Deputat Elnarə Akimovanın təşəbbüsü ilə
sağlamlıq imkanları
məhdud uşaqlar üçün tədbir
keçirilib
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın təşəbbüsü
ilə mayın 29-da Sumqayıt şəhər
Sağlamlıq İmkanları
məhdud uşaqlar üçün Xüsusi
məktəbdə İ İyun
Uşaqları Beynəlxaq
Müdafiə günü
ilə bağlı tədbir keçirilib.
Əvvəlcə uşaqların
əl işi nümayiş olunub, onların yaradıcı potensialının təzahürləri
sərgilənib.
Tədbir Azərbaycan
Respublikası Dövlət
Himninin səsləndirilməsi
ilə başlayıb.
Sonra torpaqlarımızın azadlığı uğrunda
canından keçən
şəhidlərin ruhu
bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru
Arzu Alizadə qonaqları salamlayaraq belə tədbirlərin uşaqlara motivasiya olduğunu, onlara müsbət əhval-ruhiyyə
aşıladığını qeyd edib, ölkə
başçısı, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin və
Azərbaycan Respublikasının
birinci vitse-prezidenti
Mehriban Əliyevanın diqqət
və qayğısı
sayəsində məktəbin
və sağlamlıq
imkanları məhdud uşaqların daim sevgi ilə əhatə olduğunu diqqətə çatdırıb.
Tədbir uşaqların
ifasında müxtəlif
rəqslər, şeir
və musiqi ifalarının təqdimatı
ilə davam edib. Sonra söz Milli Məclisin deputatı Elnarə Akimovaya verilib.
Deputat Elnarə
Akimova çıxış
edərək bildirib ki, “Bu gün burada sizinlə birlikdə olmaqdan böyük bir qürur və sevinc hissi keçirirəm. Bu tədbir – sevgi, anlayış, dəstək
və birlik tədbiridir. Bugünkü
görüşümüz, hər bir fərdin
cəmiyyətimiz üçün
nə qədər dəyərli olduğunu bir daha xatırladır.
Əziz uşaqlar!
Sizlər həyatın
içində mübarizə
aparmağın, güclü
olmağın və ümid etməyin nə olduğunu bizlərə göstərirsiniz.
Sizin hər biriniz öz iradəniz, istedadınız
və böyük ürəyinizlə əsl
qəhrəmansınız. Fiziki qüsur heç zaman bir insanın dəyərini müəyyən etmir. Əsas olan, insanın daxili dünyası, xəyalları
və həyata baxışıdır. Sizlər
bu dünyaya rəng, dərinlik və ilham gətirirsiniz.
Əziz müəllimlər!
Sizlərə xüsusi
təşəkkür düşür.
Sizin göstərdiyiniz
sevgi, səbr və fədakarlıq hər bir uşaq
üçün dayaq,
bizim üçün
isə örnəkdir.
Sizlər fədaisiniz!
Bizim vəzifəmiz –
bərabərlik prinsiplərinə
sadiq qalmaq, imkanları hər kəs üçün əlçatan etmək və bütün uşaqlarımızın öz
potensialını tam şəkildə
reallaşdıra bilməsi
üçün şərait
yaratmaqdır. Cəmiyyətin
inkişafı üçün
hər bir fərdin dəstəyi, iştirakı və dəyəri vacibdir. Siz həyatda müəyyən çətinliklərlə
qarşılaşa bilərsiniz,
amma unutmayın – güc
məhz bu çətinliklərə rəğmən
addım ata bilməkdədir. Sizin hər biriniz bir ümid simvolusunuz.
Sizin xəyallarınız
– bizim gələcəyimizdir.
Biz inanırıq ki, sizə
yaradılan doğru dəstək və şərait sayəsində
hər biriniz cəmiyyətimizin fəal,
uğurlu və xoşbəxt üzvünə
çevriləcəksiniz”!
Millət vəkili
Elnarə Akimova daha sonra təşəbbüsünü
dəyərləndirdiyi üçün
Sumqayıt şəhər
Sağlamlıq İmkanları
məhdud uşaqlar üçün Xüsusi
məktəbin direktoru
Arzu Alizadəyə və onun müəllim
kollektivinə, eləcə
də Sumqayıt şəhər V.İbrahim adına 35 saylı tam orta məktəbin müəlliməsi
Nigar Vəliyevaya öz minnətdarlığını
bildirib.
Sonra Qızıl Aypara Cəmiyyətinin Sumqayıt
şəhər bölməsinin
sədri Mətanət
Məhərrəmova ilə
birgə uşaqlara hədiyyələr təqdim
olunub və uşaqların rəqsi ilə tədbir yekunlaşıb.
Ədəbiyyat qəzeti.- 2025.- 30 may
(№19).- S. 9.