Milli Kitabxana XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində
“Konstitusiya
və Suverenlik İli”nə həsr olunmuş ekspozisiyanın açılışını,
mövzu ilə əlaqədar Virtual sərginin və Elektron
məlumat bazasının
təqdimatını keçirib
XI Bakı Beynəlxalq
Kitab Sərgisi çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ekspozisiyanın açılışı,
mövzu ilə əlaqədar Virtual sərgi
və Elektron məlumat bazasının təqdimatı keçirilib
Milli Kitabxana
1 oktyabr tarixində XI
Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ekspozisiyanın açılışını, mövzu ilə əlaqədar Virtual sərgi və Elektron məlumat bazasının təqdimatını
keçirib.
Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova
ekspozisiyada Müstəqil
Azərbaycanın memarı
və qurucusu Ulu Öndər Heydər Əliyevin dahi siyasəti, müasir və müstəqil Azərbaycan
dövlətinin qurulması,
dövlətin əsas
Qanunu – Azərbaycan Respublikasının Konstitusiyası,
Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük
“Vətən Müharibəsi”ndə
qazanılmış tarixi
Zəfər, ərazi
bütövlüyünün və suverenliyin tam bərpası, dövlət başçımızın
müdrik və uzaqgörən siyasəti,
Şuşa şəhəri
haqqında, eləcə
də dahi bəstəkar Üzeyir Hacıbəylinin 140, Xalq şairi Bəxtiyar Vahabzadənin 100, Fikrət
Qocanın, Yusif Səmədoğlunun, Maqsud
İbrahimbəyovun 90, Seyid
Əzim Şirvaninin
190 illik yubileyləri ilə əlaqədar, Milli Kitabxananın Qızıl fondundan, Milli Kitabxananın nəşrlərindən, süni
intellekt və digər mövzulardan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatların nümayiş
olunduğunu diqqətə
çatdırıb.
Ekspozisiyanın açılışında çıxış
edən Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin Kitab Sənayesi Şöbəsinin
müdiri, yazıçı-publisist
Vasif Qurbanzadə Milli Kitabxananın fəaliyyətində uğurlar
arzulayaraq onu kitabları qoruyub saxlayan məbəd adlandırıb. O, qeyd edib ki, belə
tədbirlər kitab mədəniyyətinin inkişafı
baxımından böyük
əhəmiyyət kəsb
edir.
Qeyd edək
ki, virtual sərgidə rəsmi sənədlər, fotolar,
Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, Ulu Öndərin Şah əsəri - Azərbaycan Respublikasının
Konstitusiyası, Azərbaycan
Respublikasının Prezidenti
və Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ərazi bütövlüyünün və
suverenliyinin tam bərpa olunması haqqında və s. dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan
və xarici dillərində ədəbiyyatlar
nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
https://anl.az/el/vsb/2025-Konstitusiya_ve_Suverenlik_Ili/index.htm linkindən istifadə edə bilərlər.
“Rəsmi sənədlər”, “Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın Konstitusiyasının
müəllifi”, “Görkəmli
şəxslərin Konstitusiya
haqqında fikirləri”,
“Dövlət rəmzləri”,
“Azərbaycan Respublikasının
Konstitusiyası”, “Azərbaycan
Respublikasının Konstitusiya
Qanunları”, “Azərbaycan
Respublikası ərazi
bütövlüyünün bərpası”, “Böyük
Qayıdış”, “Nəşrlər”,
“Fotoqalereya”,
“Videoqalereya” bölmələrindən
ibarət elektron məlumat bazasında materiallar tam mətnləri ilə nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Konstitusiya_suverenlik/index.html linkindən istifadə edə bilərlər.
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, ¹36.- S.9.