“Şükriyyə”
tamaşası
Gürcüstanda nümayiş olunacaq
Okyabrın 14-də Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası
Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyinin
və Gürcüstanın
Mədəniyyət Nazirliyinin
dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında nümayiş olunacaq.
Teatrın mətbuat
xidmətindən verilən
məlumata görə,
nümayiş Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrı
ilə Gürcüstanın
Şota Rustaveli adına Milli Teatrı arasında bu ilin fevral
ayının 22-də imzalanmış
beynəlxalq əməkdaşlığa
dair Memorandum əsasında baş tutacaq.
Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan
tamaşanın quruluşçu
rejissoru Əməkdar
incəsənət xadimi
Bəhram Osmanovdur.
Tamaşada əməkdar
artist Münəvvər
Əliyeva (Şükriyyə),
xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), xalq artisti Əli
Nur (Süleyman bəy), əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova
(Lola), Ləman İmanova (Suğra), əməkdar artist Şəlalə Şahvələdqızı
(Qadın müstəntiq),
aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi),
aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək),
aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış
edirlər.
Tamaşanın səhnə tərtibatçısı
Samirə Həsənova,
geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil
İsmayılov, rejissor
assistenti Nərmin Həsənovadır.
Qeyd edək
ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə
Axundzadənin sürgün
həyatı haqqındadır.
Məhəbbətinin qurbanı
olan Şükriyyə
Stalin rejiminin repressiya qurbanı kimi Qazaxıstanın Akmolinski vilayətində
8 il sürgün cəzası çəkib.
Tamaşanın əsas hadisəsinə paralel olan süjet
xətlərində Şükriyyə
Axundzadə ilə bərabər digər ölkələrdən, o cümlədən
Gürcüstandan sürgün
olunan qadınların
da taleyinə işıq salınır,
insanın mənəvi
təmizliyi, çətin
sınaqlar qarşısında
ləyaqət hissini qoruması tamaşaçılara
təqdim olunur.
Xatırladaq ki, iki teatr
arasında Memorandumu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Ş.Rustaveli adına Milli Teatrının direktoru Giorgi Tevzadze imzalayıblar.
Memoranduma əsasən,
teatrlar arasında qarşılıqlı ustad
dərsləri, rejissorlar
arasında görüşlərin
keçirilməsi, birgə
tamaşaların hazırlanması,
yaradıcı kollektivlərin
qastrollarının, müxtəlif
mədəni tədbirlərin
təşkili planlaşdırılıb.
Memorandumdan irəli gələn məsələlərin həlli istiqamətində ilk addım Gürcüstan Milli Teatrının Bədii rəhbəri, dünya şöhrətli rejissor Robert Sturuanın bu ilin martın ayında Akademik Milli Dram Teatrında təşkil olunan ustad dərsi olub.
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, ¹37.- S.11.