Yəqin
ki, bizləri Tanrı sınaqdan çıxarır,
önündə lal məni gözlə
Gözləyək
Soyuqluq
duyuram boğuq səsindən,
Dili söyləsə
də dualar mənə.
Barəmdə
könülsüz olan bəhsindən,
Məcburmu
eyləyib onu, kim yenə?
Sanki kəlbətinlə
çıxır canından,
Sözlər
kəsərini itirir bütün.
Guya ki, nədənsə
çıxır yadından,
Daha neçə-neçə
uğurum üstün.
İndi gözləyirəm bitə
bu əzab,
Ürək
sıxıntımdan hər ikimizə.
Sınaya elə
bil məndə dözüm, tab
Deyir,
"bir" təqdimdə olanım "yüz"ə.
Aşkar nümayişdə "qəlb
qaralığı"
Özündən,
kəmağıl anlamır bunu.
Seçən,
ayıran var qaranı, ağı,
Geydir lap nəyəsə
al-əlvan donu.
Təsadüf:
sataşır gözü gözümə,
Dərhal
baxışını çevirir yana.
Ucuz dəyər
verib haqdan "düz"ümə,
Buraxaq bu işi,
nə olar, zamana...
Məni
gözlə
Köksünü dağlama bu
ayrılıqdan,
Səbr et, xəyallara
dal, məni gözlə.
Yəqin ki, bizləri
Tanrı sınaqdan
Çıxarır,
önündə lal məni gözlə.
Qəlbindən qovmağa hicran, həsrəti,
Bacar
iş-gücünə yönəlt diqqəti.
Gözünün
yaşını axıt xəlvəti,
Hərdən
boynubükük qal, məni gözlə.
Qalanda özünlə tək
ixtilatda,
Bil ki, o haldayam həmən
o vaxtda.
Saxla bax, o günə
dildə, dodaqda,
Qatıb kəlmə,
sözə bal, məni gözlə.
Çağır, röyalarda olum
qonağın,
Qüssə, qəm
ortağın, sevinc ortağın.
Olsun röyadasa bəxtəvər
çağın,
Vüsaldan
kamını al, məni gözlə.
Bu əhval bağrını yarsa,
döz yenə,
Qəhər
boğazını sarsa, döz yenə.
Nə
zülmün, sitəmin varsa, döz yenə,
Qoysa ürəyinə
xal, məni gözlə.
Qıyma dərd kəsilə qənim
canına,
Xiffət kölgə
sala ömrün anına.
Düşün
ki, dönərəm bir gün yanına,
Bu fikri
ağlına sal, məni gözlə.
Ay ana
Doğmalığın
sığmır sözə, kəlməyə,
Ömrümdəki
Günəş idin, Ay, ana.
Yadırğayıb
daha üzüm gülməyə,
Nə olar, ver də
harayıma hay, ana.
Nadanlıqdan bilməmişəm
heç demə,
Bəzəkmişsən,
naxışmışsan könlümə,
İndi
ağrı, acı dolub köksümə,
Hardan tapım sənə
bənzər tay, ana?!
Vaxt, ya bivaxt can atardın yanıma,
Qarışardın
hər qayğılı anıma,
Əzizlərdin,
and içərdin canıma,
Sevgin mənə
ümmanmış ki, çay, ana.
Yaradandan nə xoş bəxtim,
taleyim,
Yox dost, yaxın,
əqrəbadan gileyim,
Səbəbdə
həm kimdən nəsə diləyim,
Sovqatların
şirinmiş çox, pay, ana.
Baş-başayam
xəyalınla hər dönəm,
Sənsizlikdən
ürəyimdə qüssə, qəm,
Dəyişmir
heç gözlərimi tutan nəm,
Fərqlənmir
ki, payız, qış, yaz, yay, ana.
Şeir
yazdım, o söz, kəlmə yox yenə,
Tapmadım ki,
toxdaq ola az mənə,
Qüdrətim
bu, toxunmasın qəlbinə,
San oğlunu
günahkar san, ay ana.
Dərdini de
Nəyə gərək
korun-korun yanmağın,
Güman-zənni
təsdiqləyib danmağın?!
Naçar
qalıb əyilməyin, sınmağın.
Zövq duyuram
darda kimə tutam əl,
Dərdini de,
çözüm tapaq birgə gəl.
Sən də, mən
də bir zamanın övladı,
Çəkilməyin
öz qınına yox adı,
Boşla getsin təkliyinə
inadı,
Min bir fikrə
çarə olar bir əməl,
Dərdini de,
çözüm tapaq birgə gəl.
Dillən, danış vaxt getməyə
hədərə,
İş qalmaya
yox, qəzavü-qədərə,
Bağlanmaya hələ
açıq bənd-bərə,
Görək, nədir
qarşındakı sədd, əngəl,
Dərdini de,
çözüm tapaq birgə gəl.
Açıq söylə, nələr
varsa sonadək,
Ötənləri,
olmuşları onadək,
Dinləyəcəm
səbir, təmkinlə, etmə şəkk.
Qərar verək
ki, gözləyək dürüst həll,
Dərdini de,
çözüm tapaq birgə gəl.
Yanındayam, ol
ki əmin, arxayın,
O vaxtadək,
ötə qəlbdən ah, vayın,
Yetsə mənə
bir işarən, tək hayın,
Alar cavab haqq
işinə vuran pəl,
Dərdini de,
çözüm tapaq birgə gəl.
De, bilim
Vurulanlar yalandan "göz,
qaşıma"
Yaxınlaşıb
şərik olub "aşıma".
İnandırıb,
oyun açıb başıma,
"Belə olmaz
hamı" - olub təsəllim,
Ürəkdənmi
dostsan, yaxın? - de, bilim.
And içənlər
dönə-dönə Allaha,
Etməz, yox, yox,
naxələflik bir daha.
Fürsətini
saxlamayıb sabaha,
Üzülə
hoqqadan yer, göydən əlim,
Ürəkdənmı
dostsan, yaxın? - de, bilim.
Hiyləsiylə ürəyimə
tapan yol,
Olub kəs ki, vədə
verib şirin, bol.
İmkan tapıb
kürəyimə çəkib zol,
Gücüm yetib
onu unudum, silim,
Ürəkdənmi
dostsan, yaxın? - de, bilim.
Halal-haram ayıran tək özünü,
Təqdim edən,
deyən guya düzünü.
Aldadıbmış
demə, neçə yüzünü,
Üzümə
yapışdı bundan lap əlim,
Ürəkdənmi
dostsan, yaxın? - de, bilim.
Beləcə də insanlara inamım
İtdi, getdi
yavaş-yavaş nə danım?!
Zaman
çatdı, sınaqdan da usanım,
Söz xətrinə
deyir bunu bax, dilim,
Ürəkdənmi
dostsan, yaxın? - de, bilim.
Dinləməyi
öyrən
Hey düşsən də öz
"dilindən tilova",
Harda oldun,
qarışırsan söz-sova.
Çevrilirsən
beləlikdən girova,
Ürək
sıxır səndən səs də, avaz da,
Nə olar,
öyrən dinləməyi bir az da.
Harda "aş var", şəksiz,
"başsan orada",
"Günahkardır
kim-kimdən nə sora da".
Əlacın var
guya "kara, kora da",
Danışırsan,
görünürsən "dayaz da,"
Nə olar,
öyrən dinləməyi bir az da.
Yox ki, bax da, məhəl qoyan
sözünə,
Puçluğunu
şax deyirlər üzünə.
Zəvzəkliklə
qoymursan ki, üz ünə.
Düşüncənlə
"üzürsən çox dayazda",
Nə olar,
öyrən dinləməyi bir az da.
Lap bezdirib çoxlarını,
lağın çox,
Guya səndə
bu əhvaldan xəbər yox?!
Tərs
şapalaq bil çənənə gələr, qorx.
Qalar sözün
qanla dolu ağızda,
Nə olar,
öyrən dinləməyi bir az da.
Səy et, öyrən dinləməyi
onda sən,
Çox-çox
fikri boş başından silərsən.
Ən nəhayət,
kimliyini bilərsən,
Yekəliyə
bitər istək, muraz da,
Nə olar,
öyrən dinləməyi bir az da.
Məhəbbət
tonqalı çataq
Gəlin, tonqal
çataq ürəyimizdə,
Məhəbbət
tonqalı, alovları gur.
Hərarət ola
çox diləyimizdə,
Sevinək hər
kəsdə görsək bir uğur.
Yandırsın qəlblərdə
kini, nifrəti,
Sovursun küləklər
göyə külünü.
Yaxınlıq,
doğmalıq, dostluq, ülfəti
Artırsın, bəzənsin
ömrün hər günü.
Uyaq, xoşhallanaq bu istilikdən,
Vəfa, etibara
şübhə olmasın.
Belə
rahatlıqdan ruhumuz, bədən
Zövq duysun,
bircə an kənar qalmasın.
"Can-can"a
"can-can"la verək cavabı,
İlıq meh nəfəsi
verək hər sözə.
Köməyə
çağırmaq dözümü, tabı,
Tanrı bunu rəva
görməsin bizə.
Gəlin tonqal çataq ürəyimizdə,
Məhəbbət
tonqalı, alovları gur.
Hərarət hər
ortaq diləyimizdə
Ola, çox millətə
edə bəxş uğur.
Bayram ola
bütöv il
Qadın bacı, qadın ana, nənə
həm,
Qəlb
yoldaşı sevgisində kəsir, kəm.
Olmur zərrə
cəfakeşdir hər dönəm,
Tək bircə
gün, rəvamı bu? - Yox deyil.
Bayram edək
yaşamını bütöv il.
Fədakardır çətinlikdə,
darda o,
Üzə
gülür hər yan olsa, harda o.
Ən yaxın
da, ən doğma da, yar da o,
Özün atar səndən
ötrü oda, bil,
Bayram edək
yaşamını bütöv il.
Məhəbbətlə vurur
müdam ürəyi,
Pak, tərtəmz
istək, arzu, diləyi.
Zəriflikdə
xatırladır mələyi,
Sehr, əfsunlu
onda sanki şəkər dil,
Bayram edək
yaşamını bütöv il.
Hərarəti yuvamıza edir bəs,
Ruhdur sanki hər
ocaqda o nəfəs.
Muma dönür baxışından
hər tərs, nəhs,
İşi,
gücü, əməlində çox kamil,
Bayram edək
yaşamını bütöv il.
Anadır ki, bax, elə bu, yetər tək,
Sanaq onu
köksümüzdə qəlb, ürək.
Yaradandan bu ad ona
yox ki şəkk,
Ən şərəfli
ucalığa bu dəlil,
Bayram edək
yaşamını bütöv il.
Sevindirək, Günəş təki
saça nur,
Şəfəq
yaya ətrafına işıq, gur.
Bizdən təkcə
diqqət, şirin söz umur,
Qoru, bəşər
gözündəki yaşı sil,
Bayram edək
yaşamını bütöv il.
Qınama
Şair qardaşım
Çingiz
Dalğına cavabım
Məni
qınayırsan, olmaz bu qədər,
Söyüb
yamanlamaq çoxunu, lap çox.
Susuram,
köksümü göynədir kədər,
Düşüncəm:
- bu işdə məndə günah yox.
Neyləyim,
paxıla deməyim paxıl,
Şər,
böhtan deyənə qoyum de, nə ad?
Yaxşımı
belədə sən yanıb, yaxıl,
Onlar nahaqqına
göstərsin inad?
Azmı kəmfursətlər duran
marıqda,
Çalıb-çapmaq
üçün məqam gözləyən?
Belədə
sakitcə durub qıraqda,
Olum
tamaşaçı "oyun" izləyən?
Heç nədən törədən
dava, qalmaqal,
Üçmü,
beşmi baxım, ötüm, yan keçim?!
Təsir eyləməyə
mənə, bax bu hal,
Hirsimi
boğmağa su tapım içim?
Salıb yekəliyə "mən-mən"əm
deyən
Döyüb sinəsinə
gəzsin, dolansın.
Olummu de, mən də
ona baş əyən,
Fağır, məzlumluğum
gendən qınansın?
Söylə, iyrənməyim
yaltaq, yalaqdan,
Çırpmayım
üzünə beləliyini.
Deyimmi işidir
özəl maraqdan,
Təbliğ eyləyimmi
köləliyini?
Bax, bundan fənadır
dünyanın halı,
Kim harda nə
deyir, züy tutur çoxu.
Haqqa gedənlərə
"vururuq nalı",
"Tərs-avand
tuturuq əldə yay-oxu."
Qınama,
qardaşım, tək həqiqəti
Demişəm,
deyəcəm nə qədər varam.
Neyləyim, tənqidim
çəkir diqqəti,
Olsun, bu işimdə
yox ki, yox haram.
Ədəbiyyat qəzeti.- 2025.- 23 may (№18).- S. 38.