Müəllifini susduran şeirlər
Müharibə... zəfər... bu
sözlər məndə
belə bir deyimi canlandırır: zərrəbin. Niyə zərrəbin? Çünki
ən dəhşətli
hadisələr də,
ən sevincli olay da özündə aniylə əbədiyyəti
birləşdirir, top səsindən
hər şey var gücüylə kənara
sıçrayır, milyon-
milyon gülün ətrini qoxlamaq istəyinin içində
əbədiyyət yatır.
Həm də əlacsızlıq. Məlikməmməd
nağılında olduğu
kimi gözüaçıq,
yuxu aparmasın deyə barmağın kəsilməsi... Bunu, milyon-milyon gülü qoxlamaq istəyini Məhəmməd
Füzuli ifadə edibmi? Bunu Füzuli
kimi dünyanın nəhəng şairləri
nəhəng misraların
içində, bətnində
gül qoxusu kimi gizlədiblər.
Bu fontan vuran hadisə
ləçəklərini biz, olsa-olsa, zərrəbin altında axtararıq. Biz aydındır ki, o zaman həyatda
olmamışıq, yaxud
olsaq belə, hadisədən indicə xəbər tutmuşuq - bax, anla, əbədiyyətin
sevişdiyi məqamda
insanın qəfildən
yaddaşını itirməsi
elə budur. Bir də min ildən sonra oyanıb o gül ləçəklərini
yadımıza salırıq,
ondan da qabaq həmin üstü qan qoxulu ləçəkləri
yuxuda görürük.
İnsan göbəyinin
kəsildiyi yerə əbədiyyən bağlıdır,
o yurdun, o məqamın
üstünə düşmən
gələndə sinəsini
qabağa vermək lazımdır. Əks təqdirdə, sən hər şeyini itirməli olarsan, hər şey yalan olar. Hər
şeyin yalan olduğu dünyada sən həqiqət sözünü dərhal
unudarsan? Pyer Emmanuelin bir şeiri var.
Çılpaq bir ağac
Tək bir yarpaqdan başqa
Hələ də duruş gətirir,
Hələ də...
Çılpaq bir insan
Üzünün bir tərəfindən
başqa
Aldadır hələ də...
Ağacı kəsmək
Yerə
düşsün.
Həqiqi
olsun deyə,
İnsanımı öldürmək?!.
Birinci Qarabağ müharibəsindən
həmişə gördüyümüz
(həyatın hansı
üzündəsə sanki
çox yaxın olmuşuq...) qəhrəmanların
adi insan görünüşləridir. Bir də bu: qəhrəmanlar
can verir, yurdu yaşatmaq üçün...
Bir də rus aparıcının, çox
məşhur aparıcının
azərbaycanlı zabitin
düşməni saymadan
cəsarətli davranışı
haqqında heyrətli
sözləri.
İkinci
Qarabağ müharibəsi,
ağıl, zəka şücaəti, xarici jurnalistlərin, həm də düşmən cildində təşrif gətirən jurnalistlərin
yaylım atəşi
olmadan susdurulması.
Birinci Qarabağ müharibəsinin
sətirləri arasına
səpilən toxumlar üzü gələcəyədir,
üzü dan yerinədir.
"Uf" demədən
canını Vətən
uğruna qurban verən qəhrəmanlar hamının yuxusuna sərin su kimi
çilənir. Ayılmaq
mənasında.
Ancaq... Hər şey vaxtilə yazılan şeirlərin misralarının
içinə düyümlənib,
şübhəsiz ki, ürəkdən
gələn, qaiblə
bağlantısı olan
şeirlərin bətnində.
Vaxtilə belə bir şeir vardı
- Əsgər məktubu.
Seçdiyimiz iki şeir çox məşhurdur, birinci misra gələn kimi, eşidilən kimi ardı səslənir. Müəllifini
susduran şeirlərdir
bunlar, müəllifsiz
oxunan, hamının könlündən gələn
şeirlər. Dinləyin:
Sizə
zəfər gətirəcəyik,
bizə
məktub yazın, heç olmasa,
sətirlərdən ürəyiniz
boy versin,
səbirlə dinləyin şikəst
qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını;
üz çevirib getməyin uşaqlarımız dilənəndə,
su verin
çörək verin!
Atalarımıza siqaret,
analarımıza ürək-dirək verin...
Sizə
zəfər gətirəcəyik,
bizə
barıt qoxusu dadmayan
səhər saxlayın,
bir az günəş
bir az dəniz...
bir az da soyuq xırdalan
pivəsi
şəxsən mənim üçün
və sevməyin, ay əclaflar,
bizi gözləyən qadınları.
Zəfər haqqında ən
gözlənilməz, ən
gözəl və ən unudulmaz şeirlər məhz müharibənin qanlı-qadalı
günlərində yazıldı.
Sizə zəfər gətirəcəyik... Burda
yadıma nə düşür, Ernst Bloch düşür
yadıma. Filosof
deyir ki, həqiqi utopiya ümidin düşüncəyə
çevrildiyi məqamdır.
Sizə zəfər gətirəcəyik... Birinci
müharibədə mən
müharibəylə nəfəs-nəfəsəydim.
İkincidə qocalmışdım
və bu iki şeiri hər gün oxuyurdum. Məqsədlə
yox, qarşıma çıxdığından...
İkinci şeir.
Bunu mən müəllif onu söylərkən, ətrafda
hər şeyin qəfildən yoxa çıxması, ətrafda
hər şeyin yazı lövhəsində
olduğutək silinməsi,
anidən yer üzünün boşalması
kimi, şəxsən
özümün sezdiyim
hadisələrə görə
sevirəm. Müəllifin
söylədiyi şeir
havanı, ordakı gözlə görünməyən
zərrəcikləri musiqi
qammalarına çevirir,
bütün dünya havadakı dalğalarla yırğalanır.
Müəllifini susduran şeir:
Müharibə başlayıb... Nəbatat
bağındayam,
Hava yaman
soyuqdu, özüm də bir az
xəstə.
Heyif, evdən
çıxanda papaq da qoymamışam,
Anam elə
bilir ki, ölüm ayağındayam.
Müharibə başlayıb... Nəbatat
bağındayam...
Mən səni
gözləyirəm....
Eləcə dayanmışam Eldar şamının altda.
Gör
e, adam adında ağaclar var həyatda,
Ağacların üstündən yıxılan
balacalar böyüyür,
igid
olur.
Mən səni gözləyirəm,
amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.
Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən
vətən səninçün
nədi?
Bax, indi dediklərim hamısı bəhanədi:
Anamın
olduğu yer, atamın yatdığı
yer,
bir də sən hardasansa, ora mənə vətəndi.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə,
Mən atamdan bilirəm, ölüm bədahətəndi.
Mən də mütləq öləcəm, elə Eldar şamı da,
Bir əsgər anasının
ümidi ölmür heç vaxt,
bir də əziz şəhidlər ölmür,
başına dönüm,
Məni
bərk qucaqlama, axı atan deyiləm,
Məndən barıt qoxusu gəlmir, başına dönüm.
Hər şeyə baxmayaraq
yenə
də məni sevmək
çox
xoşuna gəldisə,
dua et, ayrılmayaq,
duadan yaxşı nə var
ürəyin gözəldisə...
Müəllifin "çıxıb getdiyi" şeir o qədər sevilib, o qədər ürəkdən
dinlənilib ki, mətn
məlum misrada bitib: ...Mən atamdan bilirəm, ölüm bədahətəndir.
Ondan sonra elə bu şeirin davamı kimi başqa, tam fərqli şeir başlayır və duadan yaxşı nə var, ürəyin gözəldisə,
misraları ilə sonsuzadək davam edir, uzanır, siz işıq zolağının gecə
qaranlığında təzəcə
yerimək öyrənən
balaca uşaq kimi hoppana-hoppana qaçdığının şahidi
oldunuzmu heç?
Müəllifin susdurulması haqqında
- Pol Valeri təsdiqləyirdi ki, poeziya gözəl, cilvəli şəkildə geyinmiş
və poetik aparatura ilə təchiz olunmuş proza deyildir; şeir hansısa ideya qəlibinə qədər sıxılmış
bir nəsnə ola bilməz. Bir məqamda ona "sırınan"
ideyadan qaçıb qurtulmağın yolunu mütləq bular. Buna görə də şeir bu boyda məkanda
- Yer kürəsində
sahibsiz, tək-tənha
gəzib dolaşmağı
sevir və özünü bölük-bölük
dəstələrin arasında
hiss edər. Hər iki mətndə
bu dediklərimizə dəstək olan nələrsə, hansı
məqamlarsa yox deyil. Sizə zəfər gətirəcəyik...
Bunu müharibənin dərinliklərində bizi
görən, baxıb
sarsılan əsgər
deyir. Bölük-bölük
insan sənin xalqındı və sən onun üçün
döyüşürsən.
Nə vaxt
ki biz doğrudan
da, şeiri hiss edirik, o zaman tərkibinə düşüncə və
varlıq hissinin daxil olduğu poetik vəziyyətin kəşfinin və ötürülməsinin şahidi
oluruq. Şeirin mövcudluğunun mütləq
səbəbi olan poetik vəziyyətin yaşanması, həmin unikal vəziyyəti silib atmadan şeirin
özündən başqa
bir ifadə formasına çevrilə
bilməz. Hər bir şeir yalnız
özü üçün
yaşayıb nəfəs
alan bir tikilidir. Poeziyanın hər bir ayrıca
şeirdə "dil içində dil" konstruksiyasını yaratmaq
üçün istifadə
etdiyi dil yalnız hər şeirin özünəməxsus
dünyasında anlaşıla
bilər; mətni oxuduqdan və təkrar-təkrar oxuduqdan
sonra anlaşıla bilən bu dil
ayrıca götürülən
şeirin yaşantısını
ötürə bilir.
Bu iki şeir
bu mənada fərqli nəsnələr,
fərqli prinsiplər
üzərində qurulmuş
mətnlərdir. Birinci
şeir müəllifin
də haçansa unutduğu, yadından çıxardığı sözdən
- deyimdən yaranır.
O unudulan deyimin aurası o qədər gözəl və yenidir ki, oxucu
bu "dil içində dili" başa düşəndə
şairin yaratdığı
poetik dünyaya daxil olur. Bura
poetik musiqinin, harmoniya, səs və konnotasiyaların qarşılıqlı təsirindən,
o cümlədən, şeirdəki
sözlərin denotasiyasından
meydana gələn rezonans dünyasıdır.
Oxucu doğrudan da, bu poetik
dünyada "qərq
olanda", şeirin xalis mətni estetik əks-səda hissiyyatında yaranır. Şeir daim müəllifini kənarlaşdırmağa,
dəf etməyə çalışır, dil
içində dilin anlaşılmasında ən
böyük maneə müəllifdir. Bayatı
və oxşamalar, bunlara bənzər parçalar niyə bu qədər gözəldir, həm də dünyanın yaşamaq üçün
heç nəyə ümidi olmadığı
halda, dünyaya gələn bu formalar niyə bu qədər gözəldir?
Müharibənin dəhşətlərini, zəfərin
dünyaya sığmayan
sevincini məhz bu ovqatla yaranmış
mətnlər ifadə
edə bilir. Zəfər bir andır, hamının düşüncəsini, ruhunu
bir nöqtədə ifadə edən məqam. Zəfər ayrıca bir fəsildir, bütün fəsillərin ən gözəl mənzərəsini
özündə birləşdirən
bu xalqın dünyaya sığmayan ürəyi...
Zəfər şeiri bir anın içində, bir göz qırpımında
yazılır və müharibənin alovunda yanıb külə dönür, ürəklərə
köçür və
unudulmur, bu iki gözəl şeir o mətni görükdürmək, tam
olaraq yada salmaq üçün bir cəhddir...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, ¹41.- S.24.