Yer altında
Hekayə
Merethe Lindstrom müasir Norveç
ədəbiyyatında seçilən
yazıçılardan biridir.
O, 1963-cü ildə Bergen şəhərində
anadan olub. Ədəbi fəaliyyətinə
1980-ci illərin sonlarında
başlayıb və hekayə, roman, esse janrlarında əsərlər
qələmə alıb.
Lindstromun yaradıcılığında
insan münasibətləri,
susqunluq, günah və yaddaş kimi mövzular mərkəzi yer tutur. Onun dili
sadə, lakin dərin psixoloji qatlarla zəngindir. Yazıçı ən çox "Dager i stillhetens historie"
(Sükutun tarixində
günlər, 2011) romanı
ilə tanınır;
bu əsərə görə o, həm Norveçin ən nüfuzlu mükafatı sayılan Kritikerprisen, həm də Şimali Avropa Ədəbiyyat Mükafatı
- Nordisk Rads litteraturpris ilə
təltif olunub. Lindstromun hekayələri də geniş oxucu auditoriyası qazanıb; o, qısa hekayə janrının müasir Skandinaviya ədəbiyyatında ən
güclü nümayəndələrindən
hesab olunur.
Bir dəfə onu, bıçaqla hədələmişdilər.
Başqaları dəhşətli təcrübələrdən
danışarkən, həmişə
bunun çox tez baş verdiyini
deyirdilər. Amma yaşadıqları
heç də bir göz qırpımında
gəlib keçməmiş,
hər saniyəsini
hiss etmişdi. Karin metro ilə
rəfiqəsigildən evinə
qayıdırdı. Qucağında
yatan qızına görə qapıdan girən kimi ən yaxın oturacağa seçmişdi.
Həm qızını
qucağında saxladığı
üçün, həm
də körpənin yatmaq istədiyinə görə qapılar açılan kimi özünü oturacağa
atdı.
Qorxulu hadisələr başlayarkən
gecənin gec saatları idi, üç yaşlı uşaqla çölə
çıxmaq üçün
çox gec idi. O, taksi tuta
bilərdi, lakin onlar T-Bane stansiyasının
yaxınlığında yaşayırdılar.
Seçimini qatardan yana istifadə etdiyi üçün peşman olacaqdısa belə, hələ bundan xəbəri yox idi. O, Şərqə
gedən xətlərdən
birində yerüstü
stansiyada, platformada tək dayanıb, qatar gözləyirdi. Qatarın qapıları qarşısında açıldı,
tələm-tələsik içəri
girdi, səsgücləndiricidən
gələn elektron səs qapıların bağlandığını elan edərkən bir kişi peyda oldu, az qala,
bağlı olan qapıları tutub içəri girdi. Qatar asta-asta hərəkət etməyə başladı
və son anda özünü vaqona atan kişi Karinlə üzbəüz
oturacaqda oturdu. Kişinin baxışlarından
narahat olan Karin pəncərədən bayıra
baxdı, fikrini dağıtmağa çalışsa
belə, alınmadı,
"kaş hələ
də platformada dayanaydım", - deyə
pıçıldadı.
Bir neçə dəqiqə
sonra qatar tunelə girdi.
Qadın
qatarın tunelə girən kimi necə sürətləndiyini
və silkələndiyini
bütün bədənində
hiss etdi.
Üzünə düşən kölgənin
səbəbini tapmaq üçün gözlərini
yuxarı qaldıranda
qarşısında əlində
bıçaqla duran kişini gördü.
İndi soruşanda belə,
nə kişinin üzü, nə də onun bir
işarəsi yadına
gəlmir. Sanki buğlanmış
pəncərədən küçəyə
baxarkən gördüyü
şeylər kimi, hər şey bulanıq idi. Yadına gələn təkcə bir əl və bıçaq idi.
***
Həmin
gün, səhər
Karin şəhərin qərbindəki
ictimai hovuzlardan birinə getmişdi, hələ də günəşi hiss edirdi,
dərisi qızırdı,
az qala yanırdı.
O, qızı ilə dayaz hovuzda dayanıb
fərqli səslərdən
ibarət, bitməyən
musiqiyə qulaq asırdılar, sanki nağara içərisində
idilər, musiqinin səsindən körpə
doyunca əylənsə
belə, Karinin sanki qulaqları batırdı. Hər saniyə artan isitilik göydən elə bil ağır-ağır
onun üstünə tökülürdü. Həmin
an yuxuda olduğuna, hətta bəlkə heç vaxt oyanmadığına inanırdı.
İndi də özünü
hovuzun yanında hiss etdiyi kimi hiss edirdi, sanki o burada yoxdur və
heç vaxt olmayıb.
Bıçaq birbaşa ona tərəf yönəlməmişdi;
kişi bıçağı
tutduğu əlini belinə yaxın saxlamışdı, lazım
gələrsə, silahı
gizlətməyə hazır
idi. Qadın əmin idi ki, kişinin əlindəki bıçaq çox böyük və qucağındakı qızından
cəmi bir neçə santimetr uzaqdadır. Karin bunu başa düşəndə,
elə bil göydən möhkəmcə
yerə çırpıldı,
yuxuda olub-olmadığını
indi başa düşürdü. Hər
şey çox qorxulu və gerçək idi. Kişinin baxışı
ginekoloqa, gözətçiyə
və ya səlahiyyətli bir adama aid ola bilərdi. Bu kişi hamı kimi idi. O anlardan
Karinin içində
hiss etdiyi şeylər
çox köhnə idi, uşaqlıqdan ona qalan köhnə
dost kimi acizlik hissi sarmışdı bədənini.
Çantanızda nə var? - deyə
soruşdu kişi, - çantanızda
nə varsa, onu istəyirəm.
Karin qızının başının
sürüşdüyünü hiss etdi, diqqətlə onu köksünə basdı və bədəninin yuxarı hissəsi ilə yellənməyə başladı.
Qucağındakı körpə oyanıb bu dəhşətli səhnələri
görməməli və
qarşısındakı kişi
başa düşməli
idi ki, qucağında
uşağı olan bir qadını soymağa çalışır.
***
Keçən il, bu vaxtlarda yuxudan heç vaxt oyanmadığı qədər sakit oyanmışdı. Səhər
saat altı idi. Həmişə olduğu kimi, qızını oyadıb,
onunla oynamaq üçün uşağın
otağına getmişdi.
Karin otağın qapısına
çatarkən, içəridən
gələn kəskin
qusmaq qoxusundan diksinib tez özünü
otağa atmışdı.
O, Hildenin yorğanını
çəkib, qızının
qızdırmadan od tutub yanan bədəninə
toxunmuşdu. Qızın
dərisi çox isti idi, ürəyi
zəif döyünürdü.
Kişi
onların başı
üstündəki pəncərəyə
yumruğunu vurdu. Hilde
səsə diksinsə
belə, oyanmadı.
Karin qorxudan donub qalmışdı. Qızının
boynu nəm idi, yuxuda tərləyirdi.
Karinin üzü qızının saçının
yanında idi, hələ də onun iyini hiss edirdi. Çantasında nə varsa, istədiyini təkrarladı
kişi. Karin qızını
özünə bir az da möhkəm sıxdı. Kişi bir az da bıçağı
uşağa yaxınlaşdırdı.
Əgər qadın uşağının sürüşməsinə
icazə versə, qızı bir neçə santimetr belə, yerindən tərpənsə, bıçaq
uşağın boğazına
batacaqdı. Karin bir az da möhkəm-möhkəm
qucaqladı qızını.
Uşağı qucağından
yan oturacağa qoyub çantasında nə varsa, verməyi fikirləşəndə
ağlına gəldi
ki, uşaq oyana bilər və daha da artan qorxu
hissi ilə ürəyi bulanmağa başladı.
Çətinliklə də olsa, çantasını nəzərdən keçirdi,
diqqətlə bütün
cibləri axtarmağa
başladı, cibini açdı və çanta bir azca sürüşdü,
içindən ünvan
kitabçası, daraq,
bir paket salfet, Hilde üçün
gətirdiyi kiçik
bir kisə jelatin meyvəsi kimi şeylər yerə səpələndi.
Pul kisəsini açdı, kredit kartlarını və pulunu tapdı; qadının beş yüz krondan bir qədər çox pulu var idi və çantasının
boş olmadığı
üçün sevinirdi.
Çünki bu pulu kişiyə verib özünü və qızını xilas edə bilərdi. Ön cibindəki pasport şəkillərinə nəzər
saldı; o da, qızı
da iri gözləri ilə eyni yerə
baxırdılar, bir anlıq qızının
yuxudan oyanıb, kişiyə baxdığını
düşündü.
- Cib telefonunuz, - dedi kişi.
Çantasında olduğunu düşündü
Karin, amma orada deyildi. Çantasını
açıb bütün
bölmələrini yoxladı.
Qadının qorxusu yenə eyni sürətlə və kəskin şəkildə
geri qayıtdı və onun, telefonunu
gödəkçəsinin cibinə, yatmış qızının düz altına atdığı
yadına düşdü.
Telefonu götürmək üçün
qızını tərpətməli
idi və Hildenin oyanıb, onları daha da təhlükəliyə atacağını
düşünürdü.
***
Onlar səhər tezdən xəstəxanaya getmişdilər,
əri hələ də boş küçələrdə şütüyür,
Karin isə bütün
yolboyu Hildeni qucağında saxlamışdı.
Hilde bir dəfə də xəstəxana yolunda anasının çiyninə qusmuşdu.
Xəstəxanaya çatdıqdan
sonra onlar təcili yardım otağının girişindən
kənarda dayandılar.
Qızları yavaş-yavaş
onlardan uzaqlaşırdı.
Həkimlər Hildeni müayinə edib yatızdırdılar. Karin əri
ilə birlikdə gözləmə otağına
göndərilməzdən əvvəl qızının
əlindən tutaraq bir müddət onun yanında qaldı.
Ər-arvad gözləmə otağında
nələr baş verə biləcəyini düşünmək üçün
ayrı-ayrı kreslolarda
səssizliyə qapıldılar.
Kişinin səssizliyindən başa
düşdü ki, hələ
də qane olmayıb. Nəsə etməli olduğunu düşünüb, əlini
Hildenin altına sürüşdürdü, qızını
yellədi və təsəlliverici nəsə
pıçıldadı, pencəyinin
cibini açmağı
bacardı. Cib telefonunun hamar səthinə toxunub onu götürdü.
Qızı heç nədən
xəbərsiz, qucağında
yatırdı.
Qadın
işini dəqiqliklə
görən usta kimi telefonu gözdən
keçirdi. Onun cib telefonu bahalı
idi, lakin təzə deyildi. Karin bir çox insanlar kimi şəxsi
əşyalarına bağlı
deyildi. Bu telefon, sadəcə insanlarla əlaqə saxlaya bilmək üçün
bir alət idi onun üçün.
Qızını xəstəxanaya
çatdırarkən necə
qucaqlamışdısa, bu
gün də eləcə basmışdı
köksünə. Kişi
telefonu götürsə
də, hələ də bıçağı
əlində idi. Telefonu ovcunda ora-bura çevirir, nəsə axtarırdı.
Sonda SİM kart olan hissəni tapdı. Cibindən incə tel götürüb
SİM kartı çıxartdı.
Kişi Karinin SİM kartı əvəzinə
özününkünü taxdı.
Karin üçün nəfəs
almaq hər saniyə keçdikcə daha da çətinləşirdi,
bir yandan qorxu və həyəcan,
digər tərəfdən
isə qucağında
tutduğu qızının
ağırlığı ona
inanılmaz çətinlik
yaradırdı.
Növbəti stansiyaya çatarkən,
kişi sakitcə bıçağını gizlədib
öz yerində oturdu. Qapılar açıldı. Heç
kim gəlmirdi. Yarım dəqiqə burada gözlədikdən
sonra elektron səs ölüm səssizliyi ilə dilləndi:
"Qapılar bağlanır".
Karin son
ana qədər kiminsə
gələcəyinə ümid
etdiyi üçün
baxışları platformada
idi. Qapılar bağlanan kimi kişi yenidən yerindən ayağa durub onlara yaxınlaşdı.
***
Gecəboyu xəstəxanada Hildeni
gözləyərkən, su
içmək üçün
girişin solundakı
soda aparatının yanına
getmişdi. Orada qapıdan içəri girən qadının gözlə görünən
heç bir zədəsi yox idi, lakin üzündəki
ürküdücü ifadə
heç vaxt Karinin ağlından çıxmamışdı. Tibb
bacıları qadının
qollarından tutmuşdular,
qadın isə dayanmadan hönkürtü
ilə ağlayır,
nəsə demək istəsə belə, hıçqırıqdan boğulurdu.
İki gün qızlarından uzaq qaldıqdan sonra yenə eyni küçələrlə,
bu dəfə isə tələsmədən,
ailəlikcə evlərinə
dönürdülər. Hilde sağalmışdı və
anası ilə yeni
bel çantasının necə
olması barədə
danışırdı.
Hər şey yaxşı getmişdi.
Bu dəfə isə qatarda qucağında yatan qızı gözlərini azca aralayıb sual dolu baxışlarla anasına baxdı. Karin Hildenin üzünü sinəsinə sıxıb:
"Qorxma, heç nə olmayıb. Yorulmusan sadəcə",
- dedi.
Karin nə etsə belə, Hilde yuxudan ayıldı. Anasının
qucağında vaqonun
içinə boylandı.
Qarşılarında oturan
kişini görüb
ona gülümsədi.
Karin isə kişinin
üzünü ilk dəfə
bu qədər aydın gördüyünün
fərqinə vardı.
Vaqon sanki günəşlə aydınlatılmışdı.
Qatar növbəti stansiyaya girərkən, kişinin belində gizlətdiyi bıçaq hələ də görünürdü.
Karin çox narahat idi, Hilde isə susamışdı.
"Daha içə bilməzsən", - dedi
Karin, qızının əlindən
su butulkasını alaraq. Hər şey bitmiş kimi görünsə belə, qadının səsindəki qorxu bilinirdi.
Qadın
nə olduğunu başa düşmədən
kişi yenidən bıçağı çəkib
onların üstünə
gəldi. Ana və qızının qorxudan nəfəsləri tutulmuşdu.
Karin bıçağı görən
kimi təcili əyləcə nəzər
saldı. Təcili əyləclər həmişə
açıq idi, lakin onlardan istifadə edən yeganə insanlar əylənmək üçün
onları çəkən
uşaqlar idi. Təcili əyləc, bəlkə də artıq işləmirdi. Maşinist onlara çatacaqdımı? Amma bunları
düşünəcək vaxtları qalmamışdı
və indi təcili əyləci çəkmək Karinə
tək məntiqli çıxış yolu kimi görünürdü.
Qadın
tez ətrafına baxmağa başladı. Tuneldən çıxırdılar
artıq.
Başqa
bir şeyiniz var? - deyə soruşdu kişi.
Karin ilk dəfə idi onun gözlərinə və dodaqlarına baxa bilmişdi, kişinin üzündə
fərqli ifadə var idi - saat, ya
da bir zinət əşyası, üzük
arzusunda olduğunu düşündü. Onun
heç nəyi yox idi; heç
vaxt üzük taxmırdı. Karin başını
tərpətdi. Üzr
istədi, peşman oldu, sanki ondan
nəsə istəməyə
haqqı varmış
kimi hiss etdi və onu məyus
etdi. İçəri
girib bıçağı
çəkəndə bunu
qəzəb kimi yozdu. Amma qəzəbli deyildi. Onun emosiyaları
artıq qəzəbə
bənzəmirdi. Bəs
o nə idi?
O, sakit idi.
Günahkarlıq, heç bir günah hiss etmədimi?
Başqaları da belə şeylər
yaşayıblar, - deyə
düşünürdü. Həmin gecə xəstəxanaya girən qadının üzündəki
ifadənin eynisi bu dəfə Karinin üzündə idi - qorxu...
Sakit qalmaq lazım idi.
***
Kişi
telefonu yenidən cibinə qoydu. Onun üzü yarı örtülü idi; amma indi
onu daha yaxşı görə bilirdi. O, gənc idi, yüngül, dalğalı saçları
və uzun barmaqları vardı. Onun nəyə oxşadığını xatırlamalıdı,
amma niyə xatırlasın? Sadəcə
onu unutmaq istəyirdi.
Kişi
yerindən tərpənib,
oturacağın o biri
ucuna keçdi, artıq Karinə baxmır, hələ də bıçağı
əlində saxlasa belə, ona tərəf tutmurdu. Qorxmağa başladığını
görüb qızına
gülümsədi. Hilde çaşqın
görünür, nələrin
baş verdiyini başa düşmürdü,
Karin isə əlində
bıçaqla oturan kişinin gözlərini görmək istəyirdi.
Fikirləşdi: O, haradandır? O kimdir?
Onlar az qala, yeni stansiyaya
çatmışdılar və
Karin nəsə etməyə
hazırlaşdığını bilirdi. İşini bitirmişdi. Hilde onun yanında oturmuş, ayaqlarını yellədib,
ağ ayaqqabılarını
bir-birinə vururdu. Yerindən qalxan kişi bircə addım sonra əlindəki iri, köhnə və parıldayan bıçaqla
onların qarşısında
dayanmışdı.
Kişi
Hildenin qolundan tutub özünə çəkdi. Müqavimət
göstərməyin nə
demək ola biləcəyindən
qorxan Karin onu tutmağa cəsarət etmədi.
"Zəhmət olmasa", deyə bildi təkcə.
Karin bilirdi ki, kişi ona qulaq asmır,
hər şeyin belə bitməməli olduğunu düşünsə
belə, astaca qızının qolunu buraxdı. Bu anda qatar qaranlıq tuneldən çıxıb
növbəti stansiyaya
çatmışdı. Platformada
dayanan adamları görən kişi indi ağlayan Hildedən ayrılaraq platformaya, pilləkənlərə
doğru qaçaraq getdi. Bircə saniyə sonra o yoxa çıxmışdı.
Digər
sərnişinlər içəri
girib əyləşdilər.
Qatar hərəkətə başladı. Qadın çölə baxdı və onlar hələ
də öz əksini görə bildiyi tuneldə idilər.
Merethe LİNDSTROM
Tərcümə etdi: Malik
ATİLAY
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, ¹42.- S.31-32.