Məmməd Əliyevin "Bir uzaq yaşıl ada" romanının

bədii-fəlsəfi diskursu təhkiyə paradiqması 

 

***

 

M.Baxtinin polifonik roman nəzəriyyəsindəki yanaşmalardan çıxış etsək, birmənalı şəkildə təsdiqləyə bilərik ki, M.Əliyev çağdaş modern postmodern yazı üslubuna üstünlük verənlərdən fərqli olaraq nəinki incələnməsini həyata keçirdiyimiz "Bir uzaq yaşıl ada", həm ondan əvvəlkilərdə öz personajlarının hamısının səsini müstəqil şəkildə təqdim etməyə müvəffəq olmuşdur. M.Əliyevin təhlil etdiyimiz romanının digər polifonik xüsusiyyətlərindən bəhs etdikdə əsərdəki sinxronluğa da nəzər yetirmək məqbul hesab edilə bilər. Kommentariyalı oxu zamanı əsərə tənqidçi gözü ilə qavrayış prosesində yanaşdıqda yəqin etdik ki, bu əsərin süjet xətti qəhrəmanların davranışı eyni bir zaman kəsiyində sinxron olaraq nümayiş etdirilir. Qeyd etdiklərimizlə bağlı bir məqamdan da yan keçmək olmaz ki, M.Əliyevin "Bir uzaq yaşıl ada" romanının başqa bir polifoniyası qəhrəmanlar arasında gedən dialoqla bağlıdır. Qeyd edək ki, "Bir uzaq yaşıl ada"da biz nəinki qəhrəmanın xüsusi daxili monoloquna, həm onun digər qəhrəmanlarla olan dialoquna diqqət yetirməliyik. Əsərin üçüncü hissəsındəki Lidiya Rəsulova ilə bağlı təsvirlər Muradla Lidiya arasındakı söz atışmaları, yaxud klassik poetik terminologiyanın dili ilə desək, "hərbə-zorba" da müəllifin uğurlu dialoqqurma ustası olduğunu sübut etməkdədir.

Yeri gəlmişkən bildirək ki, bütün roman boyu Muradın nəinki Lidiya Rəsulova ilə olan mükalimələri, həm digərləri ilə olanları eyni tonda deyildir. Bu da, fikrimizcə, roman müəllifi tərəfindən baş qəhrəmanın daxili aləminin ən incə məqamlarını səciyyələndirən tipik xüsusiyyətlərdəndir. O, belə demək mümkünsə, daim ziddiyyətlər burulğanındadır. Müəllif əsərdə bu tipli formalı dialoqlara bilərəkdən yer verməklə personajlarının mənəvi aləmi qəhrəmanının özünün içində gedən şüur elementlərini nümayiş etdirməyi hədəfləyir.

Məmməd Əliyevin "Bir uzaq yaşıl ada" romanını diqqətlə nəzərdən keçirdikdə görürük ki, M.Baxtin nəzəriyyəsi fərdi baxış bucağımıza söykənərək polifoniyanın son dərəcə mürəkkəb bədii priyom olub, əsərin qəhrəmanlarının müxtəlif müstəvilərdə harmonik mövcudluğunu təmin etmək üçün çeşidli priyom kompozisiya-struktur prinsipindən yararlanır ki, burada müəllif qəhrəmanların mənəvi dünyasının dərki həyat baxışları çeşidli yönlərdən xarakterizəolunma imkanı əldə edir. Odur ki, belə formatlı bədii-estetik yanaşmalar adını çəkdiyimiz müəllifin narrativ strategiyasında uğurlu mövqedə dayanır. Bütün bu aspektlərlə bağlı müşahidələr apardıqca müəyyənləşdiririk ki, M.Əliyevin adını çəkdiyimiz nəsr əsərinin daha dərinləşdirilmiş əsaslandırılmış şərhini verərkən biz koqnitiv poetika mətn tədqiqi instrumentarilərini - səs kateqoriyasını, koqnitiv poetika kateqoriyasını, dünyanın ətraf aləmin qavrayışı üçün diqqətin, yaddaşın nitqin təhlili, yəni varsa, hamısının düşüncəyə söykənməsi "Bir uzaq yaşıl ada" romanının bədii aləminin polifoniyasını, mətn təhlilini, Lidiya Rəsulova onun kimilərlə Murad arasında olan ziddiyyətli düşüncə, yanaşma ideoloji-mənəvi aləmlərin qarşıdurmalarında, dəyər sistemləri kontrastlarının, inam ideallarının antaqonizmində, əsərin bir sıra səhifələrində bədii səs anlayışını, sovet ideologiyası, proletariat diktatı ilə yenilikçilik baxışları arasındakı ziddiyyətləri bədii çoxsəsliliyin aktuallaşmasında izomorf vasitələr s. təhlilləri (izomorf - obyektlər arasında quruluş ümumiliyini ifadə edən münasibətə deyilir) nəzərdə tutur ki, onlardan hər birində təhlil obyektlərinin struktur xüsusiyyətləri müəyyənləşdirilir.

Azərbaycan ədəbi-nəzəri fikri estetik yanaşmalarında gərəyincə diqqət yetirilməmiş polifonik roman nəzəriyyəsi problemlərinə milli ədəbiyyatşünaslığımızın diqqət yetirməsinə bu gün daha böyük ehtiyac duyulmaqdadır. Ədəbiyyatşünaslığımızdakı bu boşluqları doldurmaq üçün M.Baxtinin nəzəri-metodoloji yanaşmaları, Mariya Berdnikovanın "Bədii məkanın janr spesifikası (F.M.Dostoyevskinin polifonik romanı)", V.Rudnevin "Polifonik roman" // Polifonik cisim. XX əsr mədəniyyətində şizofreniya, V.Pelevinin "Mafusaila Lampası, yaxud çekistlərlə masonların sonuncu döyüşü: böyük polifonik narrativ", N.Tamarçenkonun. "Monoloji roman" // Poetika. Aktual termin anlayışlar lüğəti" s. bu kimi əsərlərdə yer almış anlayış terminoloji izahlardan yararlanmaq Azərbaycan nasirlərinin əsərlərinin təhlilində uğurla istifadə edilə bilər.

 

***

 

Biz Məmməd Əliyevin "Bir uzaq yaşıl ada" romanının çeşidli tərəflərindən bəhs edərkən "narrativ" istilahından da istifadə etməyi zəruri hesab edirik. Oxucular tənqidçilər üçün kifayət qədər aydın olsun deyə, bədii ədəbiyyatda belə terminoloji ifadələrdən daha sıx-sıx ona görə istifadə etməyə meyilli oluruq ki, "narrativ" oxucu, yaxud dinləyiciyə bir-biri ilə çoxsaylı qarşılıqlı əlaqədə olan hadisələrdəki söz fikirlərin ardıcıllığı, yaxud obrazların köməyi ilə müstəqil yaradılan təhkiyəni nəzərdə tutur ki, bu baxımdan "təhkiyə" ilə "hekayət" ifadələrinin əsasən üst-üstə düşdüyünü nəzərə çarpdıraq. Romandakı hadisə obrazlar, onlar arasında mövcud olan qarışıqlıq yaradan situasiyalar sona qədər aydın olmadıqda, bunların nədən baş verməsi ilə bağlı fikirlər yaranır. Məsələn, romanda yer almış Muradla Lidiya Rəsulova arasında tarıma çəkilmiş münasibət söz atışmalarının səbəblərini biz Lidiya Rəsulovanın fərdi həyat baxışları, türkə münasibəti fonunda daha aydın şəkildə təyin edə bilirik. Onu da əlavə edək ki, "narrativ" heç yalnız ədəbiyyatşünaslıqda yox, həm psixologiya, tarix, politologiya, sosiologiya digər elm sferalarında da tətbiq edilməkdədir. Ədəbiyyat ədəbiyyatşünaslıqda narrativdən ona görə istifadə edilir ki, bu oxucu, yaxud tənqidçi auditoriyasını daha çox maraqlandıra bilir.

Məmməd Əliyevin "Bir uzaq yaşlı ada" romanının episentrində Muradla digər personajlar, epizodik obrazlar arasında müəllif maraqlı təhkiyə nüvəsi yarada bilir. Bu isə qəhrəman üçün başlıca problem (avtomatik olaraq insanla yaranan emosional, yaxud davranış reaksiyası, yaxud emosional partlayış, yaxud impulsiv hərəkət s.) trigger olaraq konfliktətrafı süjetin əksər tərəflərinə sarılmaqla diqqət mərkəzinə düşür.

Yazıçının "Bir uzaq yaşıl ada" əsərinin struktur kompozisiya planında fərdi təkrarolunmaz baxışı aşağıdakı məqamlarda özünü daha yaxşı ifadə edir. Burada ilk olaraq retardasiyadan (ləngimələrdən) istifadə göz önünə gəlir ki, belə priyom təhkiyəni lirik ricətlərin, qəhrəmanın fəlsəfi düşüncələrində özünü biruzə verdiyini, retrospektivlik (məsələn, Muradın, Tengizin digərlərinin fəaliyyət hərəkətləri ilə bağlı məqamlarda ortaya çıxır. Onlardan əsasən qeyri-xətti narrativlərdə istifadə olunur. Eyni zamanda biz romanda futurospektivadan (gələcəyə baxışdan) istifadə, introspeksiyadan - qəhrəmanın özünün öz davranış hərəkətləri üzərində düşüncələri, personajın öz diqqətini əsasən özünün fiziki, emosional mental vəziyyəti üzərində qurması hallarında (məsələn, hamının Muradı "milli oğlan" kimi nəzərdən keçirməsi kimi məqamlarda) daha aydın görə bilirik.

Yeri gəlmişkən dediklərimizə onu da əlavə edək ki, termin "narrativ" (lat. narrare - danışmaq, təhkiyə etmək) - özünün hər hansı tarixi qeyri-xüsusi nitqilə ərz etmək mənasına gəlir ki, ədəbiyyatşünaslıq linqvistikaya bu termin tarixşünaslıqdan "narrativ nəzəriyyə" konsepsiyasının köməyi ilə A.Toynbi tərəfindən gətirilmişdir. Başqa sözlə desək, "narrativ" hər hansı məsələni dərindən bilən mənasını çevrələməkdədir. Beləliklə, insan danışarkən, yaxud yatarkən hadisələrin ardıcıllığını yaradıb, ətraf aləmi interpretasiya etməklə özünü tanıya bilir. Azərbaycan ədəbi-nəzəri fikrində özünə hələ vətəndaşlıq hüququ qazanmamış belə nəzəri baxışa söykənərək nəinki yuxarıda qeyd etdiyimiz sahələrdə, həm ədəbiyyatşünaslıqda narratologiyanın imkanlarından yararlanıb monumental nəsr nümunələrinin çeşidli yanaşmalardan istifadə edib problemin öyrənilməsində izah təfsirlərinin aparılmasına nail olmaqla belə yanaşmanın səmərəliliyini gözə çarpdıraq. M.Əliyevin "Bir uzaq yaşıl ada" romanına tətbiqən danışdıqda isə metodoloji baxımdan həm bu əsərin çərçivələrində biz dil, təfəkkür, mədəniyyət ədəbi nümunələrin qarşılıqlı dialektik vəhdətdə olduğunu daha çox təşkil etməsini göstərməyə çalışırıq.

Narrativlər həm real hadisələr, həm bədii xülya üzərində araya-ərsəyə gələ bilər. "Bir uzaq yaşıl ada" romanında isə bu real hadisələrin müəllif tərəfindən yaradılmış ümumi mənzərəsi olmaqla, M.Əliyevın özünün bədii ustanovkalarına real hadisələrdən ortaya çıxan təəssüratlara söykənilməklə oxucu auditoriyasına təsir etməyi nəzərdə tutmuşdur. Məmməd Əliyevin bəhs etdiyimiz romanında biz müəllifin bacarıqlı təhkiyəçiliyini heç yalnız hadisələrin, personajların adlarının sadalanmasında görmürük. O, sanki maraqlı bir mozaik panno üzərində hadisələri zəruri ardıcıllıqlarla düzərək, əsərin detallarına gətirilmiş elementləri onlar arasındakı münasibətləri inandırıcılıqla təqdim etməklə narrativi qaydaya salıb, baş qəhrəmanın layiq olduğu bir məkan yaradır. Əsərdə yer almış bütün personajlar baş qəhrəmanla həmahənglik təşkil etməklə mətndə parlaq maraqlı obrazlar araya-ərsəyə gətirir.

M.Əliyevin haqqında bəhs etdiyimiz onun tetralogiya janrında qələmə aldığı nəsr əsərlərinin bədii nümunələr sırasında özünə layiqli yer tuta biləcəyi arzusu ilə hələki təhlillərimizi sonuclamağı məqbul hesab edirik.

 

Nizami Məmmədov TAĞISOY

 

Ədəbiyyat qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.27.