Dəmirağac
Sevimli əmim
– professor
Əyyub
İskəndərova ithaf
Özün
dəmir kimi - adın "dəmir"di,
ağacların
şahı - "adamtək ağac"...
İyirmi
milyon il, - yaşın qədimdi...
Yurdun dəyanəti
- mübarək ağac!
Diyar-diyar
gəzir sözün-söhbətin,
zirvədə
bərq vuran zümrüd qaşısan...
Talış
dağlarının nadir sərvəti, -
ana təbiətin
məhək daşısan...
Çiçəyin,
yarpağın Günəşi sevər,
çətiri
kölgəli, səfalı ağac...
dəstə
budaqların əl-ələ verər, -
el dilində
adın: "şəfalı ağac"...
Polad kimi
möhkəm, daş kimi sərtsən, -
nə
qasırğa yıxmaz, nə balta batmaz...
Sən elə
möcüzə, elə sehrsən, -
nə
odda alışmaz, nə suda batmaz...
Qorxutmaz nə
isti, nə sazaq səni, -
çiçəyin
tez açar yarpaqlarından...
Tarix də
həkk edib, - ulu adını
yaşadır
"qırmızı kitab"larında...
Torpağın
dayağı, tarix yaddaşı, -
yurdun
möcüzəsi, ay dəmirağac!
Tək-tək
oğullar var, səninlə qoşa, -
qürurda,
elinə tay, dəmirağac!
Salam,
torpaq
Salam,
torpaq, - mənim ilkim, əzəlim!
Bir kəlmədən
cana gələn gözəlim...
O zamandan
öz başımda öz əlim, -
əkirəm,
əkirəm, - biçə bilmirəm...
Demə,
səndən uzaq düşmək qəhərmiş,
qucağında
zülmət - nurlu səhərmiş...
Şərbət
sanıb süzdüyüm bir zəhərmiş, -
udqunub,
udqunub, - içə bilmirəm...
Doğru
nədi, yalan nədi, seçmirəm, -
eşq qədəhi
bir udumdu, - içmirəm...
Ovcumdakı
qədərimdən keçmirəm -
arıdıb,
arıdıb, - seçə bilmirəm...
Nə
uzağın, nə yaxının səfası,
nə
doğmanın, nə hampanın vəfası, -
hər
ülfətin başdan aşır cəfası,
duruxub,
duruxub, - keçə bilmirəm...
Sübh
günəşə, şam doğulan aya bax.
Ömür
hanı? İllər gəlmir saya, bax...
Salam,
torpaq! Qalanıbdı taya, bax, -
yayınıb,
yayınıb, - qaça bilmıram...
Gül
Nə
gözəl xəlq edib Yaradan səni, -
sevda
bağçasında bir qönçə gülsən.
Ətrini
duyandan sehrə düşmüşəm, -
bir budaq
üstündə yarpaq - mən, gül - sən.
Cənnət
gülüm, dünyanı heç bilmə sən,
hər
qılığa aldanıb, eşq bilmə sən...
Pis oluram,
hər gülənə gülmə sən, -
tək mənim
ruhuma nur çilə, gül sən.
Qoy
açsın tumurcuq dil, gülüşündən, -
etmə sən
Elmanı gəl gülüşündən...
Ürək
də gül açar, gül gülüşündən,
a güllər
sultanı, üzünə gülsən...
Gözəl
Ay bulaq
başına əlində səhəng, -
sübh
çağı hamıdan tez gələn gözəl...
Nağıllardan
uçan su sonasıtək -
lal suyun
üzündə güzgülən, gözəl...
Sular
heyran olsun ətrinə sənin.
Budaqlar
çevrilsin çətrinə sənin...
Güllər
qoy dəysinlər xətrinə sənin, -
ay gülə-çiçəyə
naz edən gözəl...
Gördüm
səni, oldum yaralı axı, -
dilimin sənə
var sualı axı:
- Səndən
necə qalım aralı axı?
Gözümün
içində gəz-dolan, gözəl...
Təkləndim
bir belə adam içində
Hər səhər
Günəşdən od kəsirəm mən,
hər
gecə zülmətə qul, əsirəm mən...
Həmişə
harasa tələsirəm mən,
dünya
boyda evin yadam içində...
Hayanda
olsam da, qonaq kimiyəm.
Damı səma
olan otaq kimiyəm...
Qasırğa
gözləyən ocaq kimiyəm, -
Nuhun gəmisiyəm
bu dam içində...
Tapdığım
cığırın tozunda itdim.
Bir kolun
tikanlı şivində bitdim.
Səadət
duyğulu bir qəmə batdım, -
yandığım
atəşin, şadam içində...
Torpaq can
dilədi, göylər bilmədi...
Külək
haldan düşdü, od dincəlmədi...
Dağ
dağa rast gəldi... insan gəlmədi, -
təkləndim
bir belə adam içində...
Elman
İSKƏNDƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, ¹42.- S.25.