"Melanxoliya düşünərək yaşayan insanların

həyat tərzidir. Həmçinin, mənim "

 

Laslo Krasnahorkai ilə müsahibə

 

2025-ci il üçün Ədəbiyyat üzrə Nobel mükafatını "apokaliptik terrorun mərkəzində sənətin gücünü təsdiqləyən cəlbedici uzaqgörən yaradıcılığına görə" macar yazıçı ssenarist Laslo Krasnahorkai qazandı. Krasnohorkai Macarıstanın Dyula şəhərində, yəhudi əsilli Dyerd Krasnahorkai macar Yuliya Palinkaşın ailəsində anadan olub. Seqed Universitetində hüquq, Budapeşt Universitetində isə humanitar təhsil alıb. "Sonuncu mərhəmət" (1986), "Urqa əsiri" (2012) hekayə kitablarının, "Şeytan tanqosu" (1985), "Müqavimətin melanxoliyası" (1989), "Müharibə, Müharibə" (1999), "Şimalda - dağ, Cənubda - göl, Şərqdə - yol, Qərbdə - çay" (2003), "Göylər səltənətinin xarabalığı kədəri" (2004, Çin haqqında sənədli roman), "Si-van-mu aramızdadır" (2008), "Axırıncı canavar" (2015), "Əbədi Homer" (2015) romanlarının müəllifidir. Daima səyahət edən müəllif Berlində Triestdə yaşamağı öz ölkəsindən üstün tutur.

 

Laslo Krasnahorkai iki saat davam edən görüşümüzün əvvəlində: "Mənim səsim çox zəifdir. Bəlkə , heç eşitməyəcəksiniz", - dedi.

Əlbəttə, mən bu macar müdrikin - öz dövrümüzün, hətta bütün dövrlərin ən böyük Avropa yazıçılarından birinin söylədiyi hər bir sözü eşitdim. Əgər onun indiyədək ingilis dilinə tərcümə edilmiş üç romanını oxumusunuzsa, bu sözlərin heç şişirtmə olmadığını bilirsiniz.

"Şeytan tanqosu" (1985), "Müqavimətin melanxoliyası" (1989), "Müharibə, Müharibə" (1999) əsərlərindəki uzun, axıcı cümlələr, kəhanətlər öncəgörmə sadəcə heyrətamizdir. Bu əsərlərdə qaranlıq qüvvələr insanın həssas tərəfi ilə, mistik düşüncələri ya təbii müdafiə instinkti ilə üz-üzə gəlir. Onun əsərləri bu günümüz üçün son dərəcə aktualdır.

Krasnahorkai "Müqavimətin melanxoliyasi" əsərində yazır: "İman - hər şeyin başqa cür ola biləcəyinə inanmaqdır".

Amma öncə başqa bir əsəri - "Animalinside" haqqında söz açmaq istəyirəm. Sözügedən əsər alman rəssam Maks Neumanla yazarın birgə işi nəticəsində "The Cahiers Series" tərəfindən nəfis tərtibatda nəşr edilmişdir.

 

- Maraqlıdır, qara it rəsmləri ilə sözlərinizin növbəli birləşməsindən yaranan bu əsərin ideyası necə yarandı?

- Mən bir şəklə həddindən artıq çox baxmaq istəyirdim. O yerə qədər ki, artıq ona baxmaq mümkün olmasın. Sonrasında isə gördüklərimi yazıya çevirib rəssama göstərəcəkdim. Bəlkə, bunun əsasında yeni bir rəsm çəkə bilər deyə. Bir növ, cavab kimi. Sonra mən yeni rəsmə baxıb yenə yazacaqdım aramızda bu yolla dialoq yaranacaqdı. Bununla ortaya nəsə bir şey çıxarmaq istəyirdim.

Əvvəlcə bu şəkillə bağlı qısa bir şey yazdım, çünki şəkildə pisliklə şər təsvir olunmuşdu mən onun təsirindən qurtula bilmirdim. Başa düşdüm ki, uzaqlaşmaq da çıxış yolu deyil, çünki bu təsir üzərimdə mütləq hakimə çevrilmişdi. "Yeni qəddarlıq" adlandırdığım anlayışla bağlı ətraflı yazmaq planım var idi, beləcə, ertəsi gün Maks Neumanın emalatxanasına getdim. Yazdığımı alman dilinə tərcümə edib ona oxudum, həyəcanlı görünürdü, amma heç demədi.

Bir neçə gündən sonra zəng vurub emalatxanasına gəlməyimi istədi. O, mənə rəsmin ikinci versiyasını göstərdi. İnana bilmirdim. Çünki mən hələ Maksa planımı  deməmişdim. Bu ikinci şəkil əsasında mən ikinci mətnimi yazdım, alman dilinə çevirdim. Beləcə, 14 rəsm 14 mətn yarandı. Niyə 14? Bunu başa düşmək çətin deyil. Hiss elədim ki, 13 azdı, 15 isə çox olacaq.

İş tamamlandıqda tək bir problem qalmışdı: doğrudanmı, pis olanı yazmaq, pis olanı rəsm etmək mümkün idi? Bu etdiyimizin bədəli olacaqdımı? Olacaqdısa, zaman? Mətnlər , rəsmlər olduqca əziyyətli oldu. Çünki başa düşürdüm ki, pisliyə ancaq daxildən forma vermək olar, zahirən isə bunu bacarmaq çətindir. Daxildən bu mümkündür, baxmayaraq ki, bir az... təhlükəlidir. Davamlı düşünürdüm, elə bil, kimsə, ya da nəsə durmadan qulağıma pıçıldayırdı: "İnsanlar pislik haqqında danışmaq məcburiyyətindədir", "İnsanlar pislik haqqında danışmaq məcburiyyətindədir"... (Bu mantranı iki dəfə təkrarladı, səsi pıçıltıya çevrildi. Dodaqları tərpənirdi, amma səs çıxmırdı.) "Animalinside" əsərinin hekayəsi budur.

- "Yeni qəddarlıq" adlandırdığınız anlayış barədə, onun mənası məqsədi haqqında bir az daha ətraflı danışa bilərsinizmi?

- Bilirsiniz, necədir, bu cür pisliklər, yəni qəddarlıq formasında üzə çıxan pis əməllər tarix boyu həmişə olub. O, həmişə təkərrür edir. İndi elə bir zamanda yaşayırıq. Qəddarlıq küçədə sərbəst gəzişir, o, tamamilə azaddır. Mənimsə ondan qorunmaq üçün edə biləcəyim tək şey yazmaqdır.

- Yəni demək istəyirsiniz ki, yazmaq qəddarlığa qarşı müqavimətin bir növüdür?

- Bu halda, bəli, elədir. Əslində, indiyə qədər heç vaxt belə bir şey etməmişəm. Digər romanlarım qısa hekayələrim tamamilə fərqlidir. "Animalinside" isə məndən ötrü hayqırışdır. Özü bu, həyatımda ilk ortaq işdir. Bəlkə , sonuncu olacaq. Amma çox maraqlıdır.

- Amma Bela Tarrla da filmləriniz üçün əməkdaşlıq edirsiniz (Əgər Tarrın yazarın "Müqavimətin melanxoliyası" romanı əsasında çəkdiyi filmə baxmamısınızsa, şiddətlə tövsiyə edirəm).

- Bunlar fərqli şeylərdir. Çünki filmin rejissoru olur hər şeydən o məsuldur. Mən ssenarist deyiləm. Amma biri istisna olmaqla, Tarrın bütün filmləri kitablarım əsasında hazırlanıb. Mən Bela üçün arxa planı - fəlsəfi mahiyyəti çəkirəm, gecə-gündüz, gündüz-gecə... Bu da bizim əməkdaşlıq üsulumuzdur. Amma heç vaxt ədəbi cəhətdən uyğunluq gözləmirəm, bu məndən ötrü mənasız bir şeydir. Mənim kitablarımın buna ehtiyacı da yoxdur.

Bela Tarrın həmişə Krasnahorkainin əsərlərindən film çəkmək istəməsi, arzusu gözəl təşəbbüsdür. O, hər zaman bu işlə məşğul olur. Buna görə mən sorğulayıram: axı o niyə film üçün mənim əsərlərimi vacib hesab edir? Bunu başa düşdükdən sonra ikinci sualım belə olur: o mənim kitabımdan necə bir film düşünür? Bunu da dəqiqləşdirdikdən sonra üçüncü son sual gəlir: bu işdə mən Belaya necə kömək edə bilərəm? "Kömək" deyərkən, məqsədim, sadəcə olaraq, onun xəyal gücünə dəstək olmaqdır. Bela son filmi - "Turin atı"nda da mənim gənclikdə yazdığım esselərdən birindən ilhamlanıb. Bu esse Turində Nitsşe ilə bir gün mövzusunda idi. Əslində, biz Nitsşe, atın sahibi insan haqqında hər şeyi bilirik. Məni maraqlandıran isə atın sonrakı aqibəti idi. Heç kim atın başına gəldiyini düşünməyib. Niyə? Bu barədə mən yazdım.

- Eşitmişəm ki, bu film Bela Tarrla son işinizdir. Bu, doğrudur?

- Bəli, Bela da, mən bilirdik ki, bu, son işimizdir. Onsuz da həmişə çox çətinliklər var idi: pulla bağlı məsələlər başqa şeylər.

(Burada Krasnahorkai Macarıstandakı neo-faşist hökumətinin mədəniyyət sahəsinə ayrılan maliyyəni kəsərək ölkədə mədəni kəsimin müxalif səsini susdurmasını nəzərdə tutur).

Mənim üçün bu qərar çətin olmadı, çünki kino sektorunu heç vaxt sevməmişəm. Bilirsiniz, film mənə görə deyil, xüsusən film çəkmək.

- Belə deyə bilərikmi: Bela Tarrla əməkdaşlıq da dialoqdur, amma Maks Neumanla olduğu kimi yox. Çünki burda siz 14-ə qədər davam edə bilmədiniz...

(O gülür.)

- Yumor! Bu gün ilk zarafatım bu oldu.

Biz toplamda 6 film çəkdik. Bircə "Londondakı adam" filmi mənim kitabım əsasında çəkilməyib. Amma ssenarisini mən yazmışam, Bela filmini orijinal mətndən çox fərqli çəkdi. "Lənət" (bu, ilk filmimizdir), "Axırıncı qayıq", "Verkmayster harmoniyaları", "Şeytan tanqosu", "Turin atı", - 6 film, kifayətdir.

- Bəs film yazı kimi qəddarlığa müqavimət göstərmək üçün kömək etmir?

- Film heç nəyi müdafiə etmir, heç nəyi qorumur. Filmlər bəsitdir, asandır. Bu da o deməkdir ki, qəddarlığa qarşı tamamilə gücsüzdür. Heç edə bilməz. Film hekayədən uzaqlaşa bilmir. Baxmayaraq ki, Bela da, mən çox çalışdıq ki, ssenari mətndən mümkün qədər uzaq olsun, amma buna nail ola bilmədik. Bəlkə , hekayədən qurtulmaq mümkünsüz bir şeydir.

"Animalinside"də isə fərqlidir. Çünki burada hekayə yoxdur. Ona görə "Animalinside"in olduğunu demək çətindir.

- Tarrın filmləri ənənəvi kinematoqrafiya gələnəklərindən uzaq olduğundan təsnifat etmək çətindir. Bəlkə , onların gizli cazibəsi gücü bununla bağlıdır?!

- Bilirsiniz, filmlərdə ancaq konkret nəsnələri göstərə bilərsən, orda da ancaq konkret şeylərin hekayəsi olur. Məsələn, əgər filmi bu stol barəsində çəkirsənsə, deməli, bu filmin bir hekayəsi var, onu göstərməlisən. Başqa şey edə bilmirsən. Ona görə Bela ilə başqa bir forma tapmaq istəyirdik.

Tarrın təqdim etdiyi zamanın təkərrürü, özümüzü qorumaqdan ötrü etdiyimiz kiçik rituallarla bərabər, bizə başqa yolun da var olduğunu göstərən işıq idi.

Bu, doğrudur. "Animalinside" çox fərqlidir, digər kitablarıma bənzəmir. Amma bu formanı davam etməyi düşünmürəm. Biri yetərlidir.

- Sizin romanlarınız da, əslində, bir-birindən çox fərqlənir. Həm üslub, forma, həm məzmun baxımından...

- Bəli, bəli. Amma romanlarımda qısa hekayələrimdə bir dildən istifadə edirəm. "Animalinside"də isə pisliyi ortaya çıxarmaqdan ötrü mən öz dilimi işlətdim, rəssam isə özününkünü. Çünki pisliyin ayrılıqda öz hekayəsi yoxdur...

- Qısa hekayələrlə bağlı düşünürsünüz? Sizin hekayəniz 2011-ci ildə "Best European Fiction" siyahısına düşmüşdü.

- , bu mənim yeni hekayələrimdən biridir. "The Bill" qısa, klassik bir hekayədir. Klassik olması ilə yanaşı, orada mən öz dilimi, musiqimi, bir sözlə, son on ildə işlətdiyim zəngin dili istifadə etmişəm. Mən öz yazılarımı kompüterdən öncə beynimdə yazıram. Hər şey hazır olduqdan sonra kompüterə köçürürəm. Yaratdığım dilin iki mərkəzi olur: birincisi, ən gözəl, bəzəkli sözləri seçib yazmaq, ikincisi, gündəlik danışığa uyğun yazmaq. Son bir neçə ildə küçələrdə gündəlik danışıq dilini daha çox eşidirəm. Qəribədir ki, artıq əksər insanlar durğu işarələrindən istifadə etmir. İndi siz mənimlə durğu işarələri olmadan danışırsınız. Bu sərhədsizlik, gündəlik eşitdiklərim mənim dilimə xeyli təsir edir adi danışıq dilinə yaxınlaşdırır. Amma bu qısa hekayəm klassik hekayədir.

- Qısa hekayələrinizi yazarkən Avropa ənənəsinə əsaslanırsınız?

- Yox, qısa hekayələrim Avropa gələnəyindən çox, öz ənənələrimə əsaslanır: öz yazı texnikama...

- Öncədən danışdığımız kimi, təkcə "Müqavimətin melanxoliyası" yox, ümumilikdə bütün yaradıcılığınızda melanxoliya hakimdir. Amma bu, daxilə dönük üsyandan ziyadə, Çoranın yazdığı kimi, "dağları belə yerindən tərpədən" kədərdir.

- , mən melanxolik insanam. Melanxoliya haqqında bilirəm. Laslo Krasnahorkai sizə melanxolik olduğunu dedi, deməli, bunun demək olduğunu bilir. Bu, bilirsiniz, nəyə bənzəyir? Adam birini sevəndə - bu qadın da ola bilər, kişi - dərin eşqin içində olur. O adam həmin anda sevginin olduğunu bilir, amma danışsın? Bu da belə. Melanxoliya haqqında danışa bilərəm ki?!

Bu, düşünərək yaşayan insanların həyat tərzidir. Çünki bu zaman insanlar adi bir hikmətdən, səbrdən rahatlıq tapa bilirlər. Məsələn, melanxolik insanlar oturanda ancaq oturmaq üçün bunu edir. Bu baxımdan, Avropadakı melanxoliklə Yaponiyadakı melanxolikin oturuşu eyniyyət təşkil edir: oturmaqdan ötrü oturmaq. Görürsünüz, bununla Avropa Asiya mədəniyyətlərini əlaqələndirə bildik.

Əvvəllər qədim Avropa kəndlərində indi dediklərim gündəlik yaşam tərzi idi. Həyat sadə idi. Hamı bir-birini tanıyırdı. Adamlar hər şeyə vaxt çatdıra bilirdilər. Bilirsiniz, Tolstoyun yazılarında oxumuşdum. O yazır ki, bir dəfə yolda gəzərkən kəndli ilə rastlaşır. Kəndli hərəkətsiz dayanıb. Tolstoy ona yaxınlaşıb çiyninə toxunur sonrasında yazır: mən toxunmamışdan qabaq o heç yerdə deyildi. Zamandan kənarda heç yerdə...

Kəndli üçün olduğu kimi, melanxolik üçün bu belədir. Melanxoliya bizə, sadəcə, var olmaq imkanı verir. Ancaq var olmaq. Var olmaqdan ötrü. Sadəcə bir yerdə qalmaq, var olmaq, özü orada olduğumuzu bilmədən.

- bu varlıq durumu, deməli, ən ali müqavimətdir?

- Əlbəttə, melanxolik olmaq insan əməyinə, insan təbiətinə qarşı bir şey mənasına da gəlir. Onlar həmişə canlı cansız varlıqlar üçün nələrisə dəyişmək istəyirlər. Ona görə , yaxşı ki, dünyada melanxolik insanlar çox deyil. Yoxsa bu, toplum üçün zərərli olardı! (Gülür.) Amma biz şanslıyıq. Onların sayı çox deyil. Melanxolik insanlara ehtiyacımız var!

 

Laslo Krasnahorkai

 

Müsahibəni aldı: Ceyms Hopkin

 

Tərcümə etdi: Fidan VAHİD

 

Ədəbiyyat qəzeti.- 2025.- 11 oktyabr, №37.- S.2-3.