Hərdən
tab gətirmir hisslərimizə
Nə yazan bir qələm, nə də ki kağız.
Tökərək ağrını
ürəyimizə,
Əlimiz yazmayır,
susur dil-ağız.
Köksümüz ağrıyla
çabalayaraq
Çırpınıb uçmağa qanad istəyir.
Arzumuz ürəkdə
qan ağlayaraq,
Yalvarıb taledən
imdad istəyir.
Yalnız xəyal
olur yaşadan bizi,
Ümidlə baxırıq
biz aya, ilə.
Bəzən də olanlar çox üzür bizi,
Deyirik: "Nə
ola, bəxtimiz gülə".
Alın, bu kədərin əlindən
məni
Ölməz şairimiz
Nüsrət Kəsəmənlinin
"Alın, bu kədərin
əlindən məni"
şeirinə nəzirə
Kədərim ilk deyil,
yoxdur ki, sonu,
Saymaqla qurtarmır,
incidir məni.
Qəlbim buz kimidir, elə bil donub,
"Alın, bu kədərin
əlindən məni".
Dünyanı sevirəm
hər dəyərilə,
Sevinci, nisgili,
hər qədərilə.
Həddini aşıbdır
o kədərilə,
"Alın, bu kədərin
əlindən məni".
Ümidlə baxıram
mən bu həyata,
Vurğunam, heyranam
bu kainata.
İstərəm sevinəm,
kədəri atam,
"Alın, bu kədərin
əlindən məni".
Necə yaşadığım özümə
bəlli,
Yaşaya bilmədim
heç düzəməlli.
Çarəsi yoxsa da,
verin təsəlli,
"Alın, bu kədərin
əlindən məni".
Ata ocağı, ana qucağı
Körpə uşaq olaydım,
Anamın qucağında.
Mənə laylay çalaydı
Atamın ocağında.
Gülümsəyib üzümə,
Telimi oxşayaydı.
O zərif
əllərilə
Əlimə toxunaydı.
Körpə uşaq
olaydım,
Bu dünyadan xəbərsiz.
Bütün acıdan
uzaq,
Həm dərdsiz,
həm kədərsiz.
Bir az da böyüyəydim,
O, tutaydı əlimdən.
Astaca gəzdirəydi,
O, öpəydi telimdən.
Bir az da böyüyəydim,
Dil açıb
danışaydım,
Ana, ana! - deyərək,
Qucağına qaçaydım.
Bir az da böyüyəydim,
Məktəb yaşım
olaydı.
O, məni geyindirib,
Dərsə yola salaydı.
Bir az da böyüyəydim,
Məktəbi bitirəydim...
Daha böyüməyəydim,
Bax, eləcə
qalaydım.
Atamın ocağında,
Yeniyetmə olaydım.
Anlayaydım orada,
Olar-olmazları mən.
Ailəmizlə birgə
Xoşbəxt yaşayaydım
mən.
O yerləri,
izləri,
Qarış-qarış gəzəydim.
Yığdığım çiçəklərdən,
Gözəl çələng
hörəydim.
Gəzərək göy çəməndə
Xəyallara dalaydım.
Pisliyi anlamayıb,
Yaxşılarla qalaydım.
Qayğısız yaşayaydım,
O illəri
yenidən.
Ata-ana kəlməsi,
Düşməyəydi dilimdən.
Yenə həmin
o çağlar
Qayıdaydı geriyə.
Yenə həmin
ocağa
Dönəydim bu sevgiylə.
Yenə körpə
olaydım,
Anamın qucağında.
Yenə xoşbəxt
olaydım
Atamın ocağında.
Şəhid anası
Göz yaşın gilə-gilə,
Axıb dönübdür
selə.
Göz yaşını
kim silər,
Dərdli Şəhid
anası?!
Gündüzün, gecən
yoxdur,
Halında necən
yoxdur,
Sinənə dəyən
oxdur,
Dərdli Şəhid
anası.
Dastana döndü balan,
Bir də sağalmaz yaran.
Mələk anası
olan,
Dərdli Şəhid
anası.
Necə verək təsəlli?
Halın hamıya
bəlli.
Yoxdur bu dərdin həlli,
Dərdli Şəhid
anası.
Gecə-gündüz səslərsən,
Gələr - deyib, gözlərsən.
Ağı deyib gəzərsən,
Dərdli Şəhid
anası.
Dərdin sonsuz, bilirik,
Nə söyləyək
bilmirik.
Qarşında baş əyirik,
Dərdli Şəhid
anası.
Təranə Yusifqızı
Ədəbiyyat qəzeti.-
2025.- 30 may (№19).- S. 29.