İmamverdi İsmayılovun hekayəsi
Türkiyə mətbuatında
Yazıçı, millət vəkili İmamverdi İsmayılovun
“Bayquş və qarovulçu” hekayəsi Türkiyədə nəşr
olunan, məşhur yazarların və görkəmli ədəbiyyat
simalarının da imzalarının yer aldığı “Türk ədəbiyyatı aylıq
fikir və sənət dərgisi”ndə
işıq üzü
görüb.
“Qafqazinfo”nun
məlumatına görə,
bu hekayə milli mətbuatımızda,
populyar ədəbi dərgilərimizdə və
müxtəlif yerli saytlarımızda dəfələrlə
dərc olunaraq geniş oxucu kütləsinin rəğbətini
qazanıb.
Qeyd edək
ki, “Bayquş və qarovulçu” hekayəsi haqqında dəyərli imza sahibləri, akademiklər,
yazıçı və
ədəbiyyat tənqidçilərinin
resenziyaları, analitik
müəllif rəy və yazıları, dəyərli fikirləri dərc olunub.
Son zamanların
ədəbi hadisəsinə
çevrilən hekayə
Türkiyə mətbuatının
da diqqətini cəlb edib. Belə ki, İ.İsmayılovun
“Bayquş və qarovulçu” hekayəsini
türk xalqları ədəbiyyatının təəssübkeşi,
Azərbaycan mədəniyyəti
və ədəbiyyatına
hər zaman böyük sevgi ilə yanaşan, şair və yazıçılarımızın əsərlərini türk
dilinə tərcümə
edən tanınmış
türk şairi və yazıçısı,
tərcüməçi İmdat
Avşar çevirib.
Böyük ədəbi zövqlə tərcümə edilən
hekayə Türkiyədə
yüksəktirajlı və
ən çox oxunan “Türk ədəbiyyatı aylıq
fikir və sənət dərgisi”nin
sentyabr nömrəsində
qardaş oxucularımıza
təqdim olunub.
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, ¹36.- S.7.