Erik Emblerin kitabından hissələr
"Bir
növ qəzəb" (A kind of anger (1964) romanından hissələr...
Erik
Embler 1909-cu ildə Londonda anadan olub. 1924-1927-ci illərdə
London Universitetində mühəndislik üzrə təhsil
alıb. Daha sonra reklam sahəsində çalışıb.
Bu işdən uzaqlaşandan sonra Parisə köçüb və
özünü yazıçılığa həsr edib.
1938-ci ildə bir neçə il ssenari üzrə məsləhətçi
işləyib. İkinci Dünya müharibəsi zamanı o,
könüllü olaraq orduya qatılıb və daha sonra
müharibə fotoqrafiyası bölməsinə
köçürülüb. Müharibə illərində
İtaliyada xidmət edib və Britaniya Müharibə İdarəsinin
kinematoqrafiya bölməsində rejissor köməkçisi vəzifəsində
çalışıb. Müharibədən sonra Embler
ssenaristlik sənətinə geri qayıdıb. 1936-1940-cı
illərdə o, altı klassik triller yazıb. Onun
"Günün işığı", "Qorxuya səyahət"
və "Demetrios maskası" romanları əsasında
filmlər çəkilib. O, 1940-1951-ci illərdə triller
yazmağa ara verib. Bu uzun sükutdan sonra Eliot Rid təxəllüsü
ilə bir neçə roman yazıb. 1969-cu ildə
İsveçrəyə köçüb və bir də 16
ildən sonra İngiltərəyə qayıdıb. 1981-ci ildə
onun "Burada yalanlar" adlı xatirə kitabı nəşr
olunub. 1959, 1962, 1967 və 1972-ci illərdə Britaniya Kriminal
Yazıçılar Assosiasiyası tərəfindən
Qızıl Xəncər mükafatı, 1986-cı ildə isə
Almaz Xəncər mükafatı ilə təltif edilib.
1964-cü ildə "Günün işığı"
kitabına görə Amerikanın Sirli
Yazıçılarının Edqar mükafatına layiq
görülüb. 1975-ci ildə eyni təşkilat tərəfindən
Böyük usta (Grand Master) tituluna layiq görülüb.
İsveç və Fransada da ədəbi mükafatlar alan
Embler 1981-ci ildə Britaniya İmperiyası ordeni ilə
mükafatlandırılıb. İki dəfə ailə quran
yazıçı 22 oktyabr 1998-ci ildə Londonda vəfat edib.
Amerikanın həftəlik xəbər jurnalı -
"World Reporter" cümə gecəsi saat on birdə
çapa gedir. Adətən həmin axşam korrektorlar və
redaktorlardan başqa heç kimə çox da iş qalmaz,
amma Nyu-Yorkdakı redaksiyalarında atmosfer gərgin olaraq
qalır.
Bu,
başa düşüləndir. Gündəlik qəzetin
yalnız bir neçə saatlıq işi olur, buna görə
də səhvlərini tez bir vaxtda düzəldə və ya
ört-basdır edə bilər. Amma "World Reporter" kimi
aydın düşüncəli və uzaqgörən
insanların buraxdığı jurnal hadisələr
qarşısında çaş-baş qalarsa, bir neçə
gün boyunca axmaq vəziyyətə düşə bilər.
Məsələn, jurnalın cümə günü
"Asiyanın yeni güclü adamı" kimi təqdim
etdiyi Cənub-Şərqi Asiya generalının silahsız tələbə
kütləsinə itaətkarlıqla təslim olub
asıldığı bu faciəli həftəni götürək.
Şükürlər olsun ki, belə bədbəxtliklərə
nadir hallarda rast gəlinir. Redaktorlar ehtiyatlı olduqları qədər
bacarıqlıdırlar, həm də savadlıdırlar.
Bütün mümkün ehtiyat tədbirləri
görülür. Böyük xəbər agentlikləri daim
nəzarətdə saxlanılır. Jurnalın dünyanın
on iki fərqli saat zonasında xarici xəbər xidmətlərini
idarə edən heyət üzvləri yerli xəbər xidmətlərini
və radio yayımlarını izləyirlər. Əsas
redaksiyaları Filadelfiya və Çikaqodakı çap ofisləri
ilə xüsusi qaynar xətlər və teleks şəbəkələri
(Teleks - mətn əsaslı mesajların telefon xətləri
üzərindən teleprinter tərəfindən göndərilməsinə
və qəbul edilməsinə imkan verən telekommunikasiya
sistemi olub - tərc.) ilə daim əlaqədədirlər.
Elektron çap maşınları quraşdırılıb.
Son ana qədər xəbərlərin məzmunu dəyişdirilə
bilər, hücumlar geri çəkilə və ya mövqelər
dəyişə bilər, fərziyyələr həqiqətə
çevrilə və ya əksinə ola bilər. Gərginlik
varsa, sakit və səssiz güvən də var.
Ən
azından Nyu-Yorkda var. Xarici xəbər bürolarında, vaxt
məhdudiyyəti olan cümə gecəsindən əvvəlki
səhərlər tapşırıqla heç bir aidiyyatı
olmayan darıxdırıcı narahatlıqla müşayiət
olunur. Bu narahatlıq baş redaktor cənab Kastdan
qaynaqlanır.
Nyu-Yorkda
adi bir cümə axşamı, Nyu-Yorkda saat doqquza qədər
redaktorların əksəriyyəti sonuncu nömrədə
gördükləri işlərdən və özlərindən
kifayət qədər əmin şəkildə nahar
üçün redaksiya binasının birinci mərtəbəsindəki
restorana gedirlər. Lakin cənab Kastda vəziyyət fərqlidir.
Fövqəladə hal olmadığı halda, onun bazar ertəsi
günortadan sonrakı redaktorların görüşünə
qədər növbəti sayla bağlı heç bir
işi, verəcəyi heç bir qərar yoxdur. Jurnalın ən
böyük ortağı və baş redaktoru olaraq onun
qarşısında cavab verəcəyi heç kim yoxdur. Gedib
rahat istirahət edə bilər, binanın ən yüksək
mərtəbəsindəki evinə gedib, axşam yeməyi
üçün arvadına və qonaqlarına qoşulub hər
kəsi məmnun edə bilər. O, bunu da, bunun arzuolunan
olduğunu da və özünün bunu edə biləcəyini
də bilir, amma yenə də bunu etməyi özünə
sığışdırmır. Beləliklə, evinə getmək
əvəzinə, ofisində qalır və hisə
verilmiş qızılbalıqlı sendviç və ağ
şərab sifariş edir. Sonra, xüsusi bir sənəd və
beynəlxalq əlaqələr yaradan məmurun sarsılmaz
diqqəti sayəsində xarici xəbərlər bürosundan
kimlərisə qəzəbləndirərək öz boş
fikirlərini qidalandırmağa girişir.
***
Məlum
zəng fevralın soyuq şənbə günü səhər
saat 3:15-də Paris bürosunun rəhbəri Si Loqana gəldi.
Zəng gələndə mən də ofisdə idim.
***
"...yaxşıdır,
müdir, təşəkkürlər", dedi, Si Loqan.
"Əla.
İndi, Si, keçənaykı Ərbil məsələsini
və bununla bağlı nə etməli olduğumuz barədə
düşünürdüm".
Səssizlik
çökdü; sonra düz Si cavab vermək istəyəndə
cənab Kast davam etdi: "Hələ o bikinili qızı
tapmadılar, hə?"
"Yox,
müdir".
"Aman,
Allahım!" Yumşaq danışsa da, səs tonu vəziyyətlə
bağlı narahatlıqdan daha çoxunu ifadə edirdi; necə
olursa-olsun, Sinin günahkar olduğunu göstərməyi
bacarırdı. "Biz bununla bağlı nə edirik,
Si?"
"Şey,
müdir"...
***
"Bircə
onu deyim ki, MKİ (CİA) bu işlə çox
maraqlanır". Başqa bir manevr edir. "Biz də elə
olmalıyıq. Düşünürəm ki, küçəyə
çıxıb bu qızı tapmalı, bizim yerimizə
başqası bunu etmədən onun hekayəsini öyrənməliyik".
Si
boğazını təmizlədi.
"Bağışlayın, rəis, mən tam başa
düşmədim. "Tapmalıyıq", deyərkən,
siz... nəyi nəzərdə tutursunuz?"
"Nə
dedimsə, elə onu nəzərdə tuturam - tapmağı nəzərdə
tuturam. Qızı tapmasanız, hekayəni də bilməyəcəksiniz,
elə deyil?" İndi artıq səsində səbirsizlik
sezilir.
Bütün
bunlar mənim üçün çox mənasızdır.
Ərbil hadisəsi baş verəndə mən Portuqaliyada
sürgün edilmiş kral ailəsi ilə
danışıqlar aparırdım. Başa düşdüm
ki, İsveçrədə Ərbil adlı bir nəfər
öldürülüb və polis qətlin şahidi olmuş
bikinili qadını axtarır.
Si siqaret
yandırmağa çalışırdı. Siqareti
yandırmaq üçün dayandı, sonra diqqətlə
cavab verdi: "Mən sizinlə razıyam, müdir. Əgər
qızı tapa bilsək, həqiqətən də, bir xəbər
tapmış olarıq".
"Əla.
İndi bu işə kimi göndərəcəksən?"
Si
siqaretini növbəti dəfə söndürdü. "Yəni,
açığı, müdir, heç kimi göndərməmək
daha yaxşıdır". Xəttin o biri ucunda ölüm
sükutu hökm sürürdü.
"Müdir,
demək istədiyim budur ki, vaxtımızı boş yerə
sərf etmiş olarıq. Bütün xəbər agentlikləri
artıq işi araşdırmaq üçün qruplar
göndərib və hamısı da geri çəkilməli
olub. Polisə gəlincə, onların mövqeyi heç nəyi
dəyişməyəcək. Əgər onlar həqiqətən
də, qızı tapmağa çalışıb bunu
bacarmayıblarsa, demək ki, bizimçün heç bir
ümid yoxdur. Qızın harada olduğunu bilib, amma məsələyə
etinasız yanaşırlarsa, demək ki, yenə də
ümid yoxdur".
"Harada
axtarmalı olduğunu desəm də?" Bunu deyəndə,
üzündəki sırtıq təbəssümü az qala,
telefonun bu başından da görmək olurdu.
Bu, Sini
heyrətə saldı, amma tez də özünü ələ
aldı. "Bu, Mərkəzi Kəşfiyyat İdarəsinin
məlumatıdır, rəis, yoxsa mənbəni
açıqlaya bilməzsiniz?"
"Düz
hədəfə vurdun, açıqlaya bilmərəm. Ən
azından telefonda. Sabah bütün məlumatlar portfelində
olacaq. İndi, de görüm, bu iş üçün kimi
göndərəcəksən? O, sənin alman psixopatın nə
işlə məşğuldur?"
Si qəbuledicini
sağ əlindən sol əlinə verdi. "Kimdən bəhs
edirsiniz, tanış gəlmədi, rəis?" - dedi, - bir
saniyə sonra: "Necə xatırlamırsan, axı! O, gey
gecə klubu haqqında iyrənc reportaj hazırlayan oğlan.
Pit idi, nəydi adı..." Si yorğun ifadə ilə mənə
baxdı.
"Pit
Maası nəzərdə tutursunuzsa, onun özündən
soruşa bilərsiniz, müdir. Paralel xətdən söhbətimizə
qulaq asır". "Özü də mən hollandam, alman
deyil", - dedim.
"Bağışlayın,
əlbəttə ki, holland". Ancaq "psixopat"
sözünü geri götürmədi. Söz hələ də
qüvvədə idi. "Deməli, indi"...
"Dərhal
cavab verim, cənab Kast, dedektivlik oyununda sizə heç bir
faydam olmaz", - dedim.
***
Si yenidən
bəxtini sınadı. "Müdir, əgər ipucu,
dediyiniz kimi, təzədirsə, məncə, Bob Parsonsu Romadan
çağırıb bu işin ardınca göndərməli,
ya da bəlkə elə özüm düşüm işin
ardınca?! Pit Maas əslində araşdırmaçı
jurnalistdir, üstəlik"...
"Bu
iş üçün sənə lazım olan da budur, Si; bir
araşdırmaçı". İndi onun səsində əminlik
vardı. "Pit, o uzun saçlarını gözünün
üstündən çək, g*tünü qaldır və o
bikinili qadını tap. Si, sən ona diqqət edərsən,
qızı tez tapsın. Yaxşı?"
Si nəsə
mızıldandı, söhbət bitdi. Si səs
cihazını söndürüb üzümə baxdı.
Si,
yaşı qırxı keçmiş, saçları
ağarmış, arıq, uzun başı, ciddi
baxışları olan bir kişidir. Ondan təraş losyonu
qoxusu gələrdi. Mənim ondan xoşum gəlməzdi, o da
məni sevmirdi. Əvvəllər heç vaxt belə jurnalda
işləməmişdim. Mən onun nəzərdə tutduğu
peşəkar jurnalist deyildim. Müharibə vaxtı İngiltərədə
oxumuşdum və bu ofisdə işləyərkən bəzi
amerikan ifadələrini öyrənsəm də, ingilis dilində
ingilis aksenti ilə danışırdım. Təbii ki,
keçmişim də vardı. Si özünü
keçmiş yoxmuş kimi göstərməyə
çalışsa da, bu onu yenə də narahat edirdi.
Bir dəqiqədən
sonra çiyinlərini çəkdi.
"Bağışlayın, Pit, mən əlimdən gələni
etdim. Onun fikrini dəyişməsi üçün
danışmağa davam edə bilərdim, amma bu kömək
etməyəcəkdi".
O, bu
mövzuda haqlıydı.
Əvvəlki
büro müdiri Hank Veston məni araşdırmaçı
kimi işə götürəndə Si onun köməkçisi
idi. Hank sırf mənə yaxşılıq etmək
üçün bunu etmişdi. O vaxtlar ciddi şəkildə
işə ehtiyacım var idi və ən aşağı səviyyəli
işlər də təklif etsəydilər, onları da qəbul
edərdim.
***
"İmtina
etsəm, nə olar?" - deyə soruşdum.
"Əgər
bunu etsən, Pit, işdən uzaqlaşdırılacaqsan və
maaşın kəsiləcək. Həm də müqavilənin
müddəti bitənə qədər başqa jurnalda işləyə
də bilməzsən. Əgər beş aylıq ödənişsiz
məzuniyyət almaq istəyirsənsə, olar, əlbəttə".
Beş ay
deyil, beş həftə də maaşsız yaşaya bilməzdim.
Bunu Si də bilirdi.
"Bağışla,
Pit", - yenidən dedi, - "təbii ki, sənə
bacardığım qədər kömək etməyə
çalışacam".
Əlbəttə
ki, mənim uğursuzluğum həm də agentliyin
reputasiyasını müəyyən dərəcədə ləkələyəcəkdi.
Üstəlik, Siyə mənim uğurumu təmin etmək
tapşırılmışdı. O da, həmçinin tənbeh
ala bilərdi, mənim çatışmazlıqlarım
üzündən işdən uzaqlaşdırılmazdı bəlkə,
amma onun da reputasiyasına xələl gələ bilərdi.
Erik
EMBLER
Tərcümə
etdi: Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2025.- 24 oktyabr, №38-39.- S.32.