsusluğu real faktlarla üzə çıxarılan bir qəzəlin "bəraət"i, "sahibinə qaytarılması" yolunda atılan addımlar, şübhəsiz ki, orijinal düşüncəli, klassik mətn üzərində işləməyə meyilli bir tədqiqatçının Füzulişünaslığa gəlişindən xəbər verirdi. Təsadüfi deyil ki, alim sonralar özbək şairi Ömərxan Əmirinin Füzulinin həmin qəzəlini təxmis etməsi faktını üzə çıxarmaqla onun Füzuliyə aidliyini tam şəkildə sübut etmiş oldu.

Klassik ədəbiyyata belə bir elmi maraq, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına ciddi rəqabət şəraitində qəbul olunması, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Azadə Rüstəmovanın rəhbərliyi altında "Klassik Azərbaycan-türk ədəbiyyatında "Yusif Züleyxa" mövzusu (İlkin qaynaqlar onların poetik təcəssümü) adlı namizədlik (indiki fəlsəfə doktorluğu - Q.M.) dissertasiyası üzərində gərgin elmi axtarışlar aparması Ataəmi Mirzəyevin tərcümeyi-halının əlamətdar, yaddaqalan səhifələrindən birinə çevrilir.

Belə bir mövzuda tədqiqat aparmaq elmi-təcrübi baxımdan orta əsr Azərbaycan-türk xalqları ədəbiyyatlarında ənənəvi mövzunun işlənməsi səviyyəsi ilə yanaşı, bu ədəbiyyatların tarixi-müqayisəli aspektdə öyrənilməsinə, oxşar xüsusiyyətlərin üzə çıxarılmasına geniş zəmin yaradır, tədqiqatçının geniş əhatəli mövzular üzərində işləməsinə əsaslı zəmin hazırlayırdı. Bir cəhət xüsusi qeyd edilməlidir ki, müəllifin tədqiqata cəlb etdiyi Mustafa Zərir, Suli Fəqih, Şəms Xətainin "Yusif Züleyxa" əsərləri həmin dövrdə çap olunmamışdı. Ataəmi Mirzəyev həmin əsərlərin hamısını ilkin qaynaqlar olan əlyazma nüsxələri əsasında araşdırmışdı.

Az sonra Ataəmi Mirzəyevin uzun müddət klassik ədəbi düşüncənin (elə dini düşüncənin !) maraq dairəsində saxladığı dini mövzunun - Məhəmməd peyğəmbərə (s) aid 40 hədisin Əbdürrəhman Cami, Əlişir Nəvai Məhəmməd Füzulu yaradıcılığında işlənməsi barədə mükəmməl araşdırma olan "Cami, Nəvai Füzuli yaradıcılığında 40 hədis" adlı (1997) kitabı, əslində, ilk tədqiqatın, eyni mövzunun ayrı-ayrı sənətkarlar tərəfindən qələmə alınması təcrübəsinin indi tamamilə fərqli bir mövzuda davam inkişaf etdirilmə ənənəsinin üzə çıxarılmasını qarşıya bir məqsəd kimi qoyurdu. Tarixi-müqayisəli aspektdə dəyərləndirməni tələb edən bu mövzunun öhdəsindən gəlmək tədqiqatçıdan, təbii ki, ayrı-ayrı sənətkarların qələmindən çıxan bədii mətnlərə bələdliklə yanaşı, sənətkar yanaşmasındakı müxtəlifliyin mahiyyətini açmağı, eyni zamanda onları bir məxrəcə gətirən məqamların elmi-nəzəri təhlilini tələb edirdi.

Etiraf etmək lazımdır ki, əvvəlki tədqiqat haqqında bəhs edilən kitab Ataəmi Mirzəyevi eyni mövzulu əsərlərin ayrı-ayrı müəlliflər tərəfindən işlənmə ənənəsini araşdıran səriştəli mütəxəssis kimi tanıdır. Klassik ədəbiyyatın vacib sahələrindən olan mətn üzərində təhlil şərhetmə bacarığının kifayət qədər görünən məqamlarını müəllifin uğuru hesab etmək olar.

Dini-kanonik mətnlər üzərində aparılan bu tipli araşdırmalar sahəsində qazanılan təcrübə alimin sonralar qələmə aldığı "Füzulinin "Hədiqətüs-süəda əsəri orta əsr tərcümə abidəsi kimi" (2001) "Azərbaycan bədii tərcümə tarixi Füzuli" monoqrafiyalarında daha ardıcıl sistemli şəkildə tədqiqinə münbit zəmin yaradır.

Doktorluq dissertasiyası kimi müdafiə edilən "Azərbaycan bədii tərcümə tarixində Füzuli mərhələsi" əsəri, təbii ki, müəllifin bu istiqamətdə aparılan uzunmüddətli axtarışlarının uğurlu yekunu kimi qiymətləndirilməlidir.

Dissertasiyada klassik ədəbiyyatda tərcümənin indiki anlayışdan tamamilə fərqli bir sənət yaradıcılıq sahəsi olaraq inkişaf tarixi, bu ad altında nəzirə, təfsir, şərh, təbdil, iqtibas funksiyası daşımaq ənənəsi barədə yetərincə məlumatlar verilir, Füzuli kimi müqtədir sənətkarın yaradıcılığında bu sahənin məxsusi yeri mövqeyi özünün geniş izah şərhini tapır.

Alim Füzuli yaradıcılığında tərcümə hesab edilən "Tərcümeyi-Hədisi-ərbəin" "Hədiqətüs-süəda" əsərlərindən çıxış edərək, Füzulinin bu sahədəki xidmətlərini, orijinala fərqli bir yanaşma sərgiləməsini, yaradıcı şəkildə mətnə "müdaxilə"etmə bacarığını geniş təhlil müstəvisinə çıxarmağa nail olur. Beləliklə, müəllif orta əsrlər tərcümə sənətində Füzulinin bu istiqamətdəki fəaliyyətini ayrıca bir mərhələ kimi əsaslandırır.

Onu da xüsusi olaraq nəzərə almaq lazımdır ki, Ataəmi Mirzəyevin tədqiqat obyekti kimi seçdiyi anadilli epik şeir tariximiz daha sonralar yeni bir sanballı araşdırmanın meydana gəlməsinə stimul yaradır. Bu mənada, onun "Azərbaycan epik şeirinin təşəkkül dövrü" monoqrafiyası "XIII-XVI əsrlər anadilli Azərbaycan epik şeiri" dərs vəsaitində anadilli epik şeirimizin ilk nümunələri geniş hərtərəfli şəkildə tədqiqata cəlb edilir.

Ataəmi Mirzəyevin klassik ədəbi irsin poetikası - vəzn, qafiyə rədif kimi nəzəri məsələlərlə bağlı tədqiqatları da diqqəti çəkir. Onun "Böyük Azərbaycan şairi İmadəddin Nəsimi" (2019) "Molla Pənah Vaqif: həyat yaradıcılığı" (2022) monoqrafiyalarına daxil olan irihəcmli "Nəsiminin Azərbaycan-türk "Divan"ının vəzn qafiyə sistemi" "Vaqif şeirində vəzn, qafiyə rədif" adlı araşdırmaları müəllifin klassik nəzəriyyə sahəsində professional səviyyədə səriştəyə malik olmasına yaxşı bir nümunədir. Onun klassik irsin nəzəri məsələləri ilə bağlı tədqiqatları sonralar "Məhəmməd Füzuli: həyatı yaradıcılığı" (2025) monoqrafiyasında da Füzuli irsi əsasında davam etdirilmişdir.

Ataəmi Mirzəyevin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanan on cilddən ibarət "Azərbaycan ədəbiyyatı tarixi"nin üçüncü cildinin (Orta əsrlər Azərbaycan ədəbiyyatı - XIII-XVI əsrlər) məsul redaktoru əsas müəlliflərindən biri kimi elmi-təşkilati fəaliyyətini klassik irsə bağlılığın, bu sahədə nüfuzlu söz sahibi kimi tanınmağın bariz örnəyi kimi dəyərləndirmək olar. Onun qeyd edilən cildə daxil olan "Qul Əli", "Suli Fəqih", "Yusif Məddah", "Mustafa Zərir", "XV əsr Azərbaycan ədəbiyyatında "Yusif Züleyxa" mövzusu", "Cahan şah Həqiqi", "Həqiri" "Məsihi" kimi oçerkləri dövrün ənənəvi mövzularına çevrilən ədəbi nümunələr ədəbi şəxsiyyətlər haqqında geniş təsəvvür yaradır.

"Azərbaycan ədəbiyyatı tarixi"nin dördüncü cildində yer alan "Məhəmməd Əmani", "Məlik bəy Avcı", "Molla Camal Rənci" oçerkləri Ataəmi Mirzəyevin klassik irsin sonrakı mərhələsində yetişən sənətkarların həyat yaradıcılığı haqqında mötəbər fikir bildirmək iqtidarını da yetərincə nümayiş etdirir.

Otuz ildən artıq fəaliyyət göstərdiyi institutda Füzuli sektoruna rəhbərliyin 2017-ci ildən Ataəmi Mirzəyevə həvalə olunması da təsadüfi deyil. Alimin bu sahədə səmərəli fəaliyyəti göz qabağındadır. Sektorun "Füzuli kitabxanası" seriyasından nəşr etdirdiyi kitablar bunu əyani şəkildə təsdiqləməkdədir. Qeyd edək ki, "Füzuli kitabxanası" seriyası Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin baş redaktorluğu, Füzulişünas alim, filologiya elmləri doktoru Ataəmi Mirzəyevin məsul redaktorluğu ilə yaradılıb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi "Füzuli kitabxanası" seriyası 2024-cü ildə Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq kitab sərgisinin "Ən yaxşı kitab" nominasiyası üzrə qalib olub. "Füzuli kitabxanası" seriyasından Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı", Həmid Araslının "Böyük Azərbaycan şairi Füzuli", Məmməd Cəfər Cəfərovun "Füzuli düşünür", Ataəmi Mirzəyevin "Füzulinin "Tərcümeyi-Hədisi-ərbəin"əsəri", Stanislava Plaskovitska-Rımkeviçin "Məhəmməd Süleyman oğlu Füzuli", Aynur Mahmudun "Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər)", Sevinc Ağayevanın "Məhəmməd Füzulinin anadilli divanının leksik tərkibi: Azərbaycan mənşəli arxaizmlər" Mehriban Mövlamovanın "Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli" obrazı" kitabları nəşr olunub. Təqdim edilən ilk iki kitab Ataəmi Mirzəyev tərəfindən nəşrə hazırlanmışdır. Eləcə Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə hazırlanan "Məhəmməd Füzuli: həyatı yaradıcılığı" (2025) adlı sanballı irihəcmli yubiley nəşrinin ərsəyə gəlməsində məsul redaktor əsas müəlliflərdən biri kimi Ataəmi Mirzəyevin böyük əməyi xüsusi qeyd edilməlidir.

Ataəmi Mirzəyevin Füzulişünaslıq sahəsində gördüyü ən qiymətli işlərdən biri kimi "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından çap etdirdiyi mühacir ədəbiyyatşünas Səlim Rəfiq Rəfioğlunun "Füzuli" monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Belə ki, alim bu vaxta qədər elm aləminə məlum olmayan qiymətli bir tədqiqatı - Səlim Rəfiq Rəfioğlunun 1942-1945-ci illərdə İstanbulda yazıb müdafiə etdiyi "Füzuli" adlı doktorluq dissertasiyasını makinada yazılmış yeganə əlyazma nüsxəsi əsasında Ön söz, qeyd şərhlərlə ilk dəfə 2019-cu ildə nəşrə hazırlayaraq elmi ictimaiyyətə təqdim etmişdir.

Ataəmi Mirzəyevin Azərbaycan-özbək ədəbi əlaqələri sahəsində olan elmi fəaliyyəti diqqətəlayiqdir. Alimin "Sələflər xələflər: Nəvai Füzuli", "Məhəmməd Füzuli yaradıcılığından görünən Əlişir Nəvai", "Lütfi Füzuli", "Türk xalqları ədəbiyyatında "Hədisi-ərbəin" mövzusu Əlişir Nəvainin "Ərbəin" əsəri", "XV-XVII əsrlər Azərbaycan lirik şeirində Əlişir Nəvai təsirinin təzahür formaları" "Özbək-Azərbaycan ədəbi əlaqələri: Əlişir Nəvai Məsihi Təbrizi" adı ilə çap olunmuş məqalə konfrans materialları onun bu sahədə səmərəli fəaliyyətindən xəbər verir.

İndi filologiya elmləri doktoru Ataəmi Mirzəyev ömrünün 60-cı pilləsini belə bir elmi uğur nailiyyətlərlə zəngin bir ərəfədə qarşılayır. Qarşıda isə Füzulişünaslığın daha ciddi, ciddi olduğu qədər zərurətə çevrilən yaradıcılıq problemlərini səbir təmkinlə araşdırmaq yeni füzulişünaslar nəslini bu işə sövq etmək kimi nəcib məsuliyyətli vəzifələr durur.

Altmış yaşın bundan sonra da Füzuli əsərlərinin nəşri, tədqiqi elmi dəyərləndirilməsi, elmi-təşkilati işlərin koordinasiya edilməsi üçün məhsuldar bir mərhələ olacağına dərin inamımız var.

 

Qürbət MİRZƏZADƏ

 

Ədəbiyyat qəzeti.- 2025.- 23 may (№18).- S.36-37.