Hüseyn Razi yaradıcılığı

yeni tədqiqat müstəvisində

 

Zəngin çoxəsrlik tarixə malik Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühitinin özünəməxsus bir inkişaf yolu var. Xüsusilə, XX əsr Naxçıvan ədəbi mühiti istər mövzu rəngarəngliyi, istərsə forma janr xüsusiyyətləri, istərsə zamanın tələblərinə çevik cavabdehliyinə gorə həmişə sayılıb-seçilən ədəbi mühit olub. Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq, bütövlükdə ədəbiyyatımızda, o cümlədən , Naxçıvan ədəbi mühitində yen bir ədəbi proses başladı. Başlanmış yeni ədəbi prosesin öncülləri sırasında Hüseyn Razinin öz yeri öz xidmətləri var. Biz illərdir ki, H.Razi yaradıcılığını bu ya digər aspektdən izləmişik; kafedra üçün ayrıca elmi-tədqiqat işləri, məqalələr yazmışıq şairlə bağlı keçirilən bir çox tədbirlərdə çıxışlar etmişik. Nəticə olaraq deməliyəm ki, Hüseyn Razi yeni dövr Azərbaycan poeziyasının sayılıb-seçilən şairləri sırasında layiqli yerini hələ sağlığında ikən tutmuş əbədi olaraq öncüllüyünü qoruyub saxlayacaqdır. H.Razi dövrünün, zamanının şairidir. Əgər Naxçıvan regionumuzun son 50-60 illik tarixini yazmış olsaq, H.Razi yaradıcılığı ən etibarlı yaddaşlardan silinməyən mənəviyyat pasportumuzdur. Elə şair özü bu əbədiyaşarlığını 1965-ci ildə yazdığı "Tapar məni" şeirində xüsusi olaraq vurğulayır:

 

Öz yurduma vurulmuşam,

Gilələnib durulmuşam.

Bu ocaqda yanar daşam,

Bacarırsan, qopar məni.

 

H.Razi o şairlərdəndir ki, hər gün, hər an xatırlanmağa layiqdir. Elə bu səbəbdəndir ki, yaradıcı ömrünün iyirmi ilindən çoxunu H.Razinin həyat fəaliyyətinin, yaradıcılığının tədqiqinə həsr edən filologiya elmləri doktoru Fərman Xəlilovun təzəcə ərsəyə gəlmiş həqiqətən ciddi elmi araşdırmanın nəticəsi kimi diqqəti çəkən "Söz qürurun zirvəsində: Hüseyn Razi" monoqrafiyası yeni məzmun ideya istiqamətinə görə bu məntiqi düşüncənin davamı kimi təqdirəlayiq bir araşdırmadır. Onu da xatırladaq ki, F.Xəlilov bu monoqrafiyadan on il öncə, 1915-ci ildə 300 səhifəlik "Hüseyn Razinin biblioqrafiyası" kitabının nəşrinə nail olmuşdur. Etiraf edək ki, bu dəyərli nəşr təkcə H.Razi yaradıcılığı haqqında deyil, ümumilikdə Naxçıvan ədəbi mühiti haqqında da gərəkli mənbədir. Bu ədəbi faktı da xatırlatmalıyıq ki, H.Razi yaradıcılığı hələ ötən əsrin 60-70-ci illərindən elmi-ədəbi mühitin diqqətini çəkmiş müəllifin (F.Xəlilovun) qeyd etdiyi kimi, Mirzə İbrahimov, Mehdi Hüseyn, Məmməd Arif, Bəkir Nəbiyev kimi onlarla görkəmli fikir düşüncə adamlarından başlamış, İsa Həbibbəyli, Yavuz Axundlu, Teymur Əhmədov, Vaqif Arzumanlı... kimi elmi-ədəbi cameədə aparıcı rol oynayan ədəbi nəslinə qədər şair haqqında çox ciddi araşdırma xarakterli məqalələr yazmışlar. Lakin filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılovun 2003-cü ildə nəşr etdiyi "Hüseyn Razinin yaradıcılıq yolu" monoqrafiyası, demək olar ki, şairin zəngin yaradıcılığı haqqında yazılmış ilk bitkin tədqiqat əsəridir. F.Xəlilovun haqqında danışacağımız "Söz qürurun zirvəsində: Hüseyn Razi" monoqrafiyası isə şair haqqında yazılmış ikinci elmi monoqrafiyadır. Bu monoqrafiya materialın zənginliyi, tədqiqat obyektinin genişliyi əhatə dairəsinə görə şair haqqında yeni baxışın təzahüri kimi daha çox diqqətəlayiqdir. Bizcə, monoqrafiyanın uğurlu alınması iki səbəbdən irəli gəlir: birincisi, monoqrafiya şairin yaradıcılığı fonunda onun mühiti, taleyi ilə bağlı geniş hərtərəfli materiallarla zəngindir, ikincisi, tədqiqat işi aydın səlis elmi dildə yazılması ilə bərabər həm üslubun polemika üzərində qurulması ilə şərtlənməsidir. Monoqrafiyada elə bir elmi, ədəbi tarixi fakt yoxdur ki, müəllif ona obyektiv münasibət bildirməsin. Bu, əlbəttə ki, tədqiqatçı üçün vacib önəmli bir keyfiyyətdir.

Monoqrafiya giriş, üç fəsil nəticədən ibarətdir. Birinci fəsil "Hüseyn Razinin ədəbi irsinin öyrənilməsi, dəyərləndirilməsi əsərlərinin biblioqrafiyası" adlanır ki, bu fəsil "Ədəbi irsin öyrənilməsi dəyərləndirilməsi" "Hüseyn Razinin biblioqrafiyası" adlı iki yarımbaşlığa ayrılır.

Bu fəslin ümumi məzmun qayəsi haqqında, yəni H.Razinin bir şair kimi elmi-ədəbi arenanın tədqiqat obyektinə çevrilməsi məsələsi ilə bağlı yuxarıda qısaca bəhs etsək , bir faktı qeyd etməliyik ki, tədqiqatçının da qeyd etdiyi kimi, bu fəsildə yığcam şəkildə olsa da, şair yaradıcılığının halal qiyməti müstəqillik illərində aparılan tədqiqatlarda daha çox obyektiv dəyərini alması şərtləndirilir. Müəllif yazır: "Müstəqillik illərində H.Raziyə aid yazılan məqalələrdə şairin yaradıcılığı xüsusilə, şəxsi keyfiyyətləri haqqında sovet dövründə deyilməsi mümkün olmayan həqiqətlər etiraf olunmağa başladı".

Sovet dövrü ictimai quruluşun ziddiyyətlərindən doğan bir çox hallarda "ağa qara, qaraya " demək "metodu" elmi-ədəbi düşüncənin başlıca meyarına çevrildiyi bir vaxtda yazıb-yaradan  qələm sahiblərinin bəziləri sonradan o dövrdə yazdıqları əsərlərinin bir çoxundan imtina etmək məcburiyyətində qalsalar da, etiraf edək ki, H.Razi kimi şair yazıçıların yaradıcılığında "məcburiyyətdən" çox, təəssüf etiraflar, narahatçılıqlar doğurdu (biz vaxtilə H.Razi ilə bağlı yazdığımız "Etiraf insanı ucaldır" "Həyatın rəngi, sözün ahəngi" məqalələrimizdə bu barədə danışmışdıq). bir çox qələm sahibində olmasa da, sözü vicdanın ölçüsünə çevirən H.Razi kimi bir şair zamanın ideologiyanın doğurduğu günahları etiraf etməyi onu bir şair şəxsiyyət kimi tarixin yaddaşına yazdı. Bu mənada, monoqrafiyada bu bunabənzər tarixi yanlışlıqları yeni müstəvidə tədqiqat obyektinə çevirib, əsl həqiqəti aşkarlamaq prinsipi tədqiqatın dəyərini daha da artırır.

Üç fəsillik monoqrafiyanın əsasını "Hüseyn Razinin ömür yolu bədii yaradıcılığı" adlanan ikinci fəsli təşkil edir. Bu fəsildə tədqiqatçı problem kimi qarşıya qoyduğu məqsədini mərhələli şəkildə həll etməyə nail olur: şairin ömür yolu, lirikası, poemaları, dramaturgiyası, yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, tərcümələri geniş şəkildə araşdırma obyektinə çevrilir.

Təbii ki, hər bir şairin, yazıçının ümumiyyətlə yaradıcı insanların tərcümeyi-halı quru rəqəmlərdə deyil, onun yaradıcılığındadır. bu da həqiqətdir ki, çox az yaradıcı adamlar var ki, onların yaradıcılığı, tərcümeyi-halı mənsub olduğu millətin, Vətənin "tərcümeyi-halı"nın bir parçasına çevrilsin. Tədqiqatçı zəngin fakt ciddi araşdırma əsasında sübut edir ki, həqiqətən , H.Razi tərcümeyi-halı, dəyərli yaradıcılığı ilə xalqının, millətinin Vətəninin tərcümeyi-halına çevrilməyə layiq bir sənətkardır. Xüsusilə şair yaradıcılığının ana xətlərindən birini təşkil edən Cənubi Azərbaycan mövzusunda yazdığı əsərlərin təhlilində biz bu həqiqətin şahidi oluruq. Yaxşı cəhət odur ki, bu şeirlərin təhlili zamanı tədqiqatçı şairin müasirləri olan B.Vahabzadə, M.Araz, X.Rza, S.Tahir, B.Azəroğlu... kimi xalq şairlərinin H.Razi ilə bağlı fikir düşüncələrinə mənbə kimi istinad edir bununla da ədəbi mühitin başlıca aparıcı istiqamətlərini müəyyənləşdirir.

H.Razi yaradıcılığın, demək olar ki, bütün janrlarında - nəsrdə ("Buludlar arasında", "Həyəcanlı gecə" povestləri), dramaturgiyada ("Arxalı dağlar", "Haray səsi", "Tarla gözəli", "Odlu diyar" s. kimi mənzum pyeslər) əsərlər yazsa da, o, ədəbiyyatımızın tarixinə lirik ovqatlı şair kimi daxil olmuşdur. Lakin bütün bunlara baxmayaraq, tədqiqatçı monoqrafiyada şairin həm nəsrini, həm dramaturgiyasını geniş şəkildə tədqiqata cəlb edir bununla da günümüzə qədər bu ya digər səbəblərdən H.Razi yaradıcılığının taleyinin oxucular üçün çox da məlum olmayan gizli çalarlarına da işıq salır.

...Oxucu auditoriyasının çoxuna məlumdur ki, H.Razi həyatının taleyinin əsas hissəsi bu gün fəaliyyətini davam etdirən "Şərq qapısı" qəzeti ilə bağlı olub. Qəzetin "Ədəbiyyat incəsənət" şöbəsinə uzun illər rəhbərlik edən şair mənəvi ictimai vəzifəsi daxilində Naxçıvanda ədəbi mühitin inkişafına formalaşmasına böyük əmək sərf etmişdir. Əgər, belə demək mümkünsə, rus ədəbiyyatı "N.V.Qoqolun "Şinel"indən çıxmışsa" (F.M.Dostoyevski), Naxçıvan ədəbi mühitinin formalaşmasının son 50 ili H.Razi qələminin siqləti sayəsində öz şöhrətini tapmışdır. Bu gün Naxçıvan ədəbi mühitində az-çox söz sahibi olanların əksəriyyəti H.Razi qələminin ələyindən ələnib çıxmış yazarlardır. Monoqrafiyanın üçüncü fəsli olan "Hüseyn Razinin publisistikası" bölümü həm dolayısı ilə diqqətə çəkmək istədiyimiz bu məsələləri əhatə edir.

I. Razi qələmi, qeyd etdiyimiz kimi, ədəbi janrların bütün növlərindən üzüağ çıxan qələm idi. Bu baxımdan yanaşanda, onun publisistikası da, xüsusən, Naxçıvan ədəbi mühitində publisistika janrının formalaşmasında müstəsna rol oynadı. Şairin istər Azərbaycan, Şərq ədəbi klassikləri, istərsə keçmiş sovet dünya ədəbiyyatı nümayəndələri haqqında yazdığı vaxtaşırı "Şərq qapısı" digər mətbu orqanlarda çap etdirdiyi elmi, ədəbi, ictimai-siyasi məqalələr həm ədəbiyyata yeni gələnlər üçün bir stimul verirdi. Buna görə tədqiqatçı F.Xəlilov bu məsələ ilə bağlı danışarkən, haqlı olaraq yazır: "H.Razinin ədəbi tənqidi elmi-publisistik məqalələri nəinki şairin öz yaradıcılığı, həm müasir Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli töhfələrdir".

H.Razinin 1964-1993-cü illəri əhatə edən "Gündəlik"lərinin ilk dəfə olaraq tədqiqata cəlb edilməsi bu fəslin mühüm elmi yeniliklərindən biridir. Bu "Gündəlik"lər senzurasız publisistikanın ən dəyərli nümunələrindəndir. Ədəbi, bədii elmi əhəmiyyətinə görə onları şairin məslək əqidə dostu xalq şairi Xəlil Rza Ulutürkün "Gündəlik"ləri ilə müqayisə etmək olar. F.Xəlilov H.Razinin həm bədii əsərlərindən, həm "Gündəlik"lərindən diqqətə çatdırdığı nümunələrlə onun özünəməxsusluqları ilə seçilən obrazını oxucuların gözündə canlandıra bilmişdir.

Son olaraq qeyd etmək istərdim ki, üç yüz səhifəlik həm zəngin elmi-ədəbi materialı əhatə edən bu monoqrafiyanın ayrı-ayrı məziyyətlərindən daha geniş danışmaq, təhlil aparmaq imkanımız olsa da, təbii ki, tələbkar oxucu auditoriyası üçün "pay" saxlamaq zərurəti var. biz inanırıq ki, elmi-ədəbi mühitin ciddi bir araşdırmaçı kimi qəbul etdiyi F.Xəlilovun əvvəlki tədqiqat əsərləri kimi bu kitabı da öz layiq olduğu qiyməti alacaqdır.

 

Xanəli KƏRİMLİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 11 oktyabr, ¹37.- S.30.