Möhtəşəm Şuşanın şanlı tarix səhifələri

 

Bu günlərdə Türk Mədəniyyəti İrsi Fondu tərəfindən professor Elçin Əhmədovun "Şuşa - tarixi-mədəni irs" adlı kitabı nəşr edilib. Nəşrin layihə rəhbəri Ön sözün müəllifi Türk Mədəniyyəti İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovadır. Aktotı xanımın kitaba yazdığı Ön sözü oxuculara təqdim edirik.

Artıq Şuşa şəhərinin adının qarşısındakı "Əziz" sözü hər birimiz tərəfindən doğma bir ifadə kimi qəbul edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərinin azad edildiyi gün Azərbaycan xalqına müraciətlə dediyi "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, Əziz Şuşa, biz səni dirçəldəcəyik" müjdəsi hər bir azərbaycanlı, o cümlədən Türk dünyasının vətəndaşları üçün sevinc nidası kimi əbədiyyən yaddaşlara həkk olundu.

Şuşa Azərbaycanın Mədəniyyət paytaxtıdır, o cümlədən bu əziz şəhər iki il öncə Türk dünyasının Mədəniyyət Paytaxtı, ötən il isə İslam Dünyasının Mədəniyyət Paytaxtı idi. Bu doğma şəhər Türk dünyası üçün böyük məna daşıyan rəmzi, həqiqi mənəvi simvoldur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı hörmətli Mehriban Əliyeva Şuşa şəhərinin mənəvi çəkisini olduqca gözəl bəşəri meyarlara əsaslanaraq belə ifadə etmişdir: "Dünyada bir çox şəhərlər var ki, onlar müəyyən mədəni siyasi səbəblərdən rəmzə çevrilmişdir. Onların adlarını dilə gətirmək kifayətdir ki, hər birimizin yaddaşında həmin şəhərin obrazı yaransın. Hər bir azərbaycanlı üçün belə şəhər Şuşadır. Şuşa Azərbaycan mədəniyyətinin parlaq rəmzlərindən biri olub qalmaqdadır..."

Hörmətli Mehriban xanım Əliyevanın "Azərbaycan mədəniyyətinin parlaq rəmzlərindən biri" adlandırdığı Şuşa şəhərinin dirçəldilməsi üçün Türk Mədəniyyəti İrsi Fondu da daim öz töhfələrini verməyə çalışmışdır. Belə ki, Şuşa azad olunandan sonra Qazaxıstanın Astana, Türkiyənin Bursa Özbəkistanın Bursa şəhərlərində Fond tərəfindən keçirilən "Şuşa günləri" adlı silsilə tədbirlər dediklərimizə misal ola bilər.

 

Eyni zamanda Fond olaraq Qarabağın poeziya simvolu sayılan Molla Pənah Vaqif haqqında "Özü vəzir, sözü şah" adlı kitab nəşr etmişik, hazırda isə Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan Bülbülə həsr edilən şeirlər rəsmlərdən ibarət üç cildlik "Sağalan büstlər" adlı nəşr layihəsinin son tamamlanma işlərini icra edirik.

Həmçinin Fondun sifarişi ilə Şuşanın zərif siması, görkəmli şairə Xurşidbanu Natəvana həsr edilən "Şuşanın tək incisi" adlı film çəkilmiş, həmin ekran əsəri dublyaj olunaraq Macarıstan, Türkiyə başqa ölkələrdə nümayiş olunmuşdur.

Fond "Şuşa İli" çərçivəsində "Qarabağnamə" filminin təqdimatını keçirmiş Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun Qarabağa həsr etdiyi rəsm əsərlərindən ibarət sərgi təşkil etmişdir. Qarabağın, xüsusən Şuşanın işğal dövründəki həqiqətlərini əks etdirən dünyaşöhrətli fotoqraf Rza Deqatinin müəllifi olduğu fotolardan ibarət sərgi Türkiyənin Bursa şəhərində Fondun digər işləri kimi böyük tamaşaçı rəğbəti ilə qarşılanmışdır.

Fond Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə birgə 24-25 noyabr 2023-cü il tarixində Şuşada "Türk Dünyası Memarlarının Şuşa Simpoziumu"nu keçirmişdir. Bununla bərabər, Fondun nəzdində Türk Dünyasının Bərpaçılarının Arxitektorlarının Məşvərətçi Şurası yaradılmışdır.

Xatırlatmaq istərdim ki, Fondun dəstəyi ilə Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən "Şuşada ürəyim qaldı" adlı səhnə əsəri həm Azərbaycanda, həm Türkiyədə geniş tamaşaçı rəğbəti ilə izlənilmişdir.

Yeri gəlmişkən qeyd edim ki, Fond Nizami Kino Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Cizgi" brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilovanın hazırladığı, üzərində Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi ipək yaylıqlardan ibarət "Qarabağın cizgiləri" adlı sərgi təşkil etmiş, həmin kəlağayılar paralel olaraq Bakıda, İstanbul Ankara kitab sərgilərində nümayiş olunmuşdur.

Qeyd edək ki, Fond hazırda Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən, Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1905-1906-cı illərdə tikilən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələrinin siyahısına salınmış Qoçəhmədli Məscidinin yenidənqurma işləri üzərində çalışır. Hesab edirik ki, bu il həmin layihənin gerçəkləşdirilməsi ilə başladığımız işlər, araşdırmalar layihə planlaşdırmaları doğma Qarabağın tarixi irsinin yaşadılması üçün əhəmiyyətli töhfə olacaq.

Əziz oxucu! Siyasi elmlər doktoru, professor, Şuşada anadan olmuş  Elçin Əhmədovun diqqətinizə təqdim olunan Şuşa şəhərinin tarixi-mədəni irsi haqqında kitabı Şuşa qalasının əsası qoyulduğu gündən indiyə qədər keçdiyi tarixi-mədəni kulturoloji dövrü əks etdirir. Bu kitab vasitəsilə Şuşanın tarixini günbəgün yaşayacaq, qədim yerlərini, məhəllə küçələrini addım-addım "gəzəcək", görkəmli şəxsiyyətləri ilə tanış olacaqsınız. Şuşanın həm ağrılı, həm xoşbəxt günləri onun maddi-mədəni irsi vasitəsilə oxucuların gözü önündə canlanacaq. Bu salnamə nəşr Türk Mədəniyyəti İrsi Fondunun azad Şuşanın, Qarabağın inkişafına növbəti töhfəsidir. Ümid edirəm ki, Qarabağın bütün şəhərləri tezliklə dirçələcək Türk Mədəniyyəti İrsi Fondu da həmin yüksəlişlərin müjdəçisi olan bu tipli tarixi-mədəni əhəmiyyətli nəşrlərlə oxucuları daim sevindirəcək.

 

Aktotı RAİMKULOVA

 

Ədəbiyyat qəzeti.- 2025.- 30 may (№19).- S. 13.