Qələbə
İnanmıram gözlərimə -
səni
gördüm,
Atam, anam görməyən qələbə.
Otuz illik işğala
Can verməyən qələbə.
Sən
kimsəsiz şəhidlərimin
qərib
məzarından keçdin.
Viran qalmış evimizin
ot basmış hasarından keçdin.
Sən
sevincdən ağlatdın
yurdsuz yurddaşlarımı.
Sevdim, nə qədər sevdim
Sən tökən göz yaşlarını -
Qələbə!
Toxundun qəlbimizin
sarı
siminə.
Bütün cahan heyran qaldı
Bu işğalın sən sındıran tilsiminə -
Qələbə!
Barışmadıq
bu işğalla,
Yaşamadıq bu minvalla.
Dəmir
yumruq silkələdi
dağı, daşı.
Uzun bir tarix yazdı
Əsrin
ən qısa savaşı.
Barışmadıq
bu işğalla,
Sən qoymadın biz barışaq.
Hər
an sənə yetmək
üçün
Biz qan tökdük hər qarışa -
Qələbə!
Boylanıram
indi azad
torpağıma,
Məğrur-məğrur dalğalanan
bayrağıma.
Gözün aydın, Azərbaycan,
Çevrilmisən düşmənimin
göz
dağına!
Adil
CƏMİL
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.23.