İlham Əliyevin çıxışını dinlədikcə yaddaşımda

milli məfkurəmizin böyük qurucularının adları bir-bir

sıralanırdı. Ən əvvəl İsmayıl bəy Qaspıralının...

 

Qarabağdakı Zəfərimizin beşinci, Türkoloji Qurultayın 100-cü ildönümü  ərəfəsində, Milli Elmlər Akademiyamızın 80-ci yubiley törənində Prezident İlham Əliyevin çıxışını dinlədikcə yaddaşımda milli məfkurəmizin böyük qurucularının adları bir-bir sıralanırdı. Onlar demişdilərsə, nəyi arzulamışdılarsa, nəyin uğrunda vuruşmuşdularsa, İlham Əliyev hamısını etdi. İndi isə söz Azərbaycan elminindir. Modern Azərbaycan elmi potensialını varlığını ortaya qoymalıdır, üstəlik, həm texnoloji, həm humanitar, həm ideoloji hədəfləri birləşdirməlidir. İstiqamətlər isə çoxdur. Ən əvvəl, Bütöv Azərbaycanın bir parçası Zəngəzura qayıdış ərəfəsindəyik. Biz ora tankla da qayıda bilərik, amma  avtomobillə qayıtmaq niyyətindəyik. Avtomobillərin yolunu isə dünya miqyasında qəbul oluna biləcək elmi humanitar araşdırmalar, əsaslı tədqiqatlar açmalıdır. İlham Əliyev Qərbi Azərbaycana qayıdış ərəfəmizi qonşu dövlətlərdə, xüsusən, İranda yaşayan azərbaycanlılara işarələyərək, "Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır". bu, heç bir dövlət üçün problem yaratmır. Çünki "Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar" deyir. Gözəl, incə həssas göndərmədir, deyilmi? Yəni Azərbaycanın bütövlüyü Şimal, Cənub konteksti ilə məhdudlaşmır, bura Qərbi Azərbaycan konteksti əlavə olunur. Söhbət, indiki halda məfkurəvi mənəvi Vətən adlandıra biləcəyimiz bütöv Azərbaycandan gedir. Bu bütövləşmə prosesini uğurla gerçəkləşdirmək üçün texnoloji inkişafla yanaşı, hətta linqvistik inkişaf da labüddür. Dilimizi milli kimliyimizin, milli varlığımızın göstəricisinə çevirməliyik. Bunun üçün yazıçı şairlərimizlə yanaşı, dilçilərimiz , tarixçilərimiz çalışmalıdır. Azərbaycan dilinin, mədəniyyətinin aydınlatdığı hər yer Azərbaycan ola bilər. Bunun reallaşması üçün, texnoloji, humanitar ideoloji harmoniya qaçılmazdır.  Prezidentin dediyi kimi, indi Azərbaycan  özünün yerüstü yeraltı xəzinələrini  müasir texnologiyalarla peykdən tədqiqat, zondlama apararaq müəyyən edir. Geoloji işləri alimlərimiz aparır, himanitar, ideoloji işi onlar aparmalıdır. Məsələn, çar Rusiyası vaxtilə etnik dini tərkibi dəyişmək üçün erməniləri İrandan Şərqi  Anadoludan Qərbi Azərbaycana köçürəndə Rusiyada nəşr olunmuş xəritələrdə Sevan gölü yoxdur, Göyçə gölü var. Bu xəritələri biz hazırlamamışıq. Amma bu həqiqətləri dünyaya çatdırmaq, dünyanı inandırmaq Azərbaycan elminin vəzifəsidirDeməli, Qərbi Azərbaycana qayıdışımız həm Azərbaycan elminin daha güclü olmasından asılıdır. Azərbaycan dövlətinin Azərbaycan elminə verdiyi önəm budur.

Yuxarıda qeyd etdim ki, İlham Əliyevin çıxışını dinlədikcə yaddaşımda milli məfkurəmizin böyük qurucularının adları bir-bir sıralanırdı. Ən əvvəl İsmayıl bəy Qaspıralının... Çünki bu gün dinlədiyim çıxışla İsmayıl bəyin 100 il əvvəl irəli sürdüyü fikirlər arasında güclü bir bağlantı, həssas bir irtibat hiss edirdim. Azərbaycan həm öz  zəfərinin ərazi bütövlüyünün təntənəsini bayram etməyə hazırlaşır, həm 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsindədir. Bağlantını   mənada hiss etdiyimi aydınlaşdırım. Türkoloji Qurultay türk xalqlarının bir-birinə yaxınlaşması üçün əlifba islahatını müzakirəyə çıxarmışdı. Latın əlifbasına keçid təmin olunmalıydı. Dünyanın iki böyük siyasət devi - Stalinlə Atatürk Bakıda üz-üzə gəlmişdilər. Lakin daha əvvəl, rus çarı Nikolayın zamanında rus missioner İlminskinin antitürk antiislam ideologiyasından təsirlənib "Bədbəxtliyimizin səbəbi əlifbamızdır", - deyən ozamankı Azərbaycanın 5-ci kolonunu tənbeh edən İsmayıl bəy Qaspıralı yazırdı ki, "Elm maarifin üstündən keçib altına erişməmək, adama böylə şeylər yazdırır... Əlifba güclüyü bir səbəb isə, 99 səbəb daha vardır... Radikallıq Avropada pək mötəbərdir bizimkilər üçün dolab çevirməyə, dəyirman aylandırmağa (fırlatmağa) vasitədir".  Qarşılığında isə qeyd etdiyi 99 səbəbdən birini özü yoluna qoyurdu. Krımskinin təbirincə desək, "Hər kəs tərəfindən möhtərəm tutulan İsmayıl bəyin yaratdığı üsuli-cədid, az zaman içində bütün Volqa boyundan Sibir, Türküstan Çin içərilərinə qədər yayıldı". Yəni İsmayıl bəyin  yeni təhsil üsulu, üsuli-cədid hərəkatı elmi inkişaf etdirməklə Krımskinin dediyi kimi, Krımdan Uyğurstana, Bakıdan Təbrizə, Səmərqənddən Kazana qədər türklərin oyanışına vəsilə oldu. İndi yanaşı dalğalanan türk bayraqlarının təmsil etdiyi müstəqil türk dövlətlərinin hər biri İsmayıl bəyin cədid hərəkatına borcludur...

Proses isə davam edir...

 

3 noyabr 2025

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.11.