Azərbaycan lövhələri
Bilsin kafir mərə, bilsin dış aləm,
Zəfər çağlarımız hələ öndədir.
Min il tapdalandı, min il talandı,
Min il ayaq
altda qaldı bu torpaq.
Köyləri,
kəndləri oda qalandı,
Küncə
sıxılanda özünü dandı,
Doğma
torpağında zəncirlənən xalq.
Hər
dövrə vurduqca zamanın pəri,
Tarixin qan
içən cahangirləri
Bu yurdu
özünə meydan seçibdir,
Hər
daşın üstündən ölüm keçibdir.
Burda
Keyxosrovun kəsilmiş başı
Tuluğun
içində al qan içibdir.
Hər
daşı qaldırsan, min dastan deyər
Min il əvvəl
olan el savaşından.
Deyərlər,
Feyləqus oğlu İskəndər
Yunan
ordusuna olarkən rəhbər,
Qüllələr
yapdırıb insan başından.
Burda Bərdə
qızı şanlı Nüşabə
Qadın
qeyrətini qoyub nişanə.
Bu ellər
dönəndə min-min tonqala,
Düşmənə
gor olub son ev, son qala.
Burda
arslanürək ərənlər ilə
Yanaşı
vuruşub amazonkalar.
Pompeyin
yenilməz legionları
Burda mələr
qalıb üzü torpağa.
Alplar
ölkəsinin ər oğlanları
Meydan
savaşında yendi onları,
Yendi,
qılınclardan od yağa-yağa.
O
şanlı günlərin əsrarlığında
Gizlənən
günlər var əsr ağırlığında!
Burda ərlər
olub, ərənlər olub,
Babəklər,
Arslanlar, Kərəmlər olub,
Bir
savaş günündə Şah İsmayılın
Topu kəsdiyini
görənlər olub.
Bir
üzü Rum eli, bir üzü Altay,
Göy
Tanrı atamız, Umay qatdadır.
Aldıq
ululardan törəni lay-lay,
Məhrəm
işigini səpəndə Umay,
Duyduq ki,
kökümüz kainatdadır.
Biz
savaş eşqiylə kür idik, - gəldik,
Adəm
övladına sirr idik, - gəldik.
Göy səma
altında yollar bizə yar,
Keçilməz
yolları qət etdik suvar,
İran
ölkəsinin firiştələri
Bizə
dev savaşda həmyol oldular.
Ari
Vayjasını keçdik atüstü,
Azəri
Vayjaya* yuxulu gəldik.
Dünya
dəyişkəndir, yolları tüstü,
Odlu
canımızı yaxanda isti,
Tanrı ərləritək
toxumlu gəldik.
Dünya
kitabında söz burum-burum,
Türkün
sədasını yay, ey tamburum!
Gəldik
od elinə, kimlər çökdülər? -
Daralar
çokdülər, Kirlər çökdülər,
Azəri
Vayjaya türk sözü yaydıq,
Kahinlər
çökdülər, pirlər çökdülər.
Burası
bir ölkə - Azəri Vayja,
Onun atəşində
türk toxumu-salt.
Biz qan
axıtmışıq, çox vermişik can,
Savaş
meydanında qazansaq da san,
Yenilgi
günündə olmamışıq alt.
Dastanlar
verimli, türkülər dərin,
Yatmışıq
sırtında xatirələrin.
Novruz gecəsində
güllər açanda,
Səhərin
ulduzu işıq saçanda,
Aləm
çadırında tör başı qurduq
Atəşlər
ölkəsi Azərbaycanda.
Azər
torpağının yanğısı qutsal,
Hərə
öz içində bir od bitirib.
Turan
ağacında şaxəli bir dal,
İtmiş
kitabını axtaranda xalq,
Bir qam
Göy Tanrıdan törə gətirib.
Bunu
tör başında ata qam dedi -
Türklər
törəlidir, törə əbədi!
Dünyanı
nizamla fırladır qanun,
Tanrı
qanunuyla yaşayar budun.
Bu Yer
dağılmasa, bu Göy çökməsə,
Pozulmaz
törəsi ilahi odun.
Savaş
kitabında biz zər idikmi?
Babalar
söylədi, türkündü dünya!
Yeri
başdan-başa gəzər idikmi,
Biz
Şirvan idikmi, Xəzər idikmi?
Dünya
səltənəti qururduq guya!
Üfüqdən-üfüqə
keçdikcə çəri,
Bir az
oturaqdıq, bir az köçəri.
Unutduq atəşi,
unutduq qamı,
Könül
isindirdi İncilin tamı,
Oğuzun
mübarək bahadırları
Qopuzla
yaydılar ulu İslamı.
Məhrəm
işığını çilədikcə şəm,
Zaman
öz atını çapdı yarına,
Zəfər
balbalını yonduqca tişə,
Dönüb
əcdadların torpaqlarına,
Biz Səlcuq
ordusu olduq möhtəşəm!
Küllüyün
altından durdu Naxçıvan,
Biz olduq,
İrana, Turana sultan.
Şəmsəddin
Eltengiz azman bir sütun,
Arslanlar
doğurdu Möminə xatun,
Beyrək
baxışlarla baxdı dünyaya,
Şanlı
səltənəti müqəddəs odun.
Çaldı
qopuzunu Qorqud dədələr,
Ulu
azanların gur gəldi səsi.
Şöhrət
tonqalını yandırdı zəfər,
Allah kəlamıyla
ellərə rəhbər
Oldu, bu
müqəddəs odlar ölkəsi.
Gəncənin
şöhrəti gəzdi dünyanı,
Onda
Nizamiydi könüllər xanı.
Şahənə
misralar doğan günlərin
Sirli xəzinəsi
fikirdən dərin.
Leylayla Məcnunun
hekayətini
Burada
yaşadı Fərhadla Şirin.
Zəfər
türküsünü çaldıranda zəng,
Çingiz
orduları sədlər keçdilər.
Tarix
kitabını yazdıqca lələk,
Günləri
gün üstə fırladı fələk,
Ellər
su yerinə dərd-qəm içdilər.
Dua
göy üzündə, kök dərindədir,
Bu ellər
Tanrının nəzərindədir.
İman
qalasını yenmək çox çətin,
Səmadan
verilib bu kitab, bu din,
Orta əsrlərin
üfüqlərində
Günəştək
parladı Tusi Nəsrəddin.
Açılmaz
tarixin sirli bağları,
Savaşın
səhnəsi min oyunludur.
Zülmətə
bürünmüş orta çağların,
Üstündə
yelləyən türk bayraqları,
Qara
qoyunludur, Ağ qoyunludur.
Türkün
rəşadəti cinlər ürküdür,
Qoru, ulu
Tanrım, qoru, türkümü!
Sükutun
ardınca son savaş gəlir,
Bayraq ləngərində
al qumaş gəlir,
Bölünmüş
elləri birləşdirməyə,
Dodağı
dualı qızılbaş gəlir.
Bu
dünya çox görüb ulu şahları,
Can Allah
sözünə, tən gücə mayıl.
Taleyin
köhləni açdı bağları,
Didilib-dağılmış
bu torpaqları
Bir bayraq
altına yığdı İsmayıl.
Doğulub
türklüyün arzularından,
"Qazilər,
şah mənəm"! - dedi o mərdan.
Düşmənlər
var isə, xıncaram, - dedi,
Tuğumu
zirvəyə sancaram, - dedi.
Burda, Azərbaycan
torpaqlarında,
Bumınam,
Teymuram, Səncərəm, - dedi.
El
başsız qalanda bircə anlığa,
Ortadan
qaçmağa köklənir ulus,
Xor
baxıb alplığa, qəhrəmanlığa,
Ölkə
bölünəndə əlli xanlığa
İti
süngüsünü parladar urus.
Qəflət
mürgüsündə dəm alanda biz
Bakıdan
aralı salındı Təbriz.
Yenilmiş
elatlar olmaz özündə,
Məmləkət
yaşadı şair sözündə,
Tanrı
müjdəçisi ər olmayanda
Millətin
murazı qalar gözündə.
Ümid qılıncımız
yaşadı qında,
Gözlədik,
nə vaxtsa zəfər gələcək.
Əsrin
zülmətini dağıdanda dan,
İşıqlı
başların arzularından,
Xilaskar gələcək,
Heydər gələcək.
Torpağın
bağrından bir ərdi, gəldi,
Xalqın
gözlədiyi Heydərdi - gəldi.
Ehey, məmləkətin
vətəndaşları,
Yüksəliş
əsrinin qızıl başları,
Keçmiş
əzəmətin xarabasında
Bir bina
tikirik, yığın daşları.
Bilsin
kafir mərə, bilsin dış aləm,
Zəfər
çağlarımız hələ öndədir.
Bir yol
yenilmişik, qoy olsun, nə qəm...
Səmadan
verilən qılınc və qələm
Hər vətən
oğlunun ürəyindədir.
Savaş
mələyinin öz öc günü var,
Əsir
torpaqların dönüş günü var!
İçində
eşq olan durmaz dayanıb,
Bu ellər
min kərə küldən oyanıb.
Türkün
içindəki savaş azarı
Bayraqlar
yerinə qana boyanıb.
II
Biz
küldən boy verib yol başlayanda,
Düşmən
pəncəsinə keçdi Qarabağ.
Hürrün
şərbətini ovuclayanda,
Savaş
mələkləri bizə qıyanda
Uduzduq,
yenildik, sınmadıq ancaq.
Qarabağ
millətin and yeri oldu,
Perik
könüllərin bənd yeri oldu.
Bir bina
tikildi, bir yurd quruldu,
Zəfərə
tuşlanan yola varıldı.
Xalq
öz dövlətiylə bir vücud oldu,
Hər
könlün başına möhür vuruldu.
İçində
eşq olan yenilməz, müdam,
Böyük
amalların önü pərdədir.
"Qarabağ
bizimdir! - söylədi İlham,
Türk
ruhu anlamaz yenilmək nədir,
Böyüklük
- yapılan əməllərdədir".
Ərənlik
duyğusu açanda şırım,
Şərəf
kitabını yazır ildırım.
O
"düşmən var isə, xıncaram, - dedi,
Tuğumu
Şuşaya sancaram, - dedi.
Burda, Azərbaycan
torpaqlarında
Elxanam,
Teymuram, Səncərəm", - dedi.
Zaman
uzandıqca dəyişdi dövran,
Tanrı
öz nurunu yol etdi bizə.
Sözünü
ortaya qoydu Komandan:
- "Siz
qan istədiniz, alın, bu da qan,
Torpaq yox,
mərmilər peşkəşdir sizə".
İrəli
gedincə İlham ordusu,
Dördayaq
zıplayan düşmən qan qusur.
Türk gəlir,
qaç qurtar, sonundur yağı,
Ərənlər
gətirir üçrəng bayrağı.
Tanrı
müjdəçisi böyük ərənlər
Düşmən
tapdağında qoymaz torpağı.
Salam
olsun Azər Vayjanın*
maqları...
Salam olsun
Pompeyi yenən ərlər.
Salam olsun
Elxan Bumın!
Salam olsun
Ulu Heydər!
Salam olsun
böyük İlham!
Sən
qalib doğuldun, ey ər oğlu ər,
Bu Vətən
bizimdir, bizimdir Zəfər!
*Azər
Vayja (Atar Vaeja) - Azərbaycanın Avesta dövründəki
adı. Avesta dilində Odlar məkanı deməkdir. Azər
(Atar) qədim od tanrısıdır, Vaeja Avesta dilində məkan,
diyar deməkdir.
Elxan
ZAL
Ədəbiyyat
qəzeti.- 2025.- 7 noyabr, №41.- S.26.