İmkan ola, əl tutasan, Əllər səni salamlaya
Salamlaya
Elə bir ömür sürəsən
İllər səni salamlaya.
Qəlbini günə sərəsən,
Yellər
səni salamlaya.
Şirincə noğul olasan,
Min hikmət, ağıl olasan,
Elə bir oğul olasan
-
Ellər
səni salamlaya.
Yazan xoş yaza yazını,
Çalasan könül sazını.
Çəkə biləsən nazını
-
Güllər səni salamlaya.
Ay Altay,
dada çatasan,
Dərdi
canından atasan.
İmkan
ola, əl tutasan,
Əllər səni salamlaya.
Sən o tayda,
mən bu tayda
Biz bir eşqin butasıyıq,
Sən
o tayda, mən bu tayda.
Nədən həsrət qalasıyıq
Sən
o tayda, mən bu tayda?
Gah dərindi, gah dayazdı,
Bu taleyi kimlər yazdı?
Bəlkə günahkar Arazdı,
Sən
o tayda, mən bu tayda.
Qoy açılsın yol-iz deyim,
Gəl sözümü təmiz deyim.
Sən Bakı, mən Təbriz deyim -
Sən
o tayda, mən bu tayda.
Bu sorğuya cavab alaq -
Nə vaxtacan belə qalaq?
Gəl,
bir qoşa qanad olaq
Sən
o tayda, mən bu tayda...
Eylər
Sevdalı küləklər yelləyər
ətək,
Sönmüş ocaqları qor eylər-eylər.
Əgər buyruğunca olarsa
istək -
Tanrı
etdiyini zor eylər-eylər.
Baş açsan dünyanın bu get-gəlindən,
Tanrının xoş sözü
bitsə dilində,
Nə
zaman yaxşılıq gəlsə
əlindən -
Həyat
özü səni var
eylər-eylər.
Altay Məmmədlinin öz dünyası var,
Qəlbində dost üçün söz dünyası var.
Gəzsə oba-oba, diyarbadiyar
-
Bağçalar gül açar,
bar eylər-eylər.
Bənzədi
Güzar
etdim mən Daşkəsən elinə,
Ellər
mənim ellərimə
bənzədi.
Dağlar
bizim dağlar kimi göründü,
Çöllər mənim çöllərimə
bənzədi.
Murovun başından əsdi küləklər,
Min dildə dilləndi göy biçənəklər.
Önümdə nazlandı əlvan
çiçəklər,
Güllər mənim güllərimə
bənzədi.
Bu yerlərin təbiəti belədi,
Əzəl narın yağdı,
narın çilədi.
Altay deyər, sonda leysan ələdi,
Sellər
mənim sellərimə
bənzədi.
Nəğməsindəyəm
Sən orda möhnətin qulusan, gülüm,
Mən burda hicranın qəfəsindəyəm.
Elə yanmışam ki, görünməz
külüm,
Bir qəmli-kədərli ney səsindəyəm.
Səsimə səs gəlmir
Arandan, dağdan,
Küsgünəm haçandı bu
barsız bağdan.
Bu dilsiz sevdaya tuş olan çağdan
Taleyin ən dərin dərəsindəyəm.
Ümid
qığılcımı yoxdu sözündə,
Baş aça bilmirəm özüm özümdən.
Get-gedə qaralır həyat gözümdə,
Bilmirəm dünyanın nerəsindəyəm.
Olasan
Nə
ola, qarışıq zaman içində
Ayıq
yaşayasan, diri olasan.
Yamanlıq edənə yaxşılıq
edib,
Allah bəndəsinin piri olasan.
Bəd söz söylənməyə
heç vaxt dalınca,
Bütün ucalıqlar ola yarınca,
Tülkü təbiətli biri
olunca
Meşənin aslanı, şiri
olasan.
Yıxılana gülənlər var dünyada,
Əyri
yolla gələnlər
var dünyada,
Diri ikən ölənlər
var dünyada,
Ölüncə, dirinin biri olasan.
Orxan Paşa
Görkəmli alim, gözəl dost
Məhərrəm Qasımlıya
Qəlbində haqqın sədası,
Üzündə nur - Orxan Paşa.
Olubdu elmin dəryası,
Dilində dürr - Orxan Paşa.
Könlü-gözü binadan tox,
Bərkə-boşa düşübdü
çox,
Xəbəri var, xəbəri yox?
-
Olubdu pir - Orxan Paşa.
Qalmaz
Vaxt yetişər, vədə
keçər,
Geyilənlər təzə qalmaz.
Hər büsatın bir sonu var,
Nə mey, nə də
məzə qalmaz.
Min-min dərdə çarə torpaq
Dönər bir gün gora torpaq.
Göz doydurar qara torpaq,
Baxdıqları gözə qalmaz.
Sala bilsək iz - qalarıq,
Əqidəsi düz qalarıq.
Nə dünyaya biz qalarıq,
Nə də dünya bizə qalmaz...
Altay MƏMMƏDOV
Ədəbiyyat qəzeti. - 2025.- 30 may
(¹19).- S. 30.