Rəsul Rzanın 115 illiyinə

 

Rəsul Rza.

 

Təbiətin , Tarixin köklərində mənəviyyat arayan axtarışçı.

 

Bəşəriyyəti İnsan-İnsan, onların hər birini yeganəliyində duyan duyuran mütəfəkkir.

 

Bəşəriyyəti doğmaları qədər sevən sevdirən humanist.

 

Cəmiyyətin, dünyanın ən qaynar problemlərinə şığıyan, sıldırım yarğanları süzüb adlayan qartal.

 

Qaranlıqları aydınladan çıraq, donuqluğu, ətaləti sökən hərəkət.

 

Həyatı Söz, Sözü Həyat qədər dadlandıran, ucaldan əbədiləşdirən ustad.

 

Sözü onun təşnə olduğu hikmət qatına qaldıran ulu sənətçi.

 

İşıq İdeyasını İdeya İşığını yaradan fikir mücahidi.

 

Bütün ədəbi nəsilləri əl-ələ tutduran ədəbiyyat körpüsü.

 

Ana Yurdu ilmə-ilmə poeziyasına toxuyan sənətçi.

 

Varlığında yaşatdığı mədəniyyətin ən dəyərli özəlliklərini dünyaya, dünya klassikasının ən seçkin örnəklərini milli mədəniyyətinə qaynaqlayan təkamülçü.

 

Hansı böyük irs üzərində dayandığını bilən, ondan güc alan bu enerjini dalğa-dalğa ötürən təməlçi.

 

Ədəbiyyatı, ədəbi-estetik dünyagörüşünü bütün cinahlarında yeniliyə uğraşdıran islahatçı.

 

Kövrək ədəbi gəncliyə onun titrək sözünə özünü zərbələr altına qoymaqdan belə çəkinmədən dayaq duran hafiz.

 

Azərbaycan millətinə məxsus Ərdəmliyin görkü.

 

Əbədiyyətin duyarı.

 

Rəsul Rza.

 

Rahid ULUSEL

 

Ədəbiyyat qəzeti.- 2025.- 30 may (№19).- S.5.