Səlim BabullaoğlununMaskalı adamların himni. İlyas Göçmənin şəkil dəftərişeirlər kitabı İstanbulda, “Ketebenəşriyyatında işıq üzü gördü.

    Kitabda daxil edilən 40 şeir Türkiyəli fotoqraf İlyas Göçmənin 40 fotosuna yazılıb. Şeirləri türk dilinə Ömər Küçükməhmətoğlu çevirib.

Kitabın redaktoru giriş yazısının müəllifi Əli Oturaklı, seriya redaktoru Aykut Ərtoğruldur.

Kitab üzərində Harun Tan, Əray Sarıçam, Nilgün Sönməz çalışıblar. Nəşriyyat rəhbəri Furqan Çalışqandır.

                        Bu, Səlim Babullaoğlunun Türkiyədə nəşr olunan ikinci şeir kitabıdır.

 

    Səlim BABULLAOĞLU: “Bu hadisədən məmnunam Ketebenəşriyyatına, kitab üzərində bütün çalışanlara, xüsusən Aykut Ertuğrula Ali Oturaklıya minnətdaram. Eyni zamanda, dostlarımı - fotoqraf İlyas Göçməni şeirlərin tərcüməçisi Ömər Küçükmehmetoğlunu təbrik edirəm.

    Bu kitabı, daha doğrusu kitabdakı 40 şeiri mən 2007-2009-cu illərdə yazmışam. Ümumiyyətlə, kitabın ideyası, necə oldu ki, bu şeirləri yazdım, bütün bunlar haqqında kitabın sonundakı qeydlər bölümündə ətraflı məlumat var.

    Kitabların, müəlliflərdən ayrı, müstəqil taleyi var. 18 il əvvəl yazılmağa başlayıb bu şeirlər. Ana dilimizdə 2 nəşri olub. “Mütərcimnəşriyyatında, sonra isəParlaq imzalar”da. Zamanında maraqla qarşılanıb. İranda ayrıca çap olunub. Bu silsiləyə aid olan şeirlərin bir qismi İngiltərədə, Gürcüstanda, Rumıniyada, Ukraynada, Rusiyada s. ölkələrdə həm ədəbi nəşrlərdə, həm həmin ölkələrdə işıq üzü görmüş kitablarımda yer alıb. İranda ana dilimizdə ayrıca nəşr olunub.

    Zamanında, hələ ana dilimizdə ilk dəfə çap olunanda kitab fərqli ədəbi nəşrlər, tənqidçilər tərəfindən maraqla qarşılanmışdı, haqqında xeyli yazılar yazılmışdı, həm burda, həm xaricdə. 2000-2010-cu illərin uğurlu şeir kitablarından biri kimi kult.az saytının sorğularında, deyəsən üçlükdə yer almışdı.

    Dünya şeir tarixində bir fotoya ya rəsm əsərinə yazılmış şeirlər var. Amma silsilə şəklində fotolara yazılmış şeirlər, bildiyim qədərilə yoxdur.

    Söz vaxtına çəkər, 2016-cı ilin noyabr ayında İlyas Göçmənin Bakıda sərgisi, təəssüf, özü xəstəliyi səbəbilə səfərini təxirə salmışdı, Gənc Tamaşacılar Teatrında isəViziual poeziyaaxşamı keçirilmiş, kitabın ikinci nəşrinin təqdimatı da olmuşdu.

    Türkiyə nəşri bəlkə daha tez ola bilərdi. Çünki bu silsilənin türk dilinə daha əvvəl 2 başqa tərcüməsi vardı.

    Amma olmadı.

    Bu kitabın çapı ilə bağlı Türkiyənin 4 böyük nəşriyyatı ilə danışığım olmuşdu. İkisi nəşrə razılıq vermişdi. MənKetebe”ni seçdim. Çünki, “Ketebe”nin poeziya ilə bağlı nəşrlərinin daha çox bəyənirdim.

    Ümid edirəm, oxucusunu tapacaq...”

    Oxucularımız üçün maraqlı olacaq deyə, kitabın redaktoru Ali Oturaklının yazısını təqdim edirik

 

Bu kitab, sadəcə baxmaqla

qalmayanlar üçün yazıldı.

 

"Maskalı adamların himni": fotoşəkilin şeirə çevrildiyi yer

 

Səlim Babullaoğlunun şeiri, sözün fotoşəkillə yarışıb onu üstələdiyi deyil, onunla danışdığı bir nöqtədə doğulur. Kadra işıqdan sızan zamanı bir yaddaşın, ya da baxışın içində yenidən cəm edir. Fotoşəklin dilsizliyinə qarşı, şeirin titrəyən, amma danışan səsini qoyur. "Maskalı adamların himni", ya da alt başlığı ilə "İlyas Göçmənin şəkil dəftəri", bir şairlə bir fotoqrafın zamanlar, məkanlar obrazlar arasında qurduqları ortaq səsin kitabıdır. Şair burada yalnız görüntünü nəql etmir; görüntünün arxasındakı sükutu da eşidir, görünməyən qələbəlikləri, deyilməyən cümlələri, susdurulmuş əşyaları da dilə gətirir.

Kitabda yer alan qırx şeir, İlyas Göçmənin qırx fotoşəklindən ilhamlanaraq yazılmışdır. Hər biri ayrı bir baxış bucağıyla, ayrı bir məsafədən, ayrı bir şeir diliylə o ağ-qara obrazlara toxunur. Babullaoğlunun ifadəsiylə, bu şeirlər yalnız fotoşəklin qarşısına keçib baxan deyil, bəzən fotoşəklin içinə girən, bəzən onun keçmişinə, ya da gələcəyinə səyahət edən bir ifadə tərzinin məhsuludur. Bəzən şeir, fotoşəklin çəkildiyi andakı külək olur, bəzən o çərçivənin xaricində qalan səs, bəzən görünməyən bir fiqurun zəif izidir. Fotoşəklin təqdim etdiyi sabitliyə qarşı şeir daim hərəkətdədir.

Babullaoğlunun şeirində, həyatın adi halı sehrli bir şey olaraq ortaya çıxır. Bir simitçinin xəyalları, bir qazinin müharibədən sonrakı səssizliyi, "arxa küçə uşaqları"nın əzbəri pozan coşqusu, bir alma satıcısının torpağa olan sadiqliyi, hamısı bu şeirlərin qəhrəmanlarıdır. Şair o insanların zehninə girir, lakin onların içinə sızmaq üçün didaktik bir yol seçmir. Sadəcə, zamanın kənarına ilişir, sadəcə o kadrdakı sükunətin nəbzini tutur. Buna görə bu kitabdakı hər fiqur, hər danışıq, hər daxili monoloq, eyni zamanda şeirin bir forma sınağıdır da. Sərbəst vəzn, qafiyəli misralar, vizual şeir, uşaq nağılının tərzi, ya da epik dillə hörülmüş marşlar... Bu müxtəliflik sadəcə formal deyil, hər fotoşəklin ruhuna görə ərsəyə gələn bir şeirsəl sədaqətin izidir.

Bəzi şeirlərdə sadə bir uşağın gözüylə nəql edilənlər, başqa şeirlərdə tarixi yaddaşın, kollektiv hüznün daşıyıcısına çevrilir. "Ayasofya qazisi"nin sözlərində, müharibənin vizual sənədinə qarşı şeirin əxlaqi əks-sədası duyulur. "Simit satan uşağ"ın daxili səsi, kapitalist şəhərdə ruzinin şərəfin tragik ritmini pıçıldayır. "Adana məscidindəki daş ustası" şeiri bir sevgi heykəlinə çevirərkən, "Qalayçıyla söhbət" bir qazanda bişən insanlıq hallarını xatırladır. Hər şeir bir həyatdan doğan həm konkret, həm mücərrəd bir sənəddir artıq.

"İlyas Göçmənin şəkil dəftəri", sadəcə bir vizual-şeir çalışması deyil; eyni zamanda görmə biçimlərinə, yaddaşa, etik estetik məsələyə dair əhatəli bir poetik təcrübədir. Şairin öz ifadəsiylə, bu 40 fotoşəkil ən az 40 imkandır; məkansal, duyğusal, zamansal, dil metafizik müstəvilərdə açılan 40 ayrı şeir qapısı... Hər biri oxucunu həm xarici dünyaya, həm öz daxili mənzərəsinə çağırır.

Bu kitabda fotoşəkillər danışmaz, amma şeir onları dilə gətirir. Şeirlər, sadəcə izah, sadəcə müşayiətdir; hər biri özbaşına, müstəqil nəfəs alan, amma fotoşəkildən ayrılmayan canlı orqanizmlərdir. Babullaoğlunun fotoşəkillərə yazdığı şeirlər sözün səsini vizualın susqunluğuna tərcümə edir. Oxucu, hər bir şeirdə bir obrazla üzləşir; ya keçmişə doğru bir yürüyüşə çıxır, ya da bu günü bir yaddaş çöküntüsü kimi beyninə qazıyır.

Bu kitab, bir fotoşəkil dəftərinin ötəsinə keçərək, modern şəhər insanının vizual yaddaşına, duyğusal qırılmalarına, etik sorğulamalarına şeirlə cavab verir. Şairin, zamanın içində unutduğumuz əşyaları, üzləri, jestləri, uşaqlıqları, müharibələri, sülhləri birər şeir süzgəcindən keçirərək yenidən qurması, kitabı sadəcə vizual bir arxiv deyil, poetik bir dirəniş mətninə çevirir.

Tərcümə müddətində redaktə prosesində bu əsərin tərcüməçisi Ömər Küçükmehmetoğlu, hər zaman bizə dəstək oldu. Səlim Babullaoğlu, məhsuldar zəka müdrik nəzakətiylə əlinizdəki kitabın son halına gəlməsində əhəmiyyətli töhfələr verdi. İlyas Göçmən isə 40 fotoşəkliylə, necə ki şairimizə tərcüməçimizə 40-dan çox perspektiv təqdim etmişsə, mənim həyata qarşı olan perspektivimə 40-dan çox dərinlik əlavə etdi. Həmçinin bu şeirlərlə, türkcəmizdəki ortaq incəlikləri təkrar görmək, 40-dan çox qatın perspektivimə əlavə edilməsini nağılvari bir hala gətirdi. Çünki bu ortaq incəlikləri meydana gətirən bütün kəlmələr, rəhmətlik nənəmin mənə nağıl danışarkən istifadə etdiyi sözlər idi. İndi bu kitabın səhifələrini çevirməyə başladığınızda, yalnız şeirləri deyil, o fotoşəkillərin içindəki kadrxarici gerçəkliyi, hər sətrin arxasındakı etik sualı hər şeirin içindəki görünməyəni oxumağa hazır olun.

Çünki bu kitab, sadəcə baxmaqla qalmayanlar üçün yazıldı.

 

Ali OTURAKLI

 

Təqdim etdi:

Səlim BABULLAOĞLU

 

Ədəbiyyat qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.14.