«Qobustan»
dərgisinin
payız sayı işıq üzü gördü
Bu günlərdə
«Qobustan»
sənət toplusunun Payız sayı işıq üzü görüb. Hər zaman konseptual nömrələri ilə
oxucuların görüşünə
gələn dərgi bu dəfə Xalq rəssamı Ömər Eldarova həsr olunmuş «Heykəltaraşlıq» özəl
sayı kimi təqdim edilib. Dərginin bu sayında Xalq yazıçısı Anarın,
akademik İsa Həbibbəyli
və akademik Teymur Kərimlinin Ömər Eldarova həsr edilmiş yazıları ilə bərabər sənətkarın
müsahibəsi də
yer alıb. Xalq yazıçısı,
Heydər Əliyev ömür yolunun dəyərli araşdırmaçısı
Elmira Axundovanın Ömər
Eldarovla söhbətində
Ulu Öndərin sənətin
bütün sahələrinə
böyük diqqəti
önə çəkilib.
Aydan Salahzadənin məqaləsində
isə əsasən sənətkarın fəxri
xiyabanın müqəddəs
ovqatını bir az da ehtişamlı edən əsərlərindən
söz açılıb.
Dərginin bu sayında Ömər Eldarovun simasında Azərbaycan heykəltaraşlıq və
təsviri sənətinin
tarixinə nəzər
salınıb. Esmira Nəzərlinin məqaləsində
böyük Mirqasımovlar
ailəsinin nümayəndəsi
Mirəli Mirqasımovun
həyat və yaradıcılıq yolunu
anası Ceyran xanımın xatirələri
əsasında qələmə
alıb. Həmçinin
həmin ailənin gənc rəssam üzvü Ceyran Mirqasımın da əsərləri
səhifələri bəzəyib.
Dərgidə Azərbaycan heykəltaraşlığının
ardıcıl araşdırmaçısı
olan Cəmilə Novruzovanın məqalələrindən
parçalarla sənət
tarixinə nəzər
salınır. Bu mənada
həm sənət tarixində ilklərə imza atan klassiklər,
həm də bu şərəfli yolu davam etdirən
yeni nəsil sənətkarlar
haqqında materiallar oxucuya təqdim edilib. Narıngül Nadirin vaxtsız dünyadan köçmüş
rəssam, heykəltaraş
Müslüm Eldarov, Ziyarət Cabbarovanın gənc və istedadlı sənətkar
Rahib Qarayev haqqında məqalələri
böyük sənət
ənənələrinin qorunub
saxlanılmasını göstərir.
Hər
zaman Cənubi Azərbaycan
incəsənətinə həssaslıqla
yanaşan dərgi bu dəfə də ənənəsinə
sadiq qalıb. Pəri Miniatürün Təbriz miniatür məktəbi haqqında məqaləsi Cənubda təsviri sənətimizin
köklərinə, inkişaf
mərhələrinə nəzər
salır.
Dərginin baş redaktoru,
yazıçı-dramaturq Pərvin
Nurəliyeva bu özəl sayların həm də ayrı-ayrı mövzuların
aktuallaşdırılmasında əhəmiyyətli olduğunu
qeyd edib: «Bu il dahi Üzeyir bəyin 140 illiyinə həsr etdiyimiz saydan sonra bu
ikinci özəl sayımızdır. Üzeyir
bəyə həsr etdiyimiz sayı çapa hazırlayanda heykəl sənətimizin
az araşdırıldığını
və bu mövzunu aktuallaşdırmağın
mühümlüyünü düşündük. Xalq
rəssamı Ömər
Eldarovla söhbətimdə
bu ideyamı səsləndirdim və nə qədər maraqla qarşıladığını
gördüm. Dərginin
son səhifəsində Ömər
müəllimin emalatxanasından
kiçik reportajım
da yer alıb. Qr kod vasitəsiylə
video-materialı izləmək
olar. Biz düşündük
ki, özəl saydan ötrü Ömər Eldarovun yüz yaşını gözləməyək.
Yaşının bu çağında hələ
də işləyən
və gözəl əsərlər ortaya qoyan sənətkarı indi sevindirək. Yaxın zamanda dərginin təqdimatını
da nəzərdə tutmuşuq.»
Qeyd edək ki, dərgi işıq üzü gördükdən sonra redaksiya əməkdaşları
bu sayı Xalq rəssamının emalatxanasında Ömər
Eldarova təqdim ediblər. Qapaq rəsmində Ömər
Eldarovun «İlin dörd fəsli» kampazisiyası yer alan say sənətkarın
sevincinə səbəb
olub.
«Heç özünüz də təsəvvür edə bilməzsiz ki, məni necə sevindirdiniz. Mən hər zaman deyirəm ki, sevilməyi, seçilməyi
çox xoşlayıram.
Bu jurnalı da indi vərəqlədim, mütləq
diqqətlə baxacağam.
İndilikdə böyük
zövq və zəhmət görürəm.
Bütün müəlliflərə,
yaradıcı heyətə
təşəkkürlərimi bildirirəm.»
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, ¹38-39.- S.27.