ANARIN
ƏSƏRLƏRİ QARDAŞ TÜRK
ÖLKƏLƏRİNDƏ
Bişkekdə Xalq yazıçısı Anarın Seçilmiş hekayələr kitabı işıq üzü görüb. Kitabda Çingiz Aytmatovun 2005-ci ildə Anar haqqında qələmə
aldığı məqalə Ön söz olaraq təqdim
edilib. Kitabın tərcüməçisi məşhur
qırğız yazıçısı Kotorqən Joldobek
Monoldorovdur. Kitaba Anarın on dörd hekayəsi daxil edilib. Xalq
yazıçısının Moskvada işıq üzü
görmüş kitablarının və filmlərinin
siyahısı kitabda yer alıb.
Özbəkistanda
nəşr olunan «Təfəkkür» jurnalında isə
Anarın «Yaşasın söz azadlığı» hekayəsi
çap edilib.
Qeyd edək
ki, Özbəkistanda yazıçının on bir kitabı
çap edilib, bundan başqa ədəbi qəzet və
jurnallarda onlarla hekayələri, müsahibələri dərc
olunub. «Dantenin yubileyi» povesti televiziya ekranında səhnələşdirilib,
«Zəncir» hekayəsi əsasında bəstəkar E.Kələntərovun
yazdığı musiqili komediya Mukimi adına Dövlət
Teatrında tamaşaya qoyulub, «Asqılıqda işləyən
qadının söhbəti» hekayəsi əsasında
qısametrajlı film çəkilib.
Özbəkistan
Prezidenti Ş.Mirziyayev Anarın 85 illiyi münasibətiylə
onu qardaş ölkənin «Dostluq» ordeni ilə təltif edib.
Eyni
zamanda Xalq yazıçısı Anarın Qazaxıstan
Respublikasında sayca beşinci kitabı nəşrə
hazırlanır.
Ədəbiyyat
qəzeti: xüsusi buraxılış.- 2025.- 21 noyabr, ¹43-44.-
S.29.