Milli KitabxanadaƏməkdar incəsənət xadimi Səyavuş

Məmmədzadə - 90” adlı ənənəvi kitab sərgisi açılıb.

 

Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, nasir, tərcüməçi Səyavuş Məmmədzadənin anadan olmasının 90 illik yubileyi ilə əlaqədarƏməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə - 90” adlı ənənəvi kitab sərgisi açılıb.

Sərgidə müəllifin əsərləri, tərcümələri, redaktor olduğu tərtib etdiyi, “Ön sözyazdığı həyatı haqqında s. Azərbaycan xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki,  Səyavuş İmran oğlu Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb, ilk şeiriSınıq” 1956-cı ildə universitet qəzetində dərc olunub. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutub.

Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsiAğacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri 1956-cı ildə çap olunub. Azərbaycan klassik müasir ədəbiyyatından rus dilinə, eləcə rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap olunub.

Səyavuş MəmmədzadəƏməkdar mədəniyyət işçisi” (1984) Əməkdar incəsənət xadimi” (2003) fəxri adlarına layiq görülüb, həmçinin Prezident təqaüdçüsü olub. “Xəzər balladasıbaletinin liberettosuna görə Ümumittifaq müsabiqəsində 3-cü dərəcəli diplom qazanıb.

 

Ədəbiyyat qəzeti.- 2025.- 3 oktyabr, ¹36.- S.9.