Həmən o evdi
Palçıq
divarları boydan balaca,
Mənim
doğulduğum həmən
o evdi.
Yaşlı görkəmində, qocadan qoca,
Üstü yaşıl donlu
çəmən o evdi.
Həmən
evdi, tikəcəyi taxtadan,
Palçıq üstdə qurulmuşdu
dördbucaq.
Qapımızı qoruyurdu şaxtadan
-
Çar-çapıta sarılmışdı
bir qucaq.
Gözlərimdən
yenə keçir o çağlar,
Gəlir
xatirimə xəyal qurmağım.
Buluda əl atıb ulduz tutmağa,
Uşaq
xəyalımdı Aya çıxmağım.
Kiçik
təpələrdən ləzzət alardım
Göydə uçurduqca çərpələngləri.
Di gəl ki, kərdidə
hey yıxılardım
Tutmaq istəyəndə kəpənəkləri.
Həyətdə
torpağa, zığa batdığım
O yerlər könlümdə
bir cığır salıb.
Həmən tikəcəkdə ata-anamın
Rəsmini cızdığım izləri qalıb.
Görürəm
nənəmin təknə, tabağı
Toz
basıb, amma ki, taxcasındadı.
Üstündə paslı nal sınıq dirəyin
Başlığı üstündə,
baxçasındadı.
Babamın
çarığı saralıb, solub,
Köşəbənd ipindən, küncdən sallanır.
Nəfit
lampaların işıq
saçdığı
Torlu pəncərələr bizə
boylanır.
Unutmaq
olarmı kərmə, təzəyi?!
Mal-heyvan ətridi kəndin havası.
Çatlaq divarların bəri-bəzəyi
Qaranquş yuvası, sərçə
yuvası.
Qəlbim
tab eləmir belə fəryada,
O yanan ocağın külü sovrulub.
"Kişilər ağlamaz",- deyən dünyada
Ürəyim susmaqdan yaman yorulub.
Keçmişə
qayıdıb qalaqlanıram,
Nəfəsim daralır sinəmin
altda.
Ölməkdən qorxmuram, unudularam,
Bəlkə bir şeirlə
qaldım dünyada.
Mənim
də səsimin sədası gəlsin
Köklə
sarı simi, köklə, a tarzən,
Gəlsin
ürəyimin qadası,
gəlsin.
Ruhum ayrılmamış öz
bədənindən
Mənim
də səsimin sədası gəlsin.
Oxuyub
sızladım xumar gözləri,
Bəmdə laylay deyim, çəkim şikəstə.
"Şahnaz"ın üstündə,
"Şur"un üstündə
Girim yar
qoynuna, girim ahəstə.
Ələnsin
gözümdən qoy Arpa çayı,
Vayxır
yaxalasın kədər-qəmimi.
Qatarla mən keçim Arazın üstdən,
Aparsın, Xəzərdə batırsın
məni.
Şimşəklər
çaxaraq göy dağlayacaq
Mən qərib dünyadan nəs köçən günü.
Yağış laylay deyib gur ağlayacaq
Cismimi torpağa köçürən
günü.
Həmd
edin, qəbrimə düşməsin yağış,
Yağsın, ellər dönsün
gülüstanlığa.
Sinəmi
qoruyun, ora yağmasın,
Sirlərim dərd açar
qəbristanlığa.
Evdə
böyük idi ən doğmalarım
Evdə
böyük idi ən doğmalarım,
Atadan babamdı, anadan nənəm.
Əmim
də, bibim də bizdən biriydi,
Biznəndi ömr edən,
ruhən və mənən.
Əzəldən
beləydi ailənin himi,
Şərikdik sevincə, birdi
acımız.
Əmimin,
bibimin dediyi kimi -
Atam
"Qağa"mızdı, anam "Bacı"mız.
Keçmişi
yaşadır ad qoyulanlar,
Bununla olublar şərik dərdimə.
Təsəlli tapıram belə
baxanda,
Ancaq doğmalarım girir qəlbimə.
Desəm,
yarımadım mən o sarıdan,
Bəlkə ayıb olar oğuldan, qızdan.
Yoxsa, yıxılanda, düşəndə
nəvəm
Adımla
olardım yara sızladan.
Könül
yad sözündən bulanarmı heç?!
Adamı
doğması qoy yandırmasın.
Bu fani dünyanın günahından keç,
Gedəndə əməlin utandırmasın.
Yaşadım
Bu
dünyanı gəzə-gəzə,
Ağrısına dözə-dözə.
Ürəyimi üzə-üzə
Yaşadım.
Hərdən
alqışlanan oldum,
Oldu, qarğışlanan oldum.
Bəzən bağışlanan oldum
-
Yaşadım.
Qürbət
saldı çətin dərdə,
Çevrildim başqa bir fərdə.
Möhtac
olmadan namərdə
Yaşadım.
Varlığımla,
yoxluğumla,
Aclığımla, toxluğumla,
Ümidlərdə çoxluğumla
Yaşadım.
Çiyinlər
öyrənib yükə,
Ağrısı ömrə təhlükə.
Bu gün öldüm, sabah bəlkə
Yaşadım.
Nəvəmlə
söhbət
-
Köçərilər payız uçur, yaz qayıdır,
Quşlar
köç edəndə
qayıdır, baba?
İnsanlar köçəndə niyə qayıtmır?
- Torpaq aldığını
qaytarmır, bala.
Məni xəyal
tutub apardı göyə,
Nə cavab qaytarım, dedim uşağa.
Bu sual önündə çarəsiz idim,
Susub gözlərimi tikdim uzağa.
Cavab verməliydim
axı nəvəmə,
Körpə gah yerə, gah göyə
baxırdı.
Mənimsə nə atam, nə anam vardı,
Mənim
də ulduzum sönüb axırdı.
-
Uçanlar qayıdır, köçənlər əsla,
Biri ötəridi, biri əbədi.
Quşlar
mələk kimi göyə uçurlar,
İnsanlar torpağa köçür
əbədi.
Sualın
içindən birtəhər çıxıb,
Bu sözü nəvəmə
dedim, kövrəldim.
İnsanın həyatı yaşla
bağlıdır,
Bir gün mən də köçüb gedəcəm, dedim.
Bilirdim
Mən səni
ən yaxın, ən doğma adam,
Mən səni gözümün ağı bilirdim.
Mən səni dünyaya sığa bilməyən
Könlümün çiçəkli bağı bilirdim.
Mən səni
yuxumda belə sevirdim,
Gözümü açırdım sevirdim
yenə.
Deyirdin,
tufanlar, sel gəlsə belə,
Sən üz çevirməzsən
heç zaman mənə.
İllərdi
daşıdım öz nəfəsimdə,
Oldum dərdlərinin loğman
həkimi.
Hər sözün mənimçün
bir qanun idi,
Sən idin dünyamın sevda hakimi.
Mən səni
ən yaxın, ən doğma adam,
Mən səni gözümün ağı bilirdim.
Mən səni dünyaya sığa bilməyən
Könlümün çiçəkli bağı bilirdim.
Alməmməd ELDAROĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, ¹45-46.- S.29.