Badam ağacları

 

Esse

 

Alber KAMYU (1913-1960) - görkəmli fransız nasiri, dramaturqu, esseçisi filosofudur. Dünya ədəbiyyatında ekzistensializm cərəyanının ən əsas təmsilçilərindən sayılır. Məhsuldar ədəbi fəaliyyətinə görə o, 1957-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

 

Napoleon bir dəfə Fontana* belə deyibmiş:

"Bu dünyada mənə ən sarsıdıcı gələn məqam heç bilirsiniz, nədir? Sırf güc zor hesabına nələrisə qurub-yarada bilməmək. Axı bu dünyaya hökm edən iki şeyin biri qılıncdırsa, digəri ruhdur. Qılıncın gec-tez ruh qarşısında yeniləcəyi isə qaçılmaz şərtdir".

 

Göründüyü kimi, ara-sıra fatehlər bədbinliyə qapılırlar. Bunca hay-küylü mənasız şan-şöhrətlərinin qarşılığını onlar da hansısa şəkildə ödəməyə məcbur məhkumdurlar axı. Həm yüz il əvvəl qılınc üçün keçərli sayılan bu etiraf bugünkü tanka birəbir şamil edilə bilməz. Fatehlər vaxtilə bacardıqları qədər çalıb-çapdılar, işgəncələrə məruz qalan Avropa ərazilərindən illər uzunu ruh perik düşdüyü üçün o torpaqların üstünə müdhiş bir səssizlik çökdü.

Vaxtilə Flandriyanın işğalı zamanı gedən amansız döyüşlər əsnasında holland rəssamlar, hər şeyə rəğmən, öz hinlərində saxladıqları xoruzları tablolara köçürməyə imkan tapırmışlar. Yüzillik müharibə çoxdan unudulub getsə , sileziyalı mistiklərin həmin dövrdə oxuduğu moizələr hələ çoxlarının yaddaşında hifz olunur.

Bugünkü gün isə hər şey dəyişib, artıq keşiş , rəssam da orduya çağırılır dünyamızın müqəddəratı üçün hamı eyni dərəcədə cavabdehlik daşıyır. Bir fatehin vaxtilə ruha tanıdığı üstünlüklər sarsılıb hətta yerlə bir olub. İndi onun bacardığı yeganə - öhdəsindən gələ bilmədiyi gücü, zoru lənətləməklə özünü didib-dağıtmaqdır.

Nəcib insanlar deyəcəklər ki, bu bir mərəzdir, bəladır. Bunun belə olub-olmadığını söyləyə bilməsək belə, bu gerçəklə hesablaşmalıyıq. Bəli, tək çarəmiz - onunla hesablaşmaqdır. Bundan ötrü isə istədiyimizi bilməmiz vacibdir. Bizim istədiyimiz tək şey - bir daha heç vaxt qılınca boyun əyməmək, ruha xidmət eləməyən gücə, zorakılığa heç bir halda haqq qazandırmamaqdır.

Heç şübhəsiz, bu - müşkül məsələdir. Ancaq biz bu missiyadan əsla əl çəkən deyilik. Şəxsən mənə qalsa, inkişaf prosesində ruhun gücünə çox inanıram, tarixlə bağlı hansısa fəlsəfi nəzəriyyəyə. İnandığım tək şey - insanların öz talelərinin məğzini anlamaq yönündə durmadan irəliləməsidir. Varlıq şərtlərimizdən asılı olduğumuz üçün biz onları daha yaxşı dərk edirik. Ziddiyyətlər məngənəsində çırpınsaq belə, dəqiq bilirik ki, onlarla barışmağa məcburuq bu ziddiyyətləri yumşaltmaq naminə əlimizdən gələn heç nəyi əsirgəməməliyik. İnsanoğlu kimi bizim əsas vəzifəmiz - azad ruhların bitməz-tükənməz tələblərinə çarə tapmağa cəhd göstərməkdir. Qopan əlaqələri bərpa eləmək, hər cür haqsızlıqla dolu bir dünyada haqqı, ədaləti bərqərar eləmək, zəmanəmizdə bütün ümidləri puça çıxan xalqların səadətə olan inam hissini dirçəltməkdir. Təbii ki, bu,  fövqəlinsan missiyasıdır. Ancaq o da var ki, "fövqəlinsan missiyası" insandan sürəkli səylər tələb edən bir vəzifədir.

Buna görə məqsədimiz aydın olmalıdır ki, hansısa bir ideya ya maddi rifah qılığına girərək, bizi şirnikləndirməyə çalışan gücə-zora aldanıb, ona boyun əyməklə, ruha arxa çevirməyək. Burada əsas məqam həm ümidsizliyə qapılmamaqdır. Məhşər gününün yetişdiyini car çəkənlərə , gəlin, qulaq asmayaq. Sivilizasiyalar heç asanlıqla məhv olmur, hətta bu dünya məhvə sürüklənsə , o, digər dünyalardan xeyli gec məhv olacaqdır. Bizim faciəli bir dövrdə yaşadığımıza hər hansı şübhə bəslənə bilməz. Ancaq bir çoxumuz "faciəli" ilə "ümidsiz"i, "fəlakət"i hələ bir-birindən ayırd edə bilmirik. Lourens deyirdi ki: "Faciəli olan - fəlakətə ilişdirilən təpik kimi bir şeydir". Məhz bu sağlam düşüncəni biz bir an əvvəl mənimsəyib, həyatımıza tətbiq etməliyik. Bugünkü gün bu təpiyi haqq edən şeylər isə xeyli çoxalıb.

Əlcəzairdə yaşadığım vaxtlarda qışın çıxmasını səbirlə gözləyərdim, çünki bilirdim: bir gecə, fevral ayının soyuq, amma apaydın bir gecəsində Konsul vadisindəki badam ağacları qəflətən bəmbəyaz çiçəklər açacaq. O mənzərəni görüncə, məni heyrət hissi bürüyərdi: axı, bu kövrək qar kimi bəyaz çiçəklər o aramsız yağan yağışlara, dənizdən əsən küləklərə necə davam gətirəcək?! Buna rəğmən, o bəyaz örtük ta meyvənin əmələ gələcəyi vaxta qədər həmin budaqlarda qalırdı.

Bu, hər hansı simvol-zad deyildir. Adətən biz səadətə simvolların köməyi ilə qovuşacağımızı umuruq. Bu məsələdə isə daha ciddi olmaq gərəkdir. Demək istədiyim odur ki, fəlakət içində çabalayan Avropada həyatın yükü bəzən tamamilə çəkilməz olanda mən hələ yaşamaq eşqini qorufyan, günlü-günəşli ölkələri özümə örnək alıram. O yerlərə yaxşı bələd olduğum üçün bilirəm ki, sözügedən mübarək torpaqlarda ruh ilə mərdlik, mətinlik arasındakı tarazlığın qorunması mümkündür. Onları örnək seçdiyim zamanlarda belə bir gerçəyi dərk edirəm ki, əgər sən sırf ruhunun xilası barədə düşünürsənsə, öz xeyirxahlarının şikayət dolu ahlarına məhəl qoymamalısan, öz gücünə qeyrətinə sığınmalısan. İndi dünyamız fəlakətlərə yenik düşüb deyəsən, özü bütün bunlardan həzz almağa başlayıb. İndi o, Nitsşenin vaxtilə "qəm-qüssə" adlandırdığı mərəzə tutulub. Bu xüsusda ona dəstək verməkdən qaçınmalıyıq. Ruha yas saxlamaq, ona acımaq - yersizdir, çünki onun dirçəlməsi üçün mütləq nələrsə eləmək lazımdır.

Bəs ruhun qələbə əzmi, gücü nədən qaynaqlanır? Bayaq adını çəkdiyimiz Nitsşe vaxtilə ruhun qəddar düşmənlərini birbəbir sadalamışdı. Bunlara müdrik insanın iradə gücü, zövqü, maddiliyə söykənən bəxtəvərliyi, əyilməz qüruru soyuq təmkini aid imiş. Ötən dövrlərlə müqayisədə, sadalanan bu özəlliklər indi daha böyük önəm qazanıbdır hər kəs bunlardan özünə daha uyğun olanını seçə bilər. Üzərimizə böyük məsuliyyət götürdüyümüz istənilən halda biz öz iradə gücümüzü nəzərə almağa məcburuq. Bunu deyərkən mən, seçki tribunalarından gah onu, gah da bunu əsəbiliklə süzən, hey təhdidlər sovuran o gücü nəzərdə tutmuram, əlbəttə. Öz bəmbəyazlığı şəhdi-şirəsiylə dənizdən əsən dəli rüzgarlara sinə gərən zərif badam çiçəklərini qəsd edirəm, çünki bugünkü dünyamızı əsir alan qarlı qışda gələcək meyvələrə can verəcək olan da elə onlardır.

 

Qeyd: *Lui de Fontan (1757-1821) İmperiya dönəmində yaşamış universitet rektoru tanınmış ədəbiyyatçı olub - A.Y.)

 

Alber KAMYU

 

Dilimizə çevirdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2025.- 3 oktyabr, №36.- S.32.