Ədəbiyyatda Ali Baş
Komandan
Kitabdan parça
Bəzən elə bilsək
də əksinədir,
amma yox, Sözün, Ədəbiyyatın
necə vardırsa, o cür olmağa qadirsən.
İlin
əvvəlində (mart, 2020) şair Arzu Əsədin "Və
Nida!" adlı bir kitabı çıxdı
(Bakı, Elm və təhsil, 2020). Kitab, adından
da göründüyü kimi,
Ali Baş Komandanımız
Azərbaycan Prezidenti
İlham Əliyevin Ermənistan
baş naziri bədnam Paşinyana cavab Nitqinin ruhundan yaranmışdı:
Eşitdinmi, duydunmu - püskürmədə
o vulkan,
Bir an qulaqlarından əskilməsin
o səda.
Bu xalqın nifrətinə, qəzəbinə sıxılan
Əsrlərin bağrından qopub
gəldi o "Nida"!
O ruh ki, 44 gün durmadan bizi Qələbəyə
qaldırdı, qanadlandırdı,
apardı:
Milyonlar
ayaqdadır, milyonlar hazır durub,
Milyonlar
qurban gedir o günün gəlməsinə.
Azərbaycan - çırpınan əlli milyon NİDADIR
Ali Baş Komandanın bir "Hücum" kəlməsinə!
O ruh ki, xəbis düşməni beşiyindəcə
məzara gömür,
aqibətini xəbər
verirdi:
Bu yaralı torpaqda yallımı oynayırsan,
Qorxmursanmı ahlardan, ey əsrin zavallısı?!
Başının üzərində oynanacaq
bir azdan
Uçuşan mərmilərin, raketlərin
yallısı!
O ruh ki, yumruq kimi birikən, bir olan Millətin
poeziya salnaməsini yazırdı:
Nəsillər gömüləcək, nəsillər doğulacaq,
Keçmiş, bu gün, gələcək
- bir nöqtəyə
dolacaq.
Ya mənim məzar daşım, ya bayrağım olacaq -
Qarabağın bağrına o Nida qoyulacaq!
Hələ nə iyul hadisələri vardı, nə avqust, nə də 27 sentyabr - Qələbə marşının ilk yaylım
atəşi... Kitabdakı
şeirlər 44 günlük
Zəfər yürüşünün
altyapısınıəvvəlcədən
heyrətamiz ardıcıllıqlacızırdı:
"Və Nida!", "Mən
səni sındırdım
Lələtəpədə", "Lələtəpə dastanı",
"Azərbaycan dəyişir",
"Ölkəm əmin
əllərdədir", "Azərbaycanlılar", "O gecə", "Didərgin
bayatıları", "Ver, ver bizə zəfəri",
"Dalğalan, bayrağım,
dalğalan!", "Qələbə"...
Kitabda
Ali Baş Komandanın
təkrarsız obrazı
var:
Yaşın o yaşa çatır,
damarlarında o qan -
Dönüb keçən yüzilin
yetmişlərinə baxsan.
Bundan sonra sən böyük tarix yaradacaqsan!
QƏLƏBƏ
- bu möhtəşəm
tarixin şah əsəri!
Ver, ver bizə zəfəri!
Ali Baş Komandanın obrazı az qala bütün şeirlərdən, kitabın
tüm fəsillərindən
keçir. Xalqına xitabən, Dünya kürsülərində(n)Nidalar
söylədiyi kimi, Prezident görəvində,
tarixi missiyasında,əməllərində
görünür:
Elə bil hər tərəfə
bir sehirli əl dəyir,
Bu yurdu, bu vətəni
başdan-başa süsləyir.
Millətimin haqqıdır bolluq,
bərəkət, xeyir,
İl-ildən rəvan gəlir, gün-güzəran
dəyişir,
Azərbaycan dəyişir!
Harda Qələbə varsa,məhz
ora mübarək imzasını qoyur:
Gəldi
o müqəddəs an,
sən
Ali Baş Komandan!
Əmrindədir bu yurdun,
bu torpağın ərləri,
Ver, ver bizə zəfəri!
44 günlük Zəfər yürüşündə ("bircə dəfə də geri çəkilmədən"!)
biz buna əmin olduq!
Bütün dünya od içində,
ölkəm
əmin əllərdədir,
Kim yaşadıb, kim ucaldıb
yenə
həmin əllərdədir...
Biz onu - Ali Baş Komandanı Xalqı ilə birgə, Sabaha açılan nəzərlərində(n) görürük:
Biz aqilik, biz zərgərik,
meyarları dəyişirik,
Ürəkləri əridirik -
əyarları dəyişirik.
Yüz illərlə daş kəsilmiş
qəlibləri dağıdırıq.
Şərqdən Qərbə, Qərbdən
Şərqə
nur selləri axıdırıq...
Kitabda çağdaş Azərbaycan
toplumunun, xalqın obrazı var; Xalq obrazı kitabın tüm fəsillərindən,
bütün şeirlərdən
keçir.
Qəzəbinə, nifrətinə yığılan
xalq,
Bir sevdaya düyümlənən,
bir yumruğa sıxılan xalq
- Dayan! - dedi...
Özünə, keçmişinə, dünəninə sığmayan,
artıb-böyüyüb Günə
açılan Xalq obrazı:
Cəsarəti, idrakı
nəsillərdən irs alıb,
Səadəti əlində
bir götürüb, bir salıb,
Yıxılıb, qalxıb, durub,
dünənindən dərs alıb,
Addım-addım dəyişir,
insan-insan
dəyişir,
Azərbaycan dəyişir!
Dövlətçiliyi ilə qürur duyan, müstəqilliyinə aşina
Xalq obrazı:
Bu dövlət bu vətənin,
bu xalqın varlığıdır,
O mənim göz bəbəyim,
düşmənə göz dağıdır.
İndi qeyrət dəmidir,
indi hünər çağıdır
-
Dərk
edir bu tələbi
qoca, cavan dəyişir,
Azərbaycan dəyişir!
Kitabda
milli xarakterin dərki,
dərinliyi, əvəzsiz
imkanları açılır:
Siz ki, hamıdan gözəl, hamıdan məğrursunuz,
Bədənlərə bürünənbir
ilahi nursunuz.
Qəlblərə, ağıllara işıq
sovurursunuz,
Azərbaycanlılar, azərbaycanlılar...
Kitabda Xaliqdən gələn bu Xalqın əbədi-əzəli torpaq,
Vətən, yurd obrazı var:
Sanırdılar kiçilərsən,
kəsilərsən, bölünərsən,
Əriyərsən, qarışarsan,
Yer üzündən silinərsən,
Bilmədilər sən başqasan,
sən tilsimsən, sən sehirsən,
Zərrə qalsan yenə dönüb
bir dünyaya çevrilərsən...
Kitabda bu dünyanın bitib-tükənməz, əsrarəngiz
Azərbaycan nağılı
var:
Yığılın, ey zərrələr,
bir işığa yığılın,
Bir ürəyə boşalın,
bir yumruğa sıxılın.
Bitməsin bu dünyanın
Azərbyaycan
nağılı,
Azərbaycanlılar,
azərbaycanlılar!
Elə də oldu; yığılıb-yığılıb
bir yumruğa sıxılanAzərbaycan varlığı
2016-nın Aprelini və
2020-nin 27 Sentyabrını başlatdı...
Aprel döyüşləri kitabda
ümdə yer tutur. Bu, yeni Poeziya salnaməmizin düyün
nöqtəsidir:
Lələtəpə - tariximin
sınan,
dönən nöqtəsidir,
Azərbaycan varlığının
Yer üzünə diktəsidir!
Lələtəpə - sevdamızı
süsləyəcək zəfər tacı,
Lələtəpə - qalibiyyət
eramızın başlanğıcı!
Ardıyca bütöv bir
Aprel ədəbiyyatını
gətirir, "28 aprel
ədəbiyyatı"na ən
nəhayət nöqtə
qoya bilmiş Ədəbiyyata ayaq verir:
300 illik zülmün, qəsbin
son saatı, dəqiqəsi, saniyəsi
Lələtəpə zirvəsində
bitdi
getdi!
300 illik xəyanətin,
cinayətin təntənəsi
Lələtəpə kölgəsində
itdi
getdi!
Bundan sonra düz 300 il
Zaman bizə işləyəcək,
Tarix bizə çalışacaq!
Dünya
buna alışacaq...
Kitabda
modern müharibə necə
olur və Azərbaycan Ordusunun obrazı var:
Zireh dələn, beton dələn,
Məsafədən məsafəyə
Hədəfi tam birdəfəyə
Vuran raket mərmiləri
Silkələyir göyü-yeri.
Modern ölüm dühaları
-
Dronları - İHA-ları,
Göy üzünün qorxuları
-
Yeni zenit qurğuları,
Uçaqsavar, raketsavar -
Ən
modern, son silahlar...
"Lələtəpə dastanı"nı
yazan da odur - 4 gün və 44 gün Tarix yazmış müzəffər
Ordumuz!
Addımından yer titrəyən,
nərəsindən göy sallanan,
İnsan
oğlu idrakının
son gücüylə silahlanan,
Vətən, torpaq sevdalısı
bir müəzzəm, modern ordu
"Bilsin dünya, varlığımla
qoruyacam
mən bu yurdu..."
Sonra Günnüt gəldi, İyul gəldi, Sentyabr ədəbiyyatı
gəldi. 44 gün sərasər Ədəbiyyat
da, "Ədəbiyyat qəzeti"
də bir müqəddəs şüara
tapındı:"Qarabağ
Azərbaycandır və
Nida!" Bütöv bir
Zəfər ədəbiyyatı
yarandı.
Kitabda bayatı nisgili var. Qəsidə, müxəmməs
pafosu var. Ağı, mərsiyə acısı
da var, Əruz ruhu,Qoşma
təntənəsi də
var.Kitabda Şəhriyar,
Bəxtiyar, Sabir, Hadi,
Cavid, Cavad, Müşfiq, S.Rüstəm,R.Rza,
X.Rza, M.Araz, Z.Yaqub, Qabil, C.Novruz, R.Rövşən...
- hər birindən bir pay, bir not, ahəng, çalar, iz... Kitabda başdan-başa
Səməd Vurğun
ruhu, nəfəsi yaşayır:
Tarix nələr görmədi,
nə simalar, nə canlar,
Bəşərə güzgü oldu
gəlib
keçən zamanlar.
Adam kimi adamlar,
insan oğlu insanlar -
Azərbaycanlılar,
azərbaycanlılar...
Ədəbiyyatımız bu notu tarix boyu
yazıbdır; nədən
uzaq düşmüşük
bəs:
Müharibə aşkardadır,
müharibə
gizlindədir,
Kəlmələrin çölündədir,
cümlələrin
içindədir.
Sözlər məsum, sözlər
dustaq
mənaların
girovunda,
Ağla,
zamana dirənən
ehtiraslar
buxovunda...
Yadlığa, yabançılığa,"modernizmin sədləri",
"qlobalist təfəkkür",
"metafizik sancılardan
doğulan absurd dünya"ya
Şair etirazı, üsyanı var kitabda:
Dəyərlər necə saxlansın
altında
bir mütləq yoxsa,
İnsan
nəyə can atsın
ki,
üstündə
bir Allah yoxsa,
Dünya
Xaos girdabında,
içə,
dışa bax, görünməz,
Bu tozda, bu tozanaqda,
əlbəttə,
Allah görünməz...
1990-nın
20 yanvarından, otuz ilin müstəqillik dərslərindən keçib-gəlir
"Və Nida!":
Qan içində boğulurdu
o gecə,
Azadlığım doğulurdu o gecə!
Ədəbiyyatın nədirsə, necədirsə - o cür olmağa qadirsən.
"O gecə"dən "Didərgin bayatılar"a,
"Lələtəpə dastanı"na və
"Qələbə"yə - ağrılardan, səbrlərdən,
arzulardan, inamlardan, istəm və (ilahi)əmrlərdən doğmuş "Və
Nida!" hələ neçə
il öncədən bugünün
Zəfərini də necə dürüst ehtizazla xəbər verir:
Ey ulu qələbə, ey ulu zəfər,
ey göz yaşlarını
donduran qəhər!
Ey üfüqlərdə gülən
istiqbal,
qəlbləri yandıran atəşli
xəyal!
İllərdir həsrətindəyəm!
Gəl!
Nə canlar getdilər uğruna,
nə qanlar tökdülər umruna,
yoluna şəhidlər döşədim,
bir ömür
gözlədim,
gəl,
çiçəklə, güllə də olsan,
sinəmə sancılan güllə də olsan.
Gəl, şəhid
ruhları çağırım,
sonunda mən
də
bir köküs
dolusu bağırım:
- Qələbə! Qələbə!
Arzu Əsədin
"Və Nida!"sı idrak poeziyası
əyarıdır. Kitabın
rəyçiləri Xalq
şairləri Nəriman
Həsənzadə, Fikrət
Qoca və akademik Nizami Cəfərovdur. Akademik kitaba dəyərli Son söz yazmışdır:
"Azərbaycan - çırpınan
əlli milyon Nidadır!"
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.13.