“Vəfa” tamaşasının premyerası
olub
Xalq şairi
Rəsul Rzanın müəllifi olduğu “Vəfa” tamaşasının
premyerası olub
Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi,
ictimai xadim, şair, dramaturq Rəsul Rzanın “Vəfa” pyesi əsasında
Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi
eyniadlı tamaşasının premyerası olub.
Teatrdan AZƏRTAC-a bildirilib
ki, əvvəlcə Dövlət
Himni səsləndirilib
və ölkəmizin
ərazi bütövlüyü
uğrunda canından keçən şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının
səhnəsində keçirilən
premyerada rəsmi şəxslər, tanınmış
elm və mədəniyyət
xadimləri və
media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış
edən Milli Məclis
sədrinin müavini,
akademik Rafael Hüseynov
görkəmli şairin
zəngin yaradıcılığı,
ibrətamiz həyat yolu barədə fikirlərini bölüşüb.
Qeyd edib ki, böyük şairimiz, unudulmaz Rəsul Rzanın 115 yaşı münasibətilə illər
sonra yenidən təqdim olunan, Bakı Bələdiyyə
Teatrının səhnələşdirdiyi
“Vəfa” tamaşasının
nümayişinin bu günə təsadüf etməsi heç də təsadüfi deyil.
“28 May - Müstəqillik Günü
ərəfəsində hazırlanan
tamaşa əslində
Rəsul Rza yaradıcılığının bütövlükdə Azərbaycanımızı
azad görməsi və daima yaradıcılığında
bunu xüsusilə qeyd etməsi şairin böyük arzusu, istəyi idi. Bu gün bu premyera bayram
əhvali-ruhiyyəsi yaradır.
Unudulmaz şairin İkinci Dünya müharibəsi illərində
yazdığı pyesin
onun yubileyində Müstəqillik Günündə
tamaşaçılara təqdim
olunması Rəsul Rzanın ruhunu şad edir və
bayram ovqatını daha da artırır”, - deyə akademik diqqətə çatdırıb.
Rafael Hüseynov daha sonra Bakı Bələdiyyə Teatrının
baş rejissoru, “Vəfa” tamaşasını
səhnələşdirən Xalq artisti Mərahim
Fərzəlibəyova Rəsul
Rza Mükafatını
təqdim edib.
Rəsul Rzanın
“Vəfa” pyesi inam, dostluq, sədaqət, dönüklük,
ara qarışdırmaq
kimi müsbət və mənfi keyfiyyətləri özündə
əks etdirir. Pyesdə İkinci cahan savaşında göstərilmiş şücaət
ümumxalq hünəri
kimi təqdim edilir. Vətəni sevmək, xalqına bağlı olmaq pyes boyu müəllif
tərəfindən vurğulanır.
Tamaşanın quruluşçu
rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rejissor
səhnə əsərində
müəllifin şeirlərindən,
Krım cəbhəsində
yazdığı məktublardan
istifadə edib.
Tamaşanın quruluşçu
rəssamı Əməkdar
mədəniyyət işçisi
İlham Əsgərov, musiqi
hissə müdiri Əməkdar mədəniyyət
işçisi Nazim Əbidov,
işıqçı rəssamı
Tərlan Ələsgərlidir.
Səhnə əsərində
rolları teatrın aktyorları canlandırıblar.
Ədəbiyyat
qəzeti.- 2025.- 30 may (№19).- S. 15.