İrəvanın yaddaşı - Ofelya xanım

Bağırbəyovanın ömür hekayəsi

 

"İtirilmiş yurdların ən böyük varisi onların yaddaşını yaşadanlardır".

 

Bəzi insanlar var ki, onların həyatı təkcə yaşanmış illərin deyil, bütöv bir dəyərlər dünyasının ifadəsidir. Onlar həm öz dövrlərinin, həm köklərinin daşıyıcısı olurlar. Belə insanlardan biri geologiya-mineralogiya elmləri namizədi, dosent Ofelya xanım Bağırbəyovadır - bir ömürlük elm sevgisini, milli yaddaşla qovuşmuş nəcibliyi qadın zərifliyini öz varlığında birləşdirən şəxsiyyət.

Ofelya xanımın həyatına baxanda, elə bil zaman özü dayanır səni dinləyir: nəsillərin, daşların, torpaqların, yurdların hekayəsini danışır. Ofelya xanım - əsrlərlə maarif, elm xeyriyyəçilik ənənəsini yaşadan İrəvanskilər Makinskilər nəslinin davamçısıdır. Bu nəcib soyun nümayəndələri bir vaxtlar İrəvanda maarifin, mədəniyyətin, insanlıq işığının daşıyıcıları olublar. Ofelya xanımın həyatında bu işıq hələ yanır - sabit, təmkinli sönməz bir alov kimi.

Ofelya xanımın ulu babaları arasında İrəvan xanlığının görkəmli dövlət xadimi Abbasqulu xan İrəvanski xeyriyyəçi, İrəvan şəhər Dumasının üzvü Pənah xan Makinski kimi tarixi şəxsiyyətlər dayanır. O babalar təkcə bir nəsli deyil, bir millətin ləyaqətini təmsil ediblər. Onun babası Əli xan Makinski, nənəsi Tacı xanım İrəvanskaya, anası Dövlə xanım Makinskaya, atası isə İrəvanın tanınmış ziyalı ailəsindən olan Cəfər Məşədi Hüseyn oğlu Bağırbəyov olmuşdur. Ofelya xanımın üzündə, baxışında, danışığında bu nəcib nəsillərin izləri hiss olunur - o izlərdə həm şəhər mədəniyyəti, həm milli qürur yaşayır.

Belə bir mühitdə böyüyən uşağın həyatı elə bil tale tərəfindən əvvəlcədən yazılıb - elmə, təhsilə, nəcibliyə yönəlib. Ofelya xanım da bu yolla addımlayıb hər addımında mənəvi köklərinə sadiq qalıb. Onun üçün elm sadəcə bilik deyil, insanı ucaldan bir missiyadır.

Azərbaycan elmi mühitində onun adı geologiya elminin ciddiyyəti səbir tələb edən sahələri ilə bağlı çəkilir. O, ölkəmizdə ilk dəfə "İzotop geologiyası geoxronologiya" laboratoriyasının yaradılmasında iştirak edib. Bu, elmin yeni səhifəsini açmaq idi - zamanın sirlərini, yer qatlarının minillik yaddaşını oxumaq. Ofelya xanım bu yaddaşı daşlardan, qayalardan, torpağın dərin qatlarından oxuyurdu. Azərbaycanın müxtəlif bölgələrində apardığı elmi ekspedisiyalarda o, təbiətin sirrini anlamağa, torpağın bizə dediyini dinləməyə çalışıb. Böyük Kiçik Qafqazda qızıl filiz yataqlarının tədqiqi zamanı o, yalnız geoloq deyil, sanki torpağın dilini bilən bir tarixçi idi.

Bu illərin əməyinin nəticəsi kimi üç sanballı monoqrafiya, 120-dən artıq elmi məqalə, onlarla beynəlxalq konfrans simpoziumda çıxışlar yaranıb. Onun 40-dan çox elmi məqaləsi dünyanın nüfuzlu elmi jurnallarında dərc olunub. Amma bu rəqəmlərin arxasında təkcə bir alimin zəhməti deyil, bir qadının səbrinin, bir ziyalının məsuliyyətinin hekayəsi dayanır.

Ofelya xanımın həyatında yalnız elmi fəaliyyət deyil, insan yetişdirmək missiyası da önəmlidir. Neçə illər Nəcib Qızlar Kollecində direktor müavini kimi çalışıb. O kollecdə onun hər addımı, hər sözü gənc qızlara örnək idi. Onlara təkcə fənni deyil, həm həyatın təməl qanunlarını - sədaqəti, zövqü, vicdanı öyrədib. Onun üçün qadının savadı qədər, mədəni davranışı estetik baxışı da vacib idi.

Ofelya xanımın evində olmaq, onunla söhbət etmək bambaşqa bir duyğudur. Mən tez-tez onun qonağı oluram. Hər dəfə o evin kandarından keçəndə, sanki keçmişin qapısından içəri girirsən: divarlarda köhnə şəkillər, masada ailə albomları, havada sükunət mədəniyyətin birləşdiyi o incə ab-hava... Ofelya xanımın səsi sakit, dərin xatirələrlə doludur.

O, anası Dövlə xanım Makinskayanın İrəvanla bağlı xatirələrini danışanda, otaqda qəribə bir səssizlik hökm sürür. Hər söz sanki bir daşın üstündə doğulur. İrəvan onun üçün təkcə bir şəhər deyil, itirilmiş bir musiqi, uşaqlıq səsi, baxışların dərinliyində qalan bir işıqdır. Söhbət arasında o, Göy Məsciddən, Zəngi çayının səsindən, İrəvan bağlarının ətrindən danışır. O anlarda səsində həm nisgil, həm qürur duyulur - bir tərəfdən, itirilmiş yurdun ağrısı, digər tərəfdən, o torpağın mədəniyyətini, adətini yaşatmaq sevincidir.

Bəzən birlikdə ailə foto-albomlarına baxırıq. O şəkillər təkcə portret deyil, bir tarixdir. Hər baxış, hər geyim, hər təbəssüm bir dövrün şahididir. Ofelya xanım o şəkillərə baxarkən sakitcə gülümsəyir, sanki hər fotoda bir nəfəs, bir xatirə ilə görüşür. "Mən o nəslin davamçısıyam," - deyir, - "amma bu, təkcə fəxarət deyil, həm məsuliyyətdir."

Ofelya xanımın evindəki hər detalda keçmişin incəliyi, İrəvan xanlarının nəcibliyi hiss olunur. Qızı Dülguşə xanım (dahi Üzeyir Hacıbəyli nəslinin yadigarı) hər dəfə xüsusi zövqlə süfrə açır. Süfrədə mütləq İrəvan şəhərinə məxsus bir xörək olur: İrəvan dolması, cızda plov. Bu yeməklər sadəcə dad deyil, yaddaşın, kimliyin, yurd sevgisinin təcəssümüdür.

Ofelya xanımla söhbət etdikcə anlayırsan ki, ailə, elm vətən onun üçün bir bütövlük təşkil edir. O, gözəl ailə başçısı, daşların dilini bilən geoloq, xalqının yaddaşını qoruyan böyük ziyalıdır. Ofelya xanım sanki özü bir abidədir - canlı, düşünən, sevən bir abidə. Onun zərif təbəssümü, sakit danışığı, səmimi baxışları insanı özünə çəkir. Onun yanında vaxt dayanır, söhbət uzandıqca həyatın mənası bir az da aydınlaşır.

O, bir alim kimi Azərbaycan elminin tarixində özünəməxsus yer tutub. Onun həyatı sübut edir ki, elm yalnız bilik deyil, həm vicdan, estetik duyğu vətən sevgisidir. O, elmi qadın zərifliyi ilə birləşdirib bu yolla bir ömürlük iz qoyub.

Ofelya xanımın bir böyük arzusu var - İrəvan xanları nəslindən qalan qədimi çini qabı şəxsən Prezident İlham Əliyevə təqdim etmək. Bu qab Ofelya xanım üçün təkcə tarixi yadigar deyil, həm xalqımızın zəfərini, milli qürurunu itirilmiş yurdun xatirəsini simvolizə edən bir incəsənət nümunəsidir.

Ofelya Bağırbəyovanın varlığı insanın içində sakit bir qürur oyadır. Elə bil onun baxışları ilə baxanda İrəvanın minarələri görünür, Azərbaycan elminin sabahı işıqlanır. Onun həyatının hər səhifəsində bir fikir yazılıb:

"Elm mənim borcum, nəciblik mənim yolumdur".

 

Fəridə SƏFİYEVA

 

Ədəbiyyat qəzeti.- 2025.- 28 noyabr, №45-46.- S.21.