Bişkekdə
Azərbaycanın Müstəqillik
Günü münasibətilə
kitab sərgisi təşkil edilib
Bişkekdə fəaliyyət
göstərən Türkdilli
Dövlətlərin Siyasətinə
Dəstək Fondu Azərbaycanın müstəqilliyinin
107 illiyi münasibətilə
Bişkek şəhəri
mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinin
baş ofisində
30-dan çox adda kitabın sərgisini keçirib.
AZƏRTAC xəbər verir ki, sərgilənən
bütün kitablar fondun sifarişi ilə Bişkekdə tərcümə və nəşr edilmişdi.
Bişkek şəhəri
mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinin
baş direktoru Gülsayra Dandıbayeva çıxış edərək
Azərbaycanın müstəqilliyinin
107 illiyi münasibətilə
Azərbaycan xalqını
təbrik edib.
Qeyd edib ki, 1918-ci il mayın 28-də müsəlman
Şərqində ilk
demokratik, hüquqi, dünyəvi və parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Bu tarixi və əlamətdar gün ilə əlaqədar sərgidə
nümayiş olunan bütün kitablar kitabxanaya bağışlandı
və oxucuların istifadəsinə verildi.
Daha sonra çıxış edən
Qırğızıstan Milli
Yazıçılar İttifaqının
üzvü, Atatürk
mükafatı laureatı
Temirbek Toktoqazıyev Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat
yolu, zəngin və çoxşaxəli
irsindən bəhs edən kitabların, habelə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid müxtəlif nəşrlərin
qırğız oxucularının
Azərbaycan tarixinin öyrənilməsində böyük
rolu olacağını
bildirdi.
“Xalqa bağışlanan
ömrün anları”,
professor Şirməmməd
Hüseynovun təqdimatında
Məhəmməd Əmin
Rəsulzadənin “Azərbaycanda
milli hərəkat”, Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək
Fondunun sifarişi ilə tərcümə və nəşr edilən Bəxtiyar Vahabzadənin “Biz bir gəminin yolçularıyıq” kitabı
oxucuların xüsusi
marağına səbəb
oldu.
Ədəbiyyat qəzeti.-
2025.- 30 may (№19).- S.32.