Azərbaycan şairləri Belorusiyada
nəşr olunan topluda yer alıb
Belarus Respublikasında Böyük Qələbənin 80 illiyinə (II Dünya Müharibəsi, 41- 45-ci illər) həsr olunmuş
“Великая победа – на века! поезия, проза, публисистика” (“Böyük Qələbə – əbədilik! poeziya, nəsr, publisistika”) toplusu nəşr olunub.
Bakupost.az xəbər verir ki, ideya müəllifi Belarus Yazıçılar İttifaqının Minsk şəhər bölməsi, tərtib edənlər: М.П.Поздняков, Е.А.Стельмах, Т.В.Ковальчукdur. Kitaba Belarus Milli ədəbiyyat mükafatı laureatı Елена Стельмах “…И плачут строки”
(“...və sətirlər ağlayır”) adlı ön söz yazıb.
Topluya MDB
ölkələrindən olan şair və
yazıçıların əsərləri, o cümlədən,
Azərbaycan şairləri: Sabir Rüstəmxanlının “Дети сорок шестого”, Nurəngiz
Günün “Прощание с млечным путем”
poemaları, Böyükağa Qasımzadənin “Песня атаки”, Əli Kərimin “Матери плачут”
şeirləri də daxil edilmişdir. Müharibəyə həsr
olunmuş şeirlər, poemalar, nəsr, publisistika əsərlərində
göstərilən qəhrəmanlıqlar, ağrı,
qürur hissləri əks olunub.
Əsərləri
Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər
üzrə məsul şəxs Xatirə Fərəcli təqdim
edib.
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.9.