Çinar ağacı
Bəlkə yadındadı, demişdim
sənə, -
Bir az adi baxaq
eşqin oduna.
Yəqin
xatırlarsan dediklərimi,
Çinar gölgəsini salsan
yadına.
Çox
əzab çəkirdim
ötkəmliyindən,
Daim yubanmısan görüş
yerinə.
Bəlkə də məndən
çox vurulmuşdun
sən
Çinar ağacının sərinliyinə.
Deyirdim,
gəl gedək bulaq başına,
Bir az mehr salaq
çeşməyə, suya.
Gizlədək Çinardan çox
sirrimizi,
Fərqli
baxışlarla baxaq dünyaya.
Sənə söyləmişdim, gülüm, bu Çinar
Heç
vaxt aşiqləri razı salmayıb.
Onun kölgəsində xumarlansaq
da,
Amma bərəkəti, barı
olmayıb.
Başqaydı bizə bu Çinar ağacı, -
Sanki sevdamızın ölkəsi
idi.
Bizim eşqimizin pərvazlandığı
Çinar ağacının kölgəsi
idi.
Deyirdim,
Çinara qəlbini açma,
Ona doğma deyil qəm-kədərimiz.
Bizim sevdiyimiz o bulaq ki, var,
Bəlkə ora olsun görüş yerimiz?!
Bütün arzuları suya danışaq,
Dərdimiz varsa da, qoy su aparsın.
Çinar kölgəsində olan
sirləri
Sular damcı-damcı sovub qoparsın.
Nə gün şəfəq saçdı bizə bu yerdə,
Nə də şərik oldu istimizə heç.
Nə külək xumardan ayıltdı bizi,
Nə yağış islatdı
üstümüzü heç.
Solurdu sevdanın gözəllikləri,
Budaqlar böyüyüb olurdu haça.
Boyumuz Çinardan nə qədər gödək,
Arzular Çinardan nə qədər uca.
Çinar kölgəsində demişdim
sənə:
- Bir az adi baxaq
eşqin oduna.
İndi sən xatırla dediklərimi,
Çinar kölgəsini salıb
yadına.
Çinar yarpaqları soldu
bu payız,
Kölgəsi yox oldu bir acı kimi.
Bizim eşqimiz də bar gətirmədi,
Dediyim o
Çinar ağacı
kimi.
Sevirəm
Ağlım tab gətirmir qəlbin
səsinə,
Yəni
sevdalıyam, yəni sevirəm.
Məndən soruşurlar o qız
kimdir, kim?
Deyirəm, hər kimdir, onu sevirəm.
Bu, bir müəmmadır, seçim də deyil,
Sanki göylərdədir, içimdə
deyil.
Səni
ram eləmək gücümdə
deyil,
Gücüm çatan qədər
səni sevirəm.
Sənə aşiq olmaq vəhydi, pozulmaz,
Bilmirəm bu, düzdü,
səhvdi, pozulmaz.
Bizim eşqimizin əhdi pozulmaz,
O eşqə and verən günü sevirəm.
Həmişə günəşə, aya baxmısan,
Bəzən də özünü
oda yaxmısan.
Dan yeri açanda üzə çıxmısan,
Məndə ki, hər zaman danı
sevirəm.
Qurğuşun ətirli sevgi istərəm
Bütün sevdaları şanslar
izləyir,
İndi yoxdur bu şans
nə sən, nə məndə.
Susuz səhralarda sevgi axtardım,
Qurğuşun iylədim yaşıl
çəməndə.
Eşq rahat otursun, nalça qoymuşam,
Əgər yol gedərsə,
xalça qoymuşam.
Acı anlarına alça qoymuşam,
Sonra axtarmışam üfüqdə,
çəndə.
Bir eşq göndərərəm,
qəlbdə qovursan,
Görsən sənlik deyil, onu qov, vur,
sən.
Söz ilə haraya məni qovursan?
Sözü partladaram qəlbim
dinəndə.
Eşq zindana düşsə, təpkilər gözəl,
Ağrıdan yaranan cizgilər
gözəl,
Qurğuşun ətirli sevgilər
gözəl,
Onu yenə bilməz iman da, din də.
Tanrı sığalıdır sənin həyatın
Tanrı
sığalıdır sənin
həyatın,
İndi Tanrını da yad sanıram
mən.
Daha qarğıyacam fani dünyanı,
Üstündə gəzirsən, qısqanıram
mən.
Sinəm
məhəccərdir bu
gələn qışa,
Səndən ötrü əsim,
bax, belə əsim.
Tanrı
sığalısan, gözəl,
sən yaşa,
Haqqın
dərgahına qoy mən tələsim.
O tozlu yollarda dayanma, ay qız,
Yoxsa ətəyinə əlvan
toz qonar.
Girmə
sən bağçaya
tək-tənha, yalqız,
Ətrini
vəfasız çiçəklər
yonar.
Deyəsən, çox sevir bu dəniz səni,
Onunçün dalğalar üstünə
cumur.
Xəzər isladanda isti sinəni,
Tanrı
həmin anda gözümü yumur.
O qədər baxdım ki, gözümdə əksin,
Ürəyimdə ölsən, gözüm
götürər.
Tanrı
sığalını çəkən
kəsin də,
Hifzini boynuna özü götürər.
Özünü sevdirə bilmirsən mənə
Özünü sevdirə bilmirsən
mənə,
Sən özün gedirsən qəmin üstünə.
Guya ki, günahkar mənəm həmişə,
Hər şeyi yıxırsan mənim üstümə.
Guya gözəlliyi duymuram, məncə,
Bu hissi öncədən qəlb etməliydi.
Razı
olmasaydım özümdən
- dedin,
Gözəlliyin məni cəlb
etməliydi.
Sən mənim içimi duymalısan, qız,
Səni
uzaq edən içimdir mənim.
Gözəlsən, ölçüyə sığışmalısan,
Şairəm, sonsuzluq ölçümdür
mənim.
Eşq də tarazlığı sevir, əzizim,
Çalış, tikanı da gülə
döndərək.
İçim okeandır, ümmandır
mənim,
Deyirsən, gəl, onu gölə döndərək.
Məndən sevgi payı istəyirsənsə,
Onu xırdalama, etmə heç xırda.
Okeana çaylar, dənizlər
sığar,
Göllər bataqlıq da olar
axırda.
Həyatda yarıyıb kimlər
sevgidən,
O, bəzən şirindir, bəzən acıdır.
Sevilməmək sənə dərddirsə,
mənə
Eşqlər həyatımın taxtı-tacıdır.
Gözəlliyi duymaq şairə
nədir,
Şair
gözəlliyi tora salır, bil.
Şairin
içində nurdandır
o tor,
Hörümçək toruna düşəntək deyil.
Deyirəm sevilsin, sevsin insanlar,
Hamı
sadiq olsun öz aşiqinə.
Gözələ vurular minlər,
milyonlar,
Yenə
möhtacdırlar şair
eşqinə.
Şairlər sevərlər bəni-insanı,
Şairlər göyləri yerlərə
qatar.
İnsan
yox, şairdən eşq umursansa,
Ondan bir damla pay sənə
də çatar.
Tükənməz oyundur sevgi həyatda,
Uduzdun, nəmləmə qəmdən
gözünü.
Niyə
sevilmirsən, günahkar
tapma,
Çalış, sevdirməyi bacar
özünü.
Qapı ağzında
Sizin evinizə behişt deyərəm,
Məndən soruşsalar behiştin
hanı?
Yolüstü bir dəstə
gül alım sənə,
Bəlkə də telinlə
dəyişdim onu.
Bu şəhər nə bilir kimik, nəçiyik,
Bir dost kimi sizə gedirik qoşa.
Çatdıqsa, qoy durum qapı
ağzında,
Özünsə addımla yuxarı
başa.
Yolu da yüz dəfə ölçüb-biçirəm,
Ya yolu genəltdim, ya da ki, yoldum.
Bilirəm, xeyri də olmadı bunun,
Nə irəli düşdüm,
nə geri qaldım.
Qapının ağzını xoşlayıram
mən,
Evdə
tam başqadır yerişin
sənin.
Qapını açım ki, çölə
rahat çıx,
Qapını örtəndə soyuq
dəyməsin.
Açılmaz, örtülsə bəxtin
qapısı,
Bəxtin
gül açarsa, dili qapıdır.
Sirləri kilidlər qapılar
çox vaxt,
Bütün sevdaların həlli
qapıdır.
Qapılar hamıya ümid
yeridir,
Qapıdan asılıb yellənən
də var.
Qapı-qapı gəzib qız
axtaran kim,
Qapı-qapı gəzib dilənən
də var.
Bütün duyğularım qapı
ağzında,
Bəlkə burda çatdım
mən kamil yaşa.
Hələlik gözləyim qapı
ağzında,
Hələ haqq etmirəm yuxarı başa.
Bu yağış nə qədər yuyacaq bizi
Bu yağış nə qədər yuyacaq bizi?
Nə qədər yusa da, təmizlənmirik.
Bizə
salam verən mələklər ilə
Bir yol söhbət edib əzizlənmirik.
Hər yağış yağanda
nələr yuyulur, -
Yuyulur qibtələr, kinlər, həsədlər.
Torpağa girməyə tələsmir
hələ
Torpağın üstündə olan
cəsədlər.
Zaman süzgəcindən süzülmək
üçün,
Məni
də yağışa
döndər, İlahi.
Ya da ki,
yağışa qovuşmaq
üçün,
Onu geyindirib göndər, İlahi.
İlahi bir eşqin sorağındayam
Çilçıraq yandırdım evin damında,
Axı mən göylərin marağındayam.
Dərdimdən öləsi bir
qız olsaydı,
İlahi
bir eşqin sorağındayam.
Dərdimi çəkməklə o qız yaşasın,
Bir kimsə görməsin gülən, o qızı.
Ovuda bilməsin heç qonşular da,
Ağlayıb dərdimdən ölən
o qızı.
O qız məndən ötrü necə öləcək,
Bir mələk libasda, ağappaq donda.
Bir əli bükülü baxır səmaya,
Cənnət qapısının açarı
onda.
Etdiyim bəlkə də qarşıma çıxa,
Çox
sirlər örtdüm
ki, heç kim bilməsin.
O adam mənəm ha ölüb, dirilən,
Məndən ötrü bir qız niyə ölməsin?!
O qız yavaş-yavaş ölə dərdimdən,
Hər çiynində olsun bir huri-pəri.
Bircə
son nəfəsdə üstündə
olum,
Görüm necə ölür
məndən ötəri.
Həyatda o qızı dərk
etməsəm də,
Barı
son nəfəsdə onu
duyaydım.
Cəmi
bircə dəfə alnından öpüb,
İncə tellərini sığallayaydım.
O qız son nəfəsdə
heç tək deyilmiş,
Gözünün yaşını silən
var imiş.
Deyirəm, ey dünya, bir mənə bax ha,
Mənim
də dərdimdən
ölən var imiş...
Bircə keçid üçün
yer saxlamışam
Doğru
bitirməyə çiçək
əkirəm, -
Bəlkə qol qoymazsan onda yalana.
Bir yol sərt üzünü
göstərmirsən heç
Bizim aramızda nifaq salana.
Nə olsun mahirsən çox oyunlarda,
Mənlə çıxmayıbmı elə az adın...
Şairin
ruhuna göylər şərikdir,
Onə nə edəcək sehrbaz qadın?
Mən təsbeh tuturam əlimdə indi,
Sən odun üstündə bardaş qurursan.
Sirli döşəklərdə ad
yazdırmaqla,
Eşqin
kürəyinə xəncər
vurursan.
İslah
etməyəcəm yol
azanı ta...
Nə olsun həddən çox sirr saxlamışam.
Barışıq yolları bağlanıb
daha,
Bircə
keçid üçün
yer saxlamışam.
Rafiq
ƏLƏKBƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 11 oktyabr, №37.- S.26.